10 min nəfərə yaxın sakinin yaşadığı ərazilərdəki yollar bərbad vəziyyətdədir.
Gundemxeber.az Xezerxeber.az-a istinadla xəbər verir ki, söhbət İmişlinin Bulutlu və Sarıxanlı kəndlərinin daxili yollarından gedir.
Sakinlər qeyd ediblər ki, əvvəl kənd daxilindən keçən yola çınqıl qatı döşənmişdi və orada ilin bütün fəsillərində hərəkət etmək mümkün olub. Amma bir ildən çoxdur ki, həmin yoldan istifadə etməkdə çətinlik çəkirlər. Çünki kəndin daxilindən keçən su kanalı beton üzlüklə üzlənən zaman oradakı torpaq qatı da götürülərək yola boşaldılıb. Bu da hərəkəti çətinləşdirib. Yağıntılı günlərdə isə yolda hərəkət, demək olar ki, tamamilə məhdudlaşır.
Kənd ərazisindən keçən Boztəpə kanalının tikintisini həyata keçirən şirkətdən bildirildi ki, sakinlərin üzləşdiyi problemdən onlar da xəbərdardırlar. Artıq işlər yekunlaşmaq üzrədir. Tikinti işi başa çatdıqdan sonra kanalın sağ və sol sahilinə çınqıl qatı döşənərək sakinlərin istifadəsinə veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?