GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Oqtay Şirəliyevə bağlı “dərman mafiyası”

Oqtay Şirəliyevə bağlı “dərman mafiyası”

Tarix: 21-04-2013, 13:34 Bölmə :İqtisadiyyat Baxış: 1 241
Oqtay Şirəliyevə bağlı “dərman mafiyası”

Yerli dərman istehsalının qarşısı alınır, apteklərimiz
isə üçüncü ölkələrin keyfiyyətsiz dərmanları ilə doludur


Dünyada elm, texnika, səhiyyə inkişaf etdikcə xəstəliklərin sayı da artır. Bu günümüzdə də tibb aləminin çarəsini tapmaqda aciz qaldığı xəstəliklər var. Bəzi xəstəlikləri isə dərdimizə əlac etmək üçün qəbul etdiyimiz dərmanlar vasitəsilə qazanırıq.
Bu gün respublikamızdakı apteklərin əksəriyyətində dünyanın bir çox ölkələrindən gətirilən dərmanlar satılır. Ölkə əhalisinin əksər hissəsinin imkansız olduğunu və bundan istifadə etmək istəyən işbazlar isə daha çox şərq ölkələrindən ucuz dərmanlar idxal etməyə üstünlük verirlər. Avropa ölkəri istehsalı olan dərmanlardan bir neçə dəfə ucuz olan həmin dərmanlar isə çox vaxt heç bir müsbət təsir göstərmir.
Səhiyyə Nazirliyindən isə bildirdilər ki, keyfiyyətsiz dərman satışının qarşısının alınması üçün ciddi iş aparılır. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, nazirliyə aptek şəbəkələrində qeydiyyatdan keçməyən dərmanların satışı ilə bağlı müraciətlər daxil olur: «Bunlar da Səhiyyə Nazirliyinin inspeksiyası tərəfindən aşkarlanaraq məhv edilir. Azərbaycanda qeydiyyatda olmayan dərmanların ölkəyə daxil olmaması üçün Səhiyyə Nazirliyi qanun çərçivəsində işlər görür və bu cür dərmanların respublikaya gətirilməsinin qarşısı alınır. Ötən il isə ölkə ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə reydlər keçirilib. Hazırda Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən aptek təşkilatlarında reydlərə başlanılıb. Səhiyyə Nazirliyinin təsdiq etdiyi vahid resept blankında buraxılacaq dərman vasitələrini reseptsiz qaydada satan aptek təşkilatı rəhbərlərinə qanunvericiliyə müvafiq tədbirlər görüləcək».
A.Qədirlinin sözlərinə görə, son 10 ildə Azərbaycanda 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb: «Həmin dərman vasitələri dövlət reyestrinə daxil edilib. Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilib. Müvafiq tələbələrə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb. İstifadəyə yararsız 100 minə yaxın qutuya yaxın dərman preparatı aşkar olunaraq müsadirə olunub və müvafiq qaydada məhv edilib. Son illərdə əczaçılıq sahəsində qeydiyyatsız dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülüb. Bu günlərdə isə respublikamızda daha bir dərmanın satışına qadağa qoyulub. Səhiyyə Nazirliyi Farmokoloji və Farmkopeya Ekspert Şurasının qərarına əsasən Tropikamid tərkibli “Midaks” (Vorld Medisin, Böyük Britaniya) preparatı aptek şəbəkəsində satışdan çıxarılıb. Buna səbəb “Tropikamid” dövlət müəssisələrində işlənən əsas dərman preparatlarının siyahısına daxil edilməsidir».
Amma ölkəmizin özü də dərman istehsalı üçün zəngin imkanlara malikdir. Azərbaycan təbiətinin bir çox dərdlərin dərmanı olan bitki aləmi ilə zəngin olduğu dəfələrlə vurğulanıb. Respublikamızda bitən dərman bitkilərinin sorağı hətta XVIII əsrdə Avropa ölkələrinə yayılmışdı. Bəs, görəsən xaricdən keyfiyyətsiz dərman idxal etməkdənsə, nə üçün təbiətin bizə verdiyi bu imkandan istifadə etmirik? Şərait olduğu halda bu dərman bitkilərindən nə üçün istifadə edilmir? Real vəziyyəti öyrənmək üçün apteklərimizdə Azərbaycan istehsalı olan dərmanların satılıb-satılmadığını öyrəndik. Məlum oldu ki, Azərbaycanda istehsal olunan dərmanlar əsasən sadə tərkiblidir. Onlarla ağır xəstəliklərin müalicəsi mümkün deyil. Bakıda baş çəkdiyimiz apteklərdə satıcılar Azərbaycan istehsalı olan dərmanlara təlabat olmadığı üçün satmadıqlarını bildirdilər. Onların sözlərinə görə, respublikamızda istehsal olunan bəzi dərmanlar var. Həmin dərmanlar daha çox antibiotiklər və müxtəlif növ bitki çaylarıdır. Amma spirt, yod, Teymurov mazı, Leyner mazı kimi dərmanlar da ölkə istehsalıdır.
A.Qədirli isə deyir ki, hazırda respublikamızda təxminən 60 adda dərmanın istehsal üçün qeydiyyatdan keçib: «Hələlik respublikamızda dərman istehsalı ilə məşğul olan şirkətlərin sayı çox deyil. Yerli şirkətlər daha çox hansı dərmana təlabat varsa, onun istehsalı ilə məşğuldur. Azərbaycanda istehsal olunan dərmanlar isə daha çox antibiotiklər və müxtəlif məlhəmlərdir. Sevindirici məqam odur ki, son illər Azərbaycanda dərman sənayesinin dirçəldilməsinə başlanıb. Hələlik dünyaya çıxarılacaq dərmanlarımız olmasa da, yəqin ki, yaxın illərdə irəliləyişlər olacaq».
Məsələyə münasibət bildirən sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədovun sözlərinə görə, dərman vasitələriinin reystri aparılsa da, eyni dərmanların müxtəlif adda satışına rast gəlirik: «Bu dərmanların çoxu da iqtsmadiyyatı zəif olan Hindistan və Pakitstan kimi ölkələrdə istehsal olunur. Bu da sonradan insanların sağlamlığında ciddi fəsadlar yaradır. Həkimlərlə dərman firmaları arasında iş birliyinin olması və satılan dərmanlardan faiz almaları məsələsi də var idi. Bir neçə il öncə Səhiyyə Nazirliyi tərəfindən reseptlərin vahid qaydada hazırlanmasını və hər bir həkimin həmin resept formalarından istifadə etməsi də vəziyyəti dəyişə bilmədi. Düşünürəm ki, əhalinin sağlamlığından söhbət gedərkən bazar iqtisadiyyatının tələblərindən də bir qədər kənara çıxmaq olar. Amma burada bazarın tənzimlənməsindən yox, nizamlanmasından söhbət gedə bilər».
Azərbaycanda dərman istehsal etmək üçün maraq göstərən xarici şirkətlər də var. Hətta Səhiyyə Nazirliyinə İngiltərə, Misir, Türkiyə şirkətləri və digər ölkələrin şirkətləri Azərbaycanda dərman istehsal etmək üçün zavod açmaq üçün müraciət edib. Amma hələlik bu istiqamətdə konkret nəticə yoxdur. Hər bir halda ölkəyə dərman istehsalı üzrə çağdaş texnologiyalar gətirməklə bu təbii qaynaqları insanların sağlamlığına xeyir verəcək hala gətirmək lazımdır

Rasim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oqtay Şirəliyevdən “dərman mafiyası”na müdhiş hücum

    Oqtay Şirəliyevdən “dərman mafiyası”na müdhiş ...

    29-10-2014, 11:49

  • 
  • Azərbaycana yararsız dərmanlar bu ölkələrdən gətirilir - (Siyahı)

    Azərbaycana yararsız dərmanlar bu ölkələrdən ...

    25-10-2014, 12:24

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • Azərbaycanda dərmanlar bahalaşır

    Azərbaycanda dərmanlar bahalaşır ...

    5-02-2014, 10:49

  • 
  • Ermənilərin yeni müharibə planı

    Ermənilərin yeni müharibə planı ...

    25-07-2016, 22:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu