Son günlərdə qızılca xəstəliyinə qarşı yoluxma saylarında artım müşahidə olunur.
Çox təəssüf ki, sözügedən virusa yoluxanlar arasında da ölüm sayları artmaqdadır. Əvvəllər azyaşlıların qızılcaya yoluxduğu və buna görə ölümə dair xəbərlər eşidirdik. Lakin vəziyyət bir qədər dəyişib. Belə ki, artıq gənclər arasında da yoluxma və ölüm hallarına şahidlik edirik. Bəs qızılcaya yoluxma və ölüm yaşı nə üçün artır? Gundemxeber.az bildirir ki, mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlama verən məşhur pediatr Aytən İsmayılzadə bildirib ki, qızılca xəstəliyinin geniş yayılmasına səbəb peyvəndsizlikdir: “Qızılcaya qarşı yoluxma və ölüm hallarının artmasının əsas səbəbi peyvəndsizlikdir. Mən indiyə kimi bu xəstəliyi ağır keçirənlər arasında peyvəndli olan kimisə görməmişəm. Yoluxanların hamısı peyvənd olunmayanlardır. Nəzərə almaq lazımdır ki, bu xəstəlik sinir sistemini və ağciyəri zədələyə, hətta ölümə səbəb ola bilər. Yəni bunun fəsadları çoxdur”. Həkim bildirib ki, bu qədər insanın, xüsusilə uşağın qızılcaya yoluxması səhiyyə sistemində peyvəndləmənin çox aşağı səviyyədə olduğunu göstərir: “ Əlbəttə ki, bu da bizim böyük qüsurumuzdur. Çünki digər xəstəliklərdə də vəziyyət eynidir. Əgər digər xəstəliklər də yayılsa, eyni hal yaşanacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?