GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » «Şakir» MTK-nın qurbanı olan sahibkar HƏBSXANADAN NƏLƏRİ ETİRAF ETDİ... - İLGİNC İDDİALAR...

«Şakir» MTK-nın qurbanı olan sahibkar HƏBSXANADAN NƏLƏRİ ETİRAF ETDİ... - İLGİNC İDDİALAR...

Tarix: 24-10-2023, 20:44 Bölmə :Cəmiyyət Baxış: 303


Bu dəfə daxil olan şikayət ərizəsi yenə də MTK-lardan birinin qanunsuz fəaliyyətindən və bu fəaliyyətə özlərinə məlum niyyətlə göz yuman bəzi hüquq mühafizə orqanı rəhbərlərinin və məhkəmə hakimlərinin ədalətsizliyindən bəhs edir.

Söhbət Bakıda və Sumqayı

tda qanunsuz üsullarla və keyfiyyətsiz, qəzalı halda olan çoxmənzilli binalar inşa edən fiziki şəxs Şakir Hüseyn oğlu Hüseynov və o həbs ediləndən sonra çoxsaylı payçılardan canını süni surətdə qurtarmaq istəyərək fəaliyyətini sığortalamaq üçün müəmmalı yolla özünə «Şakir» MTK yaradan oğul Tural Şakir oğlu Hüseynovun məhkəmələrdən keçən fəaliyyəti barədədir.
Qısa olaraq deyək ki, uşaqlarının boğazından kəsib özünə mənzil alıb rahat yaşamaq istəyən 120 nəfər Hüseynovların əlindən bu günədək zülm içində həyat sürür… Hətta bizə verilən məlumatda o da qeyd olunur ki, bu insanların bəziləri Hüseynovların yaratdıqları dolaşıq fəaliyyətlərinə dözməyərək ağır xəstəlik tapıb, bu dərd-vərəmə və biabırçılığa dözməyərək dünyasını dəyişənlər də var…
Beləliklə, ötən həftə ata-bala mənzil tikintisi ilə məşğul olan Hüseynovların qanunsuz fəaliyyətindən zərərçəkmişlərdən bir neçəsi redaksiyamıza gəlmişdi. Təqdim edilən məhkəmə sənədləri və hökmlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin (Mirzə Xankişiyevin, Ələkbər Quliyevin və İlham Mahmudovun) qatığa «qara» deyərək 120 ailənin gününü göy əskiyə bükən Hüseynovlara necə vəkillik etdiklərinin şahidi oluruq (Hökm çoxsəhifəli olduğundan hazırda çapa hazırlanır, olduğu kimi təqdim ediləcək). Lakin nə yaxşı ki, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə bu insanların fəryadını duyan hakimlər də olub və Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin ədalətsiz hökmünün işə keçməsinin qarşısını alıblar, apellyasiya mərhələsində həmin hökm faktiki olaraq ləğv edilərək zərərçəkmişlərin mülkiyyət hüququ tanınıb…

Vicdan və hakimlər susanda qanun neyləsin???

Bircə epizodu xatırladaq: Təsəvvür edin, hakimlər -Mirzə Xankişiyev, Ələkbər Quliyev və İlham Mahmudov zərərçəkmişlər- Tahirə Nağıyeva, Şahin Mirzəyev, Çingiz Bəxtiyarov, Vüqar Nağıyev, Nina Popova, Ramin Rzayev, Rüfət Cəfərov, Adil Məmmədov (cəmi 120 zərərçəkmiş) məhkəmə istintaqında dindirilir, məlum olur ki, Hüseynovlar (Şakir, Vidadi, Tural və İlham Hüseynovlar-ata, qardaş və oğul) mütəşəkkil dəstə düzəldərək bu insanların (ümumilikdə 120 nəfərin) etibarından sui-istifadə etməklə və aldatma yolu ilə onların 4 milyon dollara yaxın pulunu dələduzluq yolu ilə talayıblar, bu azmış kimi hətta və 01 yanvar 2002-31 may 2007 və 31 may 2007-01 sentyabr 2007-ci illər ərzində 50 milyon manata yaxın pul vəsaitini isə saxta sənədlərlə Dövlət büdcəsindən yayındırıblar… Ən dəhşətlisi, məhkəmədə rəsmi sənədlərlə sübut olunub ki, Şakir Hüseynovun Sumqayıtda tikdiyi yaşayış binası ekspertizadan keçirilə bilməz və sökülməsi üçün FHN-nin iddiası əsasında 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi qərardad da çıxarıb, amma Şakir Hüseynov buna məhəl qoymadan vətəndaşları aldadaraq həmin qəzalı binadakı mənzillərin satışını həyata keçirib və s. Vergilər Nazirliyinin Bakı şəhər 1 saylı filialında fiziki şəxs kimi qeydiyyatda olduğu halda, o Bakının Nərimanov, Yasamal rayonlarında, eləcə də Sumqayıtda… çoxmənzilli binalar tikib, amma bir kimsə maraqlanmayıb ki, Dövlət Büdcəsinə bu qədər mənzillərin satışından ƏDV ödənilirmi?

Hakimlə niyə zərərçəkmişlərin göz yaşlarına inanmaq istəməyib???

Bu da yox… Bəs hakimlər sonda hansı hökmü çıxarıb? İnanmazsınız ki, bu qədər vurhavurdan sonra hakimlər nə edir… Məhkəmə özünü intihar həddinə çatdırmış zərərçəkmişləri sakitləşdirmək üçün əvvəlcə Şakir Hüseynovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verir, sonra isə Azərb. CM-nin 70-ci maddəsini tətbiq edərək ona 5 il sınaq müddətinə cəza kəsib məhkəmə zalından evə buraxır…

***

...Amma Bakı Apellyasiya Məhkəməsinin hakimləri əli hər yerdən, hətta hakimlərdən də üzülmüş zərərçəkmişlərin göz yaşına inanmalı olur və Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlərinin məlum ədalətsiz hökmünü ləğv edərək Şakir Hüseynovun və qeyrilərinin barəsində ədalətli hökm verir: «Şakir Hüseyn oğlu Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin!».
Xatırladırıq ki, Azərbaycan Ali Məhkəməsi də bu hökmü qüvvədə saxlayır… Zərərçəkmişlər vurulmuş ziyanın ödənilməsini tələb etməkdə ikən... Şakir Hüseyn oğlu Hüseynov həbsxanada dünyasını dəyişir… Sonra kimlərinsə dəstəyi ilə oğlu Tural Hüseynov atasına məxsus mənzil inşaatı bazarında fəaliyyətini davam etdirmək üçün «Şakir» adlı MTK yaradaraq atasının tikinti missiyasını davam etdirmək qərarına gəlir (Hüseynovların cinayət dosyesi barədə daha ətraflı bəhs olunacaq).

***

Bu gün isə 7 saylı həbsxanadan «Təzadlar»a zəng edən Telman Ağalar oğlu Səlimov Şakir və Tural Hüseynovların onu necə aldadıb külli miqdarda pulunu mənimsəmələri və sonra da həbs etdirmələri barədə ətraflı müsahibə verdi…
(Davamı var)/«Təzadlar»/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Olimpus-az” MTK-nın işini baş prokurorluq araşdıracaq

    “Olimpus-az” MTK-nın işini baş prokurorluq ...

    11-03-2019, 16:27

  • 
  • Bakının qalmaqallı iki məmurunun beton biznesi - 2 milyona görə MTK-dan neçə ev alıblar?

    Bakının qalmaqallı iki məmurunun beton biznesi - ...

    27-10-2021, 16:18

  • 
  • Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc məlumatlar... - iki MTK-ya 13 milyonluq ziyan

    Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc ...

    4-11-2022, 14:44

  • 
  • İsfəndiyar Axundovun şirkətindən prezidentə ŞİKAYƏT OLUNDU

    İsfəndiyar Axundovun şirkətindən prezidentə ...

    11-12-2019, 16:21

  • 
  • Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

    Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ...

    2-03-2021, 14:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu