Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Hepatit"ə yoluxan şagirdlərlə bağlı -RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Son bir həftə ərzində 5 nəfər (4-ü oğlan, 1-i qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib. Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub.
xxx
16:32
Mingəçevirdə məktəblilər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb.
Son bir həftə ərzində şəhərin əsasən Tərəvəzçilik yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə 5 nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir.
GUNDEMXEBER.AZ
10-12-2019, 17:16
9-03-2017, 15:24
10-10-2018, 14:46
27-07-2017, 16:24
28-07-2018, 14:04
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?