Rusiyada son sutkada koronavirusa 20 162 yoluxma qeydə alınıb. Vesti.ru ölkənin operativ qərargahına istinadən xəbər verir ki, bu, fevral ayından maksimum göstəricidir.
Gün ərzində virusdan 568 nəfərin öldüyü bildirilir. Eyni zamanda, Moskvada koronavirusa yoluxma sayında qəfil artım müşahidə olunub. Rusiya paytaxtında bir gündə virusa 8 598 yoluxma, 92 ölüm qeydə alınıb. Ondan əvvəlki gün şəhərdə yoluxma 6 534 olub. Sankt-Peterburq ardıcıl olaraq iki gündür ölüm sayına görə ilk sıradadır- son sutkada 99 ölüm.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?