GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İctimai-siyasi liderlərin Azərbaycanda jurnalistlərin həbsinə reaksiyası

İctimai-siyasi liderlərin Azərbaycanda jurnalistlərin həbsinə reaksiyası

Tarix: 22-11-2023, 22:34 Bölmə :Cəmiyyət Baxış: 330

Azərbaycanda araşdırmaçı jurnalistlərin həbsi yerli və beynəlxalq tənqidlərlə səbəb olub.

ABŞ Dövlət Departamenti, Amnesty International, çoxsaylı jurnalist və insan hüquqları təşkilatları Azərbaycan hökumətini Abzas Media internet nəşrinin direktoru Ülvi Həsənlinin, baş redaktor Sevinc Vaqifqızının, həmçinin nəşrlə əməkdaşlıq edən Məhəmməd Kekalovun dərhal azalığa buraxılmasını tələb edən bəyanatlarla çıxış edib.

Azərbaycanın ictimai-siyasi xadimləri də jurnalistlərin həbsini sərt tənqid edib.

Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şura: Həbslərin yeni dalğası ölkənin xarici siyasətindəki dəyişikliklə paralel baş verir

“Azərbaycan hakimiyyəti özünün çoxillik repressiya siyasətini yenidən gücləndirib. Bu dəfə hədəfdə Abzas Media və onun rəhbərliyidir”.

Bu barədə Milli Şuranın etiraz bəyanatında deyilir.

Milli Şura bəyan edir ki, Abzas Medianın bir müstəqil media qurumu kimi sıradan çıxarılmasına hesablanan repressiya aktı orada hakimiyyətin yüksək dairələrindəki korrupsiya əməlləri barədə işıqlandırılan araşdırmalardır.

“Xalqın sərvətini getdikcə daha çox acgözlüklə talayan Əliyev rejimi həm də bu talançılıq barədə kimsənin danışmamasını istəyir. İstəyir ki, ölkədə onun nəzarətindən kənarda qalan, yürütdüyü soyğunçu, xalqa zidd siyasəti tənqid və ifşa edən ictimai-siyasi təsisat, fəal şəxslər olmasın. Bu səbəbdən də müstəqil və tənqidçi fəallara, qurumlara qarşı davamlı repressiya tətbiq edir”, sənəddə qeyd edilir.

Milli Şura xatırladır ki, jurnalistlərin həbsinə qədər də ADR Partiyasının sədri, professor Qubad İbadoğlu, iqtisadçı alim və iş adamı, keçmiş deputat Nazim Bəydəmirli, müstəqil siyasətçi Bəxtiyar Hacıyev kimi nüfuzlu şəxslər, öz işçi haqlarını tələb edən kuryerlər və başqaları müxtəlif qurama ittihamlarla həbs olunub.

“Hər zamankı kimi, həbslərin bu, yeni dalğası da Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) yan keçməyib. Hazırda AXCP -nin siyasi məhbus üzvlərinin sayı yenidən 9 nəfərə çatıb”.

Milli Şura narahatdır ki, həbslərin yeni dalğası ölkənin xarici siyasətindəki dəyişikliklə paralel baş verir.

“Ölkə müxtəlif bəhanələrlə demokratik Qərb dünyasından daha da uzaqlaşdırılaraq, işğalçı və avtoritar Rusiyaya yaxınlaşdırılır. İlham Əliyev hakimiyyəti ordumuzun Qarabağı işğaldan azad edib, oradakı erməni separatizminə son qoymasından sui-istifadə ilə ölkənin geosiyasi yönünü birmənalı şəkildə Rusiyaya tərəf çevirmək, buna paralel olaraq da ölkə daxilində demokratik ictimaiyyəti - azad mətbuatı, müxalifəti, ictimai fəalları tam susdurmaq planı qurub. Hazırda Azərbaycanda azad media və müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, müxalifətçilər həddindən artıq çətin və riskli şəraitdə azadlıq və ədalət mübarizəsi aparır. Dünya ictimaiyyəti, beynəlxalq aləm Azərbaycanın demokratik qüvvələrinin hüquq və azadlıqlar uğrunda bu çətin mübarizəsinə daha ciddi dəstək verməli, Azərbaycandakı avtoritar rejimin bütün demokratik institutları məhv edərək ölkədə tam bir totalitar idarəetmə yaratmasına seyrçi qalmamalıdır”, Milli Şuranın bəyanatında deyilir.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Azərbaycan hökuməti “araşdırmaçı jurnalistika” deyilən şeyə inanmır

Respublikaçı Alternativ - REAL Partiyasının Siyasi Komitəsinin sədri İlqar Məmmədov bildirib ki, Azərbaycan hökuməti “araşdırmaçı jurnalistika” deyilən şeyə inanmır.

“[Hökumət] hesab edir ki, hər kəsə bəlli olan şeyləri kimsə faktlar iddiası ilə birlikdə gündəmə gətirəndə bunu kimsə hakimiyyət daxilindən məqsədli şəkildə sızdırıb. Hökumətin bu əminliyi söz azadlığına zərbə vuran ən ciddi amillərdən biridir, özü də çoxdan. Amma zərbənin gücü heç də bu neyron impulsundan deyil, şişmiş korrupsiya əzələsindən irəli gəlir. Bu korrupsiya əzələsi olmasa onun gücünü heç bir qara güman hərəkətə gətirə bilməz”, REAL sədri jurnalistlərin həbsi ilə bağlı şərhində qeyd edib.

Məmmədov hesab edir ki, Absaz Mediada işləyən üç jurnalistin dünənki həbsi yuxarıda qeyd etdiyi sxemə tam oturan hadisədir.

“Korrupsiyanı yığışdırsaq, siyasi sahəni seçki və sərbəst müzakirələrə açsaq, hökumətin bu cür qara gümanları da təsir gücünü itirər. Hələlik isə, həbslərin ölkəmizin daxili və xarici maraqlarına vurduğu zərəri ölçüb, nə edə biləcəyimizi götür-qoy etməyə məcburuq. Həbslərə qarşı deyilməyən söz qalmadı, yeni nə deyəcəksən ki? Avropa Məhkəməsinin təklif etdiyi müdafiələr də illər aparır və praktiki mənasını itirib. Bu jurnalistlərin isə haqqı dərhal azadlıqdır”, o qeyd edib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Rejim Qarabağın azad edilməsini xalqın müqavimətini qırmaq, xalqı tamamilə ram etmək fürsətinə çevirməyə çalışır

AXCP sədri Əli Kərimli bildirib ki, indi Azərbaycan tarixinin ən çətin zamanlarından birini yaşayır.

“Rejim Qarabağın azad edilməsini xalqın müqavimətini qırmaq, xalqı tamamilə ram etmək fürsətinə çevirməyə çalışır. Onun korrupsiya və rüşvətini ifşa edənlərdən, ölkəni yaxşıya doğru dəyişmək istəyənlərdən qisas alır. Rejimin qarşısında dik duruşunu qoruyub saxlayanların sırası təəssüf ki, seyrəlir”.

Kərimli hesab edir ki, xalq haqqın bu dərəcədə nazilməsinə icazə verməməli, üzülməməsi üçün “haqq davası aparanlara dəstəyini artırmalıdır”.

Anar Məmmədli
Anar Məmmədli

Anar Məmmədli: Müstəqil jurnalistləri həbs edirlər ki, oğru əməllərini ifşa edən olmasın

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib ki, ölkənin sərvətlərini “oğurlayıb-taladıqları kimi tənqidçi kəsimin də ömründən oğurlayırlar”.

“Müstəqil jurnalistləri ona görə həbs edirlər ki, oğru əməllərini ifşa edən olmasın. Bu gün ifadə azadlığından istifadə etdiyi üçün həbs edilən Ülvi Həsənli və Sevinc Vaqifqızını tarix korrupsiyaya qarşı mübarizə qurbanları kimi xatırlayacaq. Onların həbsinə sifariş verənlər isə oğru və talançı siyasi rejimin təmsilçiləri kimi xatırlanacaq”, hüquq müdafiəçisi facebook səhifəsində qeyd edib.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ələsgər Məmmədli: Media azadlığı dövlətin demokratiya barometridir

Media hüquqları üzrə hüquqşünas Ələsgər Məmmədli bildirib ki, media azadlığının, ifadə azadlığının vəziyyəti bir toplumun və dövlətin demokratiya barometridir.

“Həqiqəti yazmaq, gerçəkləri araşdırmaq, qaranlıqlara işıq tutmaq jurnalistin peşə borcudur. Bütün mərhumiyyətlərə baxmayaraq öz peşəsinə sədaqətlə xidmət edənlərin təqib edilməsi, hüquq adı altında komediyalar yaradılaraq təməl hüquqların məhdudlaşdırılması yolverilməzdir”, o qedy edib.

Hüquqşünas facebook səhifəsində yazıb ki, Sevinc Vaqifqızının bu gecə “terroristlərə rəva görülməyən bir biçimdə təyyarədən birbaşa polis idarəsinə aparılması normal toplum tərəfindən qəbuledilməz davranışdır və hüquqa qarşı ən böyük sayğısızlıqdır”.

“Jurnalist tərifləri yox, cəmiyyəti narahat edən, onun inkişafına mane olan, onu düşündürən, inkişaf etdirən məsələlərdən yazanda jurnalist olur. Yaşadığımız toplumda korrupsiya olmasa hazırda 7 rayonun icra hakimiyyətinin başçısı, keçmiş nazir, məsul vəzifəli şəxslərin heç biri məhkəmə qaydasında suçlu bulunaraq həbsdə olmazdı. Korrupsiya olmasa "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun, Korrupsiyaya qarşı mübarizə üzrə komissiya, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, yüzlərlə ştat yaradılmazdı. Korrupsiya olmasa Azərbaycan Prezidentinin 4 aprel 2022-ci ildə imzaladığı Sərəncamla Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilməz, Nazirlər Kabinetinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncamı imzalanmazdı. Sevinc xanım məhz bu sənədlərdə təsbit edilən problemlərə hüquq mühafizə orqanlarının daha sürətli çıxışına dəstək verən, korrupsiya ehtimalı olan məsələləri araşdıran jurnalistlərdəndir.

Onun sərbəst fəaliyyətinə dəstək olmaq lazımdır, onu məhdudlaşdırmaq yox!” o qeyd edib.

Qeyd edək ki, bu günlərdə Azərbaycanın hökumətyönümlü mətbuatında və digər kütləvi informasiya vasitələrində həbs olunan jurnalistlər, yerli vətəndaş cəmiyyəti təşəbbüsləri, müxtəlif Qərb institutları və ABŞ-ın ünvanına tənqidlər yer alıb.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Azərbaycanı ifadə azadlığına hörmət etməyə çağırır

    ABŞ Azərbaycanı ifadə azadlığına hörmət etməyə ...

    22-11-2023, 22:48

  • 
  • Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar

    Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar ...

    6-12-2014, 23:47

  • 
  • Xarici media nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərməsi qaydası açıqlanıb

    Xarici media nümayəndələrinin Azərbaycanda ...

    10-12-2021, 12:17

  • 
  • Amnesty İnternational Bakıda dinc nümayiş iştirakçılarının həbsini pisləyir

    Amnesty İnternational Bakıda dinc nümayiş ...

    21-11-2018, 14:25

  • 
  • Milli Şura bəyanat verdi

    Milli Şura bəyanat verdi ...

    3-07-2013, 22:41


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu