GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Halal pul, maliyyə, pensiya” siyasətinə- “halal hökumət”ə ehtiyac var

“Halal pul, maliyyə, pensiya” siyasətinə- “halal hökumət”ə ehtiyac var

Tarix: 7-11-2023, 14:52 Bölmə :Cəmiyyət Baxış: 376


Hökumət halal qazilərin , şəhidlərin halal haqlarını yeyir


Büdcə müzakirələrinin qızğın çağında “halal dərman” söhbətinin ortaya atılması dövlət büdcəsinin gəlirlərinin hansı yollarla formalaşmasından asılı olmayaraq xərclərinin halallıqla bölünməsi fikri ilə çıxış etməyimizə nədən oldu. Vətəndaşın halal vergisindən, sığorta haqlarından , dövlətin iqtisadi gücündən ... formalaşan büdcədən , özəlliklə, savaş adamlarına- qazilərə, şəhidlərə , pensiyaçılara ayrılan halal pensiyanın, pulun, sosial yardımın.. haramlıqla yeyilməsinə bəlkə “halal hökumət” son qoya bildi. Yoxsa yurdun halal süd əmmiş oğullarının  halal pensiyalarının cüziliyi bir yana, hələ üstəlik maliyyə, sosial, pensiya məmurlarının da haram yeminə çevrilməsi faktdır. 

Büdcə xərclərinin halallıqdan qıraq bölgüsünə baxın, zabit Qarabağ qazisinin vəzifə maaşı , pensiyası (ortalıq 500 manat) Heydər Əliyev Mərkəzinin xadiməsinin donluğundan ( 1002 manat) iki dəfə azdır. Başqa misal: Şəhidin 11 min manatlıq  qanpulu hara, deputatın , hakimin və s. 140 min manatlıq sığorta pulu hara! Halal (süd əmmiş) şəhid dövlətə belə ucuzdur? Axı hərbi xidmətin dövlət qulluğunun xüsusi növü olmasını “Dövlət qulluğu haqqında” qanun doğrulayır! Bəs niyə qazi, şəhidlərin təminat xərcliyinə- əməkhaqqılarına deputatların, hakimlərin, digər dövlət qulluqçularının maaşlarına  əməkhaqqıları miqdarında əlavə hesablanmır?  Biz hələ onu demirik ki, 05.11.2022-ci il tarixli qanunla deputat korpusu qazilərin, əlillərin, şəhidlərin əvvəl tutmuş olduqları vəzifələr üzrə əməkhaqqılarının artırılması əsasında pensiyalarının bu artıma uyğun hesablanmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsini ləğv etdi. Niyə? Heç demə, hərbi xidmətə yararsız əlil-qazi, cənnətdə vətənin “hərbi xidməti”ndə dayanan ŞƏHİD dövlətə məcburi sığorta haqqı ödəmirmiş!(?) Buna da şükür, yaxşı ki, hələ indiyədək əlil-şəhidlikdən sonrakı artımlar əsasında aldıqlarını geriyə tələb etmirlər. Konstitusiyanın buna yol vermədiyini iddia edənlər yanılırlar. Nədən pensiya orqanları  nə qanun tanıyır, nə Konstitusiya. Bir də gördün, Konstitusiyanı da dəyişdirdilər. Yeri gəlmişkən, elə hərbi pensiyaçıların, əlil, şəhidlərin xidmətdən sonra məcburi sığorta ödəməməsi nədəni ilə pensiyalarının artırılmasının yolverilməzliyini Konstitusiya Məhkəməsi Plenumu 15.05.2020 tarixli Qərarla qət edib. İki il yarım sonra- Böyük Zəfərin 2-ci ildönümündə Milli Məclis son nöqtəni qoyub. Əlil, şəhidlərin halal qanpuluları- pensiyaları haramlıqla azaldılıb, daha doğrusu “baltalanıb”. 

MM-də müzakirələr Böyük Zəfərin 3-cü ilinə düşür. Zəfərin halal yiyələrini – qaziləri, şəhidləri maddi anlamda hələ ki yada salan yoxdur. Şəhid, qazilərin halal pullarına dəyməsinlər, artım özlərinə qalsın. Elə-belə söz deyil bu. Fikir verin, Zəfərdən növbəti ayda 2020-ci ilin 30 dekabrında qazilərin “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə 15 il haqq etdikləri, lakin verilməyən 55,77 və 110 manatlıq halal müavinətləri ləğv edildi və pensiya orqanı hətta məhkəmə qərarı ilə pensiyasına əlavə əldə edənlərin hallal haqqını yeyir; 2021-ci ilin 23 dekabrında Zəfərin bir illiyində Prezidentin 1525 saylı fərmanı ilə vəzifə maaşlarına 20 faizlik əlavə müəyyən edilən əlil, şəhid ailələrinə bu fərman tətbiq edilmədi ki, “əlavə artım demək deyil”. 2022-ci ilin 5 noyabrında- Zəfərin 2-ci ilində , vurğuladığımız kimi, 29.2 maddəsi ləğv olundu və bu qanun geriyə- bir il qabaqkı prezident fərmanına tətbiq olundu. Bu yol heç məhkəməyə müraciət etməyə də kobud qadağa qoyuldu, DSMF-də Konstitusiyaya zidd olaraq yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın -39 saylı vəkil bürosunun 30 vəkil-dövlət işçisi qazi-şəhidlərin halal pulunu yeməklərinin qarşılığında pensiyaçı qazi, şəhid ailələrinin məhkəmə təminatı hüququna da qeyri-prosessual  qadağa qoyub. Qazi-şəhidlərin halal pulu, pensiyası haram məqsədlərə xərclənməkdə davam edir.

Görəsən, vətənin halal balalarının halal pensiyalarına haram gözlə baxılmasına son qoyulacaqmı? Kolbasa , dərman “halallıq” alıb, hökumət- maliyyə, sosial müdafiə, hüquq , icra, qanun, məhkəmə orqanları  hələ də qazilərin halal haqlarına halallıq vermir.

 Dərman , elm kimi, milli-dini , halal-haram ola bilməz. Amma hökumət mütləq milli, xəlqi olmalıdır, halal olmalıdır, halal!


Məğrur Bədəlsoy

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Halal “google” açıldı

    Halal “google” açıldı ...

    14-07-2013, 19:09

  • 
  • “Halal“ standartı üzrə məhsul istehsal olunmur - Rəy

    “Halal“ standartı üzrə məhsul istehsal olunmur - ...

    25-01-2014, 01:29

  • 
  • “Halal” sertifikatı uğrunda mübarizə başlandı

    “Halal” sertifikatı uğrunda mübarizə başlandı ...

    26-02-2014, 15:19

  • 
  • Azərbaycanda “Halal” sertifikatı almış malları tanıyın! - SİYAHI

    Azərbaycanda “Halal” sertifikatı almış malları ...

    5-07-2017, 20:03

  • 
  • Şeyxin «halal» blefi

    Şeyxin «halal» blefi ...

    24-12-2012, 11:27


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu