GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc məlumatlar... - iki MTK-ya 13 milyonluq ziyan

Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc məlumatlar... - iki MTK-ya 13 milyonluq ziyan

Tarix: 4-11-2022, 14:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 333


Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə etməsi haqda məlumat vermişdik.

Xatırladaq ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edərək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzili və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib. (daha ətraflı BURADAN tanış ola bilərsiniz).
İş üzrə AFN.az-a danışan mənbə yeni detallar verib. Məlum olub ki, B.Yusifov saxta yolla aldığı mənzillərdən 32-sini artıq Şakir Göyüşov adlı şəxs (onun haqqında bir qədər sonra məlumat verəcəyik-red.) vasitəsilə satıb. Qalan 25 mənzil və 1000 kv.m qeyri-yaşayış sahəsini özününküləşdirmək üçün isə məhkəməyə müraciət edib: “O, 2013-2014-cü illərdə həmin mənzilləri qanuni yolla alan vətəndaşlara problem yaratmaqdan çəkinmir. Hətta açıq-aşkar bildirir ki, məhkəmələrə təzyiqlər edəcək və işi öz xeyrinə həll edəcək. Özünün Respublika Ağsaqqallar Şurasındakı vəzifəsindən istifadə edir və bunu da gizlətmir”.
Gundemxeber.az reportyor.info-ya istinadla bildirir ki, B.Yusifov bütün bu əməlləri təkbaşına etmir. Onu bu işlərdə dəstəkləyən şəxs Avşarov Rza Muxtar oğludur. R.Avşarov xalq rəssamıdır. O, xalq artisti Muxtar Avşarovun oğludur. R.Avşarovun (onun da arxasında yüksək vəzifəli şəxslərin dayandığı bildirilir-red.) dəstəyinə arxalanan B.Yusifov ələ keçirdiyi başqa bir şirkəti – “Təbriz” MTK-nı da “Çinar AN” MTK-nın vəziyyətinə salıb: “Ayna Sultanova heykəlinin yaxınlığında Nofəl Hacıyevə aid olan 1 bloklu binanın tikintisinin tamamlanmamasına səbəb B.Yusifovun yol verdiyi qanunsuz əməllərdir. Belə ki, vaxtilə həmin ərazidə “Təbriz” MTK-ya məxsus 4 bina tikilməli idi, 3-ü tikilib, 1-nin tikintisinə isə “Cıdır düzü”nun barısına yaxın olduğu üçün Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev icazə verməyib. Bu icazəni B.Yusifov R.Avşarov vasitəsilə təmin edib. Onun qarşılığında N.Hacıyev onlara “Təbriz” MTK-ya məxsus binanın 12-ci mərtəbəsindən 716 kv.m-lik 7 mənzil, 7-ci mərtəbəsindən isə 92 kv.m-lik 1 mənzil verib. Onlar ümumilikdə “Təbriz” MTK-dan 38 evi alıblar. Hansı ki, həmin mənzillər əvvəlcədən başqalarına qanuni yolla satılıb. Sonradan həmin vətəndaşların iddiası əsasında N.Hacıyev həbs edilib. Beləliklə, B.Yusifovun N.Hacıyevə etdiyi təzyiqlər nəticəsində daha bir bina tikilməmiş qalıb. “Təbriz” MTK-ya dəyən zərər ümumilikdə 8 550 000 manat hesablanır. Yəni 38 mənzil orta hesabla 150 kv.m-dan ümumilikdə 5700 kv.m edir ki, onun da 1500 manatdan dəyəri 8,5 milyon manatdan artıq edir. “Çinar AN” MTK-ya dəyən 4 580 000 manat (4400 kv.m mənzil – 3080000 manat, 1000 kv.m qeyri-yaşayış sahəsi – 1 500 000 manat) zərəri də üzərinə gəldikdə ümumilikdə iki iş adamına 13 130 000 manat ziyan deməkdir. Yəni Ağsaqqallar Şurasının sədr müavini, özü də iş adamı olan B.Yusifov biznesini belə “böyüdür”.

Yuxarıda qeyd etmişdik ki, B.Yusifov qanunsuz yolla əldə etdiyi mənzilləri Ş.Göyüşov adlı şəxs vasitəsilə satır. Araşdırmalar göstərir ki, B.Yusifovun yanında olan bu şəxs də qalmaqallı adamdır. Belə ki, bir neçə il öncə onun haqqında mediada ciddi ittihamlar özünə yer alıb. “Azadlıq” qəzetində Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk vilayəti şöbəsinin sədri Islam Hüseynovla bağlı iddialar yazılıb və haqqında yazılanlara münasibət bildirən İ.Hüseynov Ş.Göyüşovun adını hallandırıb. O bildirir ki, Şakir Göyüşov bütün pullarını kartda uduzub indi hamını təhdidlə məşğuldur: “Bircə istəyi də odur ki, təki hardansa pul əldə etsin”. B.Yusifovun məhz belə bir adamla əlbir olması təəccüb doğurmaya bilməz. Axı o, Azərbaycan Ağsaqqallar Şurasını təmsil edir.
İstər əvvəlki yazılarda, istərsə də bu yazıda qeyd edilənlərlə bağlı mövqe almaq üçün B.Yusifova etdiyimiz zəng cavabsız qaldı. R.Avşarovun Azərbaycan Rəssamlar İttifaqından verilən, Ş.Göyüşovun isə şikayətçi tərəfindən bizə təqdim edilən nömrəsinə zəng çatmadı. Hər bir halda yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda daha bir məmur və iş adamı ilə bağlı qalmaqal – ŞOK GƏLİŞMƏ

    Bakıda daha bir məmur və iş adamı ilə bağlı ...

    27-10-2022, 19:27

  • 
  • “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

    “Karat” MTK-nın vəzifəli şəxsləri barəsində ...

    25-12-2014, 23:16

  • 
  • Elnarə Abdullayevaya 70 minlik dələduzluq

    Elnarə Abdullayevaya 70 minlik dələduzluq ...

    5-08-2016, 00:58

  • 
  • Güllələnən iş adamları ilə «Bank Technique» arasında milyonluq qalmaqal

    Güllələnən iş adamları ilə «Bank Technique» ...

    25-07-2013, 20:53

  • 
  • “Mahal” MTK-nın eks-sədrinə cinayət işi açıldı

    “Mahal” MTK-nın eks-sədrinə cinayət işi açıldı ...

    2-03-2021, 16:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu