Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşı Elşad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Dekabrın 25-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Leyla Ələsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək. Elşad Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma - təkrar törədildikdə) maddəsi ilə təqsirləndirlir. Təqsiri sübuta yetirilərsə, onu 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət işi üzrə Bakı İstintaq Təcridxanası zərərçəkmiş qismində tanınıb. İşin təfərratları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?