Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Restoran və şadlıq evləri qiymətləri ARTIRACAQ” – AÇIQLAMA
“Ötən ilin dekabrında 17-18 manata satılan quzu əti Yeni il ərəfəsində 2-3 manat bahalaşaraq 20 manata təklif olundu. Gözləmək olardı ki, bayramdan sonra qiymətlərdə müəyyən eniş olsun. Amma ötən 20 gündə azalma baş vermədi. Bu da yaxşı heç nə vəd etmir. Çünki qiymət artımı təkcə istehlak bazarına yox, həm də iaşə bazarına da ciddi təsir edəcək. Belə ki, şadlıq evləri və restoranlar da qiymət artımına gedəcək. Çünki həmin obyektlərdə təklif edilən qidalarda quzu əti xüsusi yer tutur”.
Gundemxeber.az bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, 2-3 manatlıq bahalaşma o qədər də böyük göstərici deyil:
“Məsələn, bir müştərinin qida rasionunda 250 qram ət var. Və bu qədər ətin qiyməti cəmi 50 qəpik və yaxud 10 faiz bahalaşacaq. Amma bütün hallarda bahalaşma şadlıq evlərindəki və restoranlardakı qiymətlərə öz təsirini göstərəcək.
Ola bilsin ki, şadlıq evləri qiymət artımına indiki halda getməsinlər. Lakin xidmətin maya dəyərinə təzyiqlər artır. Növbəti dəfə hansısa ərzaq məhsulunun qiymətinin artması səbəbi ilə şadlıq evləri qiymət artımına getmək məcburiyyətində qalacaqlar.
Amma ola bilsin ki, restoranlar qiymət artımına daha tez getsin. Çünki restoranlar quzu ətindən gündəlik xidmətdə daha çox istifadə edirlər. 10 faiz qiymət artımı isə az deyil”.
Gundemxeber.az
5-11-2017, 23:34
24-05-2021, 16:04
13-09-2017, 12:43
25-12-2015, 00:45
1-10-2023, 14:26
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?