Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məşhur professor bu mifi dağıtdı: o piylər bədəndə yağ kimi yığılmır, əksinə...
Yağlar bədəndə xəstəliklərə səbəb olan hormonlar istehsal edir. Bunlar beyində damar tıxanması, katarakt, insult, infarkt kimi bir çox xəstəliyə səbəb olur. Yağ yemədiyiniz üçün, şəkər yeyirsiniz. Şəkər isə karbohidratlara çevrilir. Onlar bədəndə yağ kimi saxlanılır. Ona görə də insanlar kökəlirlər.
Bu sözləri tanınmış professor, kardioloq Canan Karatay deyib. O, bildirib ki, 30-40 il əvvəlki məlumatlara əsaslanan kalori hesablaması keçmişdə qalıb.
"Çörək, düyü, kartof, makaron, paxlava, xəmir məmulatları, şəkər tozu, meyvə şəkəri, şəkərli içkilər, qazlı içkilər orqanizmə daxil olanda qan şəkərinizi yüksəldir. Bunlar insan orqanizmi üçün zəhərdir. Bu zəhərin bədənimizdə uzun müddət qalmaması üçün orqanizm özünü qoruyur və mədəaltı vəzidən insulin hormonu ifraz edir. İnsan yağın kalorilərindən qorxmamalıdır. Çünki sağlam yağ yeyirsinizsə, o piylər bədəninizdə yağ kimi yığılmır, əksinə, arıqlamağa səbəb olur. Piy yeyərək belə bədəndə yığılan piylərdən xilas ola bilərsiniz. Çünki yağ sizi ac qoymur. Yağ bədəni uzunmüddətli sağlam enerji ilə təmin edir", - professor vurğulayıb.
Diabet xəstəliyinə də toxunan Karatay hesab edir ki, şəkər xəstəliyi genetik deyil, həddindən artıq şəkər yeməyin nəticəsidir:
"Eyni ailədə görünməsi ailənin eyni cü qidalanmasına birbaşa bağlıdır. Anamızdan, atamızdan gördüklərimizi edirik".
Kababı və ət yeməklərini də çörəksiz yeməyi tövsiyə edən eskpert əlavə edib ki, çayı yeməkdən 1 saat sonra içmək lazımdır:
"Yeməkdən dərhal sonra çay içsəniz, vücudunuzda dəmirin mənimsənilməsi azalacaq".//Publika.az/
2-07-2013, 00:07
4-07-2023, 23:05
7-02-2020, 11:00
28-01-2014, 09:53
21-10-2019, 12:04
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?