Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 10-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?