Pensiya düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Şəki sakini İradə Musayevanın cinayət işi ilə bağlı növbəti məhkəmə prosesinin vaxtı bəlli olub.
GUNDEMXEBER.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, növbəti proses noyabrın 7-də keçiriləcək. İşə Bakı Ağır Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılır. İradə Musayeva pensiya düzəltmək adı ilə ayrı-ayrı vətəndaşların ümumilikdən 90 000 manat pulunu mənimsəməkdə ittiham edilir. O, 2021-ci ildə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. İradə Musayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İlkin olaraq İradə Musayevadan 6 nəfər şiakyətçi olub. O saxlanıldıqdan sonra isə zərərçəkənlərin sayı artıb. Hazırda iş üzrə 12 nəfər zərərçəkən var. Məlumatlara görə, İradə Musayeva özünü vəzifəli şəxs kimi təqdim edib. O, vətəndaşlara bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifə tutan əməkdaşıdır. 178.3-2-ci maddədə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?