Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda baş verən zəlzələ Dağıstanın bir neçə şəhərində də hiss olunub - YENİLƏNİB
Zəlzələ Dağıstanın bir neçə şəhərlərində də hiss olunub.
Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Rusiya Federasiyasının Dağıstan Respublikasının Xəzər dənizi ilə sərhəd yaşayış məntəqələrində də hiss olunub.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd olunur ki, zəlzələni Dərbənd və Mahaçqala şəhərlərində yaşayan əhali hiss edib. Lakin yeraltı təkanların gücü zəif olduğundan hər hansı dağıntı qeydə alınmayıb.
10:08
Bu gün səhər saatlarında Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.
Məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyası seysmik stansiyalar şəbəkəsi yayıb.
Qeyd olunur ki, Qazaxıstan Aktau şəhərində Rixter cədvəli üzrə 3 bal gücündə zəlzələ qeydə alınıb.
“Zəlzələnin episentri Almatıdan 2 289 kilometr aralıda, Azərbaycan ərazisində, Xəzər dənizində, 35 metr dərinlikdə yerləşib”, - məlumatda bildirilir.
Gundemxeber,az
16-11-2017, 10:00
26-10-2015, 17:29
4-09-2015, 12:29
26-11-2014, 11:10
5-01-2018, 20:09
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?