Hakim Əfqan Hacıyev keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Rafael Yolçuyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl bu ilin yanvarında Şamaxıda baş verib. 1977-ci il təvəllüdlü rayon sakini Rafael Yolçuyev ailə münaqişəsi zəminində 1981-ci il təvəllüdlü bacısı Yasəmən Arzuxanovanı boğaraq öldürüb.
Ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya apararaq qətlə yetirib və polisə könüllü təslim olub.
Məlum olub ki, qətl hadisəsi qisqanclıq zəminində baş verib. Yasəmənin pis yola düşdüyünü bilən Rafael onu qətlə yetirib. Rəfael Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?