GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Daha iki təhlükəli dərman satışdadır – Onları ölkəyə kim gətirir?

Daha iki təhlükəli dərman satışdadır – Onları ölkəyə kim gətirir?

Tarix: 19-01-2024, 23:18 Bölmə :Cəmiyyət Baxış: 223

bitmap-img6


Günümüzdə arıqlığını və ya köklüyünü kompleks edən kifayət qədər insan var. Çoxu həkimlə məsləhətləşmədən özbaşına bitkitərkibli, iştahartıran kimi bilinən bu dərmanlardan istifadəyə üz tutur. İnsanların böyük əksəriyyəti bununla bağlı sosial şəbəkələrdə arıqlamaq və kökəlmək üçün dərman, eləcə də qida əlavələrinin satıldığı səhifələrlə əlaqə saxlayır. Amma ağıllarına belə gətirmirlər ki, bununla da elə öz sağlamlıqlarını sual altına atmış olurlar. 

Araşdırmalarımıza görə sosial şəbəkələrdə dövlət qeydiyyatından və ekspertizasından keçməyən, həmçinin Azərbaycana qeyri-qanuni idxal olunan təhlükəli tərkibli məhsulların hələ də açıq satışı həyata keçirilir. Belə  səhifələrin sayı isə həddindən çoxdur. 
Məsələni dəfələrlə aktuallaşdırsaq da, aidiyyəti qurumlar qeydiyyatdan keçməyən dərmanların ölkəyə necə daxil olmasını araşdırmağa maraqlı deyillər...
Xatırladaq ki, bir müddət əvvəl “İnstagram” platformasında “elen cosmetics” adlı səhifənin qeyri-qanuni satışa çıxardığı məhsulların, konkret isə Azərbaycan bazarında populyarlıq qazanan və çəki artırmaq üçün nəzərdə tutulan “Samyun Wan” qida əlavəsinin təhlükəli tərkibə malik olduğunu araşdırıb ortaya çıxarmışdıq. 
AQTA 20 günə kökəldən təhlükəli dərmandan nümunələr götürüərək laboratoriyaya göndərmişdi.
Beləliklə, “Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilmişdi. Amma qida əlavəsinin satışını həyata keçirən şəxslərin cəzalandırılması və ya məsuluyyətə cəlb olunması barədə heç br tədbir görülmədi. 
Bizim.Media mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçməyən daha iki dərmanı araşdırıb.
Bunlar “İntagram” platformasında arıqlamaq üçün “ariqlama_dermani_reduksin” adlı səhifənin reklam etdiyi “Reduksin” və həmin platformada  “kokelmek_istyenler_ucun” adlı səhifənin satışa çıxardığı “Max Fat Premium” peraparatlarıdır. 
Hər iki səhifədəki dərmanların rəsmi qeydiyyatının olub-olmaması barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu göndərdik. 
Mərkəzdən bildirilib ki, hər iki dərmanın dövlət qeydiyyatı yoxdur.
Mövzuyla bağlı danışan Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyevin sözlərinə görə Mərkəzin səlahiyyətlərinə yalnız rəsmi yollarla idxal olunan dərman vasitələrinin keyfiyyətinin yoxlanılması, eləcə də laborator analizlərin aparılması daxildir:
“Belə ki Mərkəz tərəfindən yoxlanılmış və istifadəyə yararlı olan dərman vasitələri xüsusi nəzarət markası ilə markalanır. belə nəzarət markası olmayan dərman vasitələrinin həmçinin, onlayn platformalar və sosial şəbəkələr üzərindən satışa çıxarılan dərman vasitələrinin istifadəsi məqsədəmüvafiq hesab edilmir. Qeyd olunan dərman vasitələrinin istifadəsi zamanı yaranan hər hansı mənfi təsirlə əlaqədar Mərkəzin (012) 596 07 12 nömrəli qaynar xətti vasitəsilə həmçinin, pharma.az elekron saytından onlayn müraciətlərini göndərə bilərlər”.
Mərkəz rəsmisi onu da əlavə edib ki, bəzən vitamin komplekslərin və ya arıqladıcı bioloji fəallığa malik qida əlavələrinin bu yollarla satışını görmək mümkündür ki, bu da əhali arasında çaşqınlıq yaradan məsələlərdəndir:
“Bu cür məhsullara nəzarət Mərkəzin səlahiyyətləri daxilində deyil”.
Bəs, rəsmi qeydiyyatdan keçirilməyən bu kimi dərmanlar ölkəyə hansı yollarla gətirilir? Daha doğrusu sahibkarlar bu vasitələri gömrükdən necə keçirirlər?
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov eyni mövzu ilə bağlı əvvəlki sorğularımızla verdiyi açıqlamanı təkrarlayıb: 
“Ölkə ərazisinə kommersiya məqsədləri üçün gətirilən bioloji fəallığa malik qida əlavələrinin gömrük rəsmiləşdirilməsi aidiyyəti dövlət qurumlarının icazə sənədi əsasında həyata keçirilir. Həmin icazə sənədi ilə təmin olunan malların ölkə ərazisinə idxalına icazə verilir. Bioloji fəallığa malik qida əlavələri fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirildikdə isə hər hansı icazə sənədi tələb olunmur”.
Bir daha qeyd edirik ki, sözügedən məsələdə şəxsi istifadədən söhbət getmir. Eyni zamanda qurumun açıqlamasında konkret məhsula, qanunsuz və kütləvi satışına toxunulmur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə xüsusi icazə əsasında olan və sərbəst satışı qadağan edilmiş dərman preparatları ilə bağlı daxil olan hər bir məlumata çevik reaksiya verilir: 
“Polis əməkdaşları tərəfindən həmin məlumatlar yoxlanılıb araşdırılmaqla qanunamüvafiq tədbirlər görülür".
Görünən isə odur ki, bu cür məhsulların sosial şəbəkələr üzərindən satışı davam edir...


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana yararsız dərmanlar bu ölkələrdən gətirilir - (Siyahı)

    Azərbaycana yararsız dərmanlar bu ölkələrdən ...

    25-10-2014, 12:24

  • 
  • Oqtay Şirəliyevdən “dərman mafiyası”na müdhiş hücum

    Oqtay Şirəliyevdən “dərman mafiyası”na müdhiş ...

    29-10-2014, 11:49

  • 
  • Azərbaycanda həkimlərə QADAĞA

    Azərbaycanda həkimlərə QADAĞA ...

    20-09-2016, 14:08

  • 
  • Oqtay Şirəliyevə bağlı “dərman mafiyası”

    Oqtay Şirəliyevə bağlı “dərman mafiyası” ...

    21-04-2013, 13:34

  • 
  • Koronavirusun müalicəsi üçün özbaşına dərman qəbul etməyin - Səhiyyə Nazirliyi müraciət etdi

    Koronavirusun müalicəsi üçün özbaşına dərman ...

    21-04-2020, 22:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu