GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Blokada”, “etnik təmizləmə” və: “Bəs 120 min erməninin 20 mini hanı?” - ZİBİLƏ DÜŞMÜŞÜK...

“Blokada”, “etnik təmizləmə” və: “Bəs 120 min erməninin 20 mini hanı?” - ZİBİLƏ DÜŞMÜŞÜK...

Tarix: 24-10-2023, 21:06 Bölmə :Cəmiyyət Baxış: 350

Bu gün Milli Məclisin iclası keçirilib. Gündəliyinə 16 məsələ daxil edilən toplantıda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Deputat Siyavuş Novruzov çıxışında bildirib ki, indi Avropa ölkələrində ölkəmizə qarşı ədalətsiz münasibətlərin şahidi oluruq. Millət vəkili xatırladıb ki, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri var: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, çətin anda Avropa ölkələrinin yanındadır. Amma Avropa Parlamentinin qərarları İttifaqa üzv ölkələrə təsir edir. Bu onun göstəricisidir ki, həmin ölkələr müstəqil deyil. Bütün hallarda, hesab edirəm ki, biz həmin ölkələrlə mübarizəmizi davam etdirməliyik”.

““3+3” formatındakı görüşdən sonra Azərbaycana qarşı təzyiqlər artacaq”

“İndi bəzi ölkələr əl-ayağa düşüblər, guya ermənilərə qarşı etnik təmizləmə aparılıb və s. Anlamalıdırlar ki, ermənilərə qarşı hansısa soyqırımı olmayıb, əksinə, Azərbaycana qarşı bu soyqırımılar həyata keçirilib və bu tarix sənədlərində var. Tehranda xarici işlər nazirləri səviyyəsində dünən “3+3” formatında görüş keçirildi. Düşünürəm ki, bu formatdakı görüşdən sonra Azərbaycana qarşı təzyiqlər artacaq. Biz buna hazırlıqlı olmalıyıq”, - deyə Novruzov əlavə edib.

Deputat bildirib ki, Milli Məclisin üzərinə böyük yük düşür: “Beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün dostluq qruplarında, parlamentlərarası əlaqələr üzrə işçi qruplarında işimizi davam etdirməliyik. Heç bir qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe tuta bilməz, tutmamalıdır. Hesab edirəm ki, mübarizəmizi davam etdirməliyik”.

Deputat: “Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsiliblər, onları dağıdıblar, saxtalaşdırıblar”

Deputat Ceyhun Məmmədov isə iclasda Ermənistanın Azərbaycana qarşı təzminat ödəməsi məsələsini gündəmə gətirib. Millət vəkili qeyd edib ki, hazırda Ermənistan rəsmiləri Qarabağdan onların təhriki ilə çıxmış ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar səsləndirirlər: “Bəllidir ki, Qarabağı tərk edən ermənilər özləri dəfələrlə söylədilər ki, Azərbaycan tərəfindən yox, Ermənistan tərəfindən onlara “Qarabağdan çıxın” deyilib, rəhbərlərinin təhriki ilə də onlar bu əraziləri tərk ediblər. Azərbaycan isə onlara reinteqrasiya təklifini verib, qalıb yaşaya biləcəklərini bildirib, heç bir etnik təmizləmə olmayıb. O zaman erməni rəsmilərin iddiaları absurddur. Başqa bir məsələ isə Qərb dövlətlərinin parlamentlərinin ard-arda Azərbaycan əleyhinə bəyanat vermələridir. Burada da Avropa Şurası və Fransanın izi özünü açıq göstərir. Şübhəsiz ki, bu məsələdə heç kimin Azərbaycanı günahlandırmağa haqqı yoxdur”.

“Təzminat məsələsinə gəlincə, onu Azərbaycan yox, Ermənistan verməlidir. 10 min kilometr ərazidəki bütün infrastrukturu, mədəni irsi dağıtdığına görə Ermənistan təzminat ödəməlidir. Azərbaycan bu ərazilərin həqiqi sahibi kimi azad etdiyi ərazilərdə hər şeyi olduğu kimi qoruyur və qoruyacaq. Kiminsə bunu bizə deməsinə ehtiyac yoxdur”, millət vəkili deyib.

Deputat bildirib ki, ermənilər tarixi Azərbaycan torpaqlarındakı həmin avropalıların da din qardaşı olan albanların yüzlərlə kilsə və tarixi abidələrini dağıtmış və ya saxtlalaşdırıblar: “Bu gün Qarabağdakı tarixi kilsələrin hamısı albanlara aiddir, ermənilərə aid deyil. Ermənistanın havadarları narahat olmasınlar, onlar bizim abidələrdir. Tarixən olduğu kimi bu gün də biz o abidələrin həqiqi varisləri kimi onları qoruyacağıq. Əksinə, Qərb dairələri Ermənistandan hesabat istəməlidirlər ki, onlar niyə bu abidələrə qənim kəsiliblər, onları dağıdıblar, saxtalaşdırıblar”.

"Heç kim təminat verə bilməz ki, 20-30 ildən sonra yenə erməni icması Azərbaycan dövləti, onun müstəqilliyi üçün problem yaratmayacaq”

“Avropa və bir sıra ölkələrin parlamentlərində Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edilir. Bunların arxasında ən çox canfəşanlıq edən Fransa Parlamentinin üzvləri və Fransa Prezidenti dayanır”. Bu sözləri isə deputat Vahid Əhmədov səsləndirib və əlavə edib ki, dünən İrəvanda Fransa müdafiə naziri ilə Ermənistan müdafiə nazirləri arasında imzalanmış hərbi əməkdaşlıq, Fransa silahlarının, hərbi sursatın Ermənistana verilməsi haqqınakı sənəd dediklərini bir daha sübut edir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasəti qəbul etmək istəməyənlər fəallaşıblar. 44 günlük Vətən müharibəsində və 19-20 sentyabrda keçirilmiş antiterror tədbirlərində Azərbaycanın qazanılmış qələbəsinə kölgə salmaq istəyən dairələr var. İndi onlar çalışırlar ki, ermənilərin Qarabağdan gedişinə “etnik təmizləmə” adı versinlər. Lakin anlamalıdırlar ki, Azərbaycan onları ərazidən qovmayıb, bunun sübutları var. Hətta əlimizdə BMT kimi nüfuzlu bir təşkilatın missiyasının rəyi var. Rəydə açıq-aydın bildirilir ki, Azərbaycan erməni əhalisini zorla qovmayıb. Bu, nüfuzli beynəlxalq təşkilatın rəyidir. Düşünürəm ki, bu rəyi xarici siyasətimizdə geniş istifadə etməliyik”.

“Ermənilərin yenidən Qarabağa qayıtması məsələsinə Azərbaycan mənfi yanaşmır. Amma burada bir məsələ var, heç kim təminat verə bilməz ki, 20-30 ildən sonra yenə həmin erməni icması Azərbaycan dövləti, onun müstəqilliyi üçün problem yaratmayacaq. Bizim humanistliyimiz həmişə bizim üçün problemə çevrilir. Onlar bizə qarşı yalnız əmlak iddiası qaldıra bilərlər ki, bu da həll oluna bilən məsələdir”, - millət vəkili deyib.

“Fransa Cənubi Qafqazda sülhə mane olur”

Xankəndinin deputatı Tural Gəncəliyev isə rəsmi Parisi tənqid edib və bildirib ki, Fransanın Cənubi Qafqazda aqressiv siyasəti davam edir: “Azərbaycan tərəfindən Parisin bu siyasətinə qarşı tədbirlər keçirilməlidir. Məsələn, ötən həftə Bakıda Fransanın müstəmləkə siyasətini çılpaqlığı ilə dünyaya çatdıran tədbir keçirilib. Hesab edirəm ki, bundan sonra beynəlxalq təşkilatlarda biz Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrin haqlarını müdafiə etməliyik. Ən azı beynəlxalq təşkilatlarda Fransanın mövqeyini ciddi təhlil etməliyik”.

“Məsələn, Fransanın BMT-də daimi üzv olmaq haqqı yoxdur. Beş daimi üzvlərdən olan Fransa bu gün Cənubi Qafqazada sülhə nail olmaqdan və töhfə verməkdənsə, daha da alovlandırır. Buna sübut isə dünən Fransa və Ermənistan arasında bağlanan hərbi əməkdaşlıqdır. Fransa Ermənitanı silahlandırmaqla sülhə mane olmaqda davam edir”, millət vəkili söyləyib.

Millət vəkilindən sual: “Maraqlıdır, onlar haraya qeyb olublar, yoxsa başqa planetə köçdülər, xəbərimiz yoxdu?”

Millət vəkili Azay Quliyev isə bildirib ki, Qarabağı tərk edən 100 min erməninin Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və Qərb mətbuatında çox danışılır: “Amma biz çox yaxşı bilirik ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, Qarabağ ermənilərinin sayında yenə də manipulyasiyaya və təhrifə yol verir. Axı 5-6 həftə əvvəl bütün dünya erməniləri və onları dəstəkləyən ölkələr səs-küy salırdılar ki, Qarabağda 120 min erməni var və onlar “blokada”dan əziyyət çəkirlər. İndi isə deyirlər ki, Qarabağdan köç edənlərin sayı 100 min, orda qalanların sayı isə 50 nəfərdir. Sual olunur, bəs 120 min erməninin 20 mini hanı, haradadır? Maraqlıdır, onlar haraya qeyb olublar, yoxsa başqa planetə köçdülər, xəbərimiz yoxdu?”.

“Nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirir. Bu, Ermənistanın rəqəmləri manipulyasiya etməsindən başqa bir şey deyil. Sirr deyil ki, Paşinyan hökuməti “köç” rəqəmini şişirtməklə həm xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi icad etdiyi “humanitar böhran”m nağılını Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir”, - deyə Quliyev vurğulayıb.

Deputat bildirib ki, Qarabağı könüllü şəkildə tərk edib Ermənistana gedən ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaiti BMT 100 milyon dollar civarında müəyyən edib. Bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdu. Çünki Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da, 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür”.

Çıxışlardan sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıblar. //AYNA//


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP: “Azərbaycana üçqat artıq təzyiq var, amma biz dözə bilirik”

    YAP: “Azərbaycana üçqat artıq təzyiq var, amma ...

    2-12-2013, 12:55

  • 
  • Avropalı deputatlar Azərbaycana gəlir

    Avropalı deputatlar Azərbaycana gəlir ...

    11-06-2013, 00:32

  • 
  • Avropa Parlamentinin İsveçdən olan üzvünün adı Azərbaycanın arzuolunmaz şəxslər siyashısına daxil ediləcək

    Avropa Parlamentinin İsveçdən olan üzvünün adı ...

    29-01-2018, 14:20

  • 
  • Prezident: "Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunur" — YENİLƏNİB

    Prezident: "Azərbaycanda demokratiya və ...

    4-10-2017, 13:22

  • 
  • Avropa İttifaqı və Azərbaycan Lənkəran iqtisadi rayonunda regional inkişafa dəstək sazişi imzalayıb

    Avropa İttifaqı və Azərbaycan Lənkəran iqtisadi ...

    3-10-2018, 16:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu