GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarabağa ayrılan pullar HARA GEDİR… – İDDİA

Qarabağa ayrılan pullar HARA GEDİR… – İDDİA

Tarix: 22-11-2023, 22:20 Bölmə :Cəmiyyət Baxış: 290


2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulmuşdu. Eyni böyük fədakarlığın digər illərdə də edildiyini görürük.

2021-ci ildə bərpa prosesinə büdcədən 2.2 milyard, 2022-ci ildə isə 2 milyard 670 milyon manat ayrılmışdı. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat xərclənib.

Qarşılamağa hazırlaşdığımız 2024-cü ildə bu istiqamətə ayrılan vəsait daha böyükdür. Növbəti ilin dövlət büdcəsində Qarabağın bərpasına 4 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Üst-üstə toplayanda 44 günlük müharibədən sonra keçən 4 il ərzində Qarabağın yenidən inşasına hardasa 12 milyard manat xərclənəcək.

Rəsmi məlumatlara inansaq, kifayət qədər böyük olan bu vəsait sayəsində Qarabağda ağıllı kənd və şəhərlər, yeni körpülər, yollar, müasir aeroportlar tikilir, digər infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar çox gözəl. Azərbaycanın inkişafı və müasir çağımıza uyğunlaşdırılması üçün üçün həqiqətən də bu xərci çəkməyə dəyər. Üstəlik, bütün bu xərclər dövlət büdcəsindən ayrılanlardır. Xarici sərmayədarların da bu inşa prosesinə qoşulduğu və böyük vəsaitlər xərclədiyi sirr deyil. Bəs, ayrılan bu vəsaitlər necə xərclənir? Bu xərclər tikinti sektorunda çalışanların gün-güzaranına necə təsir göstərir?

Sözsüz ki, bu qədər böyük vəsaitin təkcə Qarabağın inşasına ayrıldığını düşünən hər kəs, böyük ehtimalla, yuxarıdakı suala belə cavab verərdi: inşaatçılarımız yağ-bal içərisində yaşayır, qaz vurub qazan doldururlar.

Nə yazıq ki, inşaat sektorunda işləyənlərlə söhbətimizdə vəziyyətin tamamilə başqa cür olduğunu təsbit etdik. Sən demə, dövlətin inşaata ayırdığı bu pullar onların yox, onların adından istifadə edən bir qrup şəxslərin ciblərini doldurur. İşləyən, texnikaları bu ağır işdə məhv olan real inşaatçılardır, pulu qazananar isə podratçı, subpodratçı şirkətlər.

Podratçılar və subpodratçılar vasitəsilə tikinti sektorunda iş tapmaq yarışına girən real inşaatçılar isə ayrılan vəsaitin yalnız cüzi qismini qazanırlar. Ən pisi isə odur ki, sənədlərdə qazandıqlarını belə, reallıqda ala bilmirlər. Nəticədə bir çoxları lizinq vasitəsilə aldıqları krediti ödəyə bilmir, iflasa uğrayırlar.
Mənə bu barədə xeyli şikayətlər daxil olur və onların dərdlərini öz dillərindən dinləməyə, dediklərini sizinlə bölüşməyə çalışacağam.

Heydər Oğuz, jurnalist


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın dövlət büdcəsinin həcminin azaldılması proqnozlaşdırılır

    Azərbaycanın dövlət büdcəsinin həcminin ...

    27-08-2018, 14:32

  • 
  • Gələn il Azərbaycanda hərbi və təhlükəsizlik sahəsinə 4,6 milyard manata yaxın vəsait ayrılacaq

    Gələn il Azərbaycanda hərbi və təhlükəsizlik ...

    21-12-2020, 13:00

  • 
  • Gələn ilin büdcəsi açıqlandı  hərbi xərclər cəmi 1 milyard dollar oldu

    Gələn ilin büdcəsi açıqlandı hərbi xərclər cəmi 1 ...

    29-09-2016, 20:57

  • 
  • Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 milyard manat artırılır

    Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 ...

    17-02-2016, 14:38

  • 
  • 10 İldə 17 Milyard Pul Çıxarılıb

    10 İldə 17 Milyard Pul Çıxarılıb ...

    12-01-2014, 02:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu