GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Seçkinin boykotu səhv qərar idi?

Seçkinin boykotu səhv qərar idi?

Tarix: 24-01-2024, 15:48 Bölmə :Cəmiyyət Baxış: 200


"Osmanqızı" kanalından edilən cavabsız zəng. 


İndi heç bir mübahisəsiz aydın olur ki, AXCP - nin qəfil prezident seçkisini boykot qərarı doğru imiş. Azərbaycan cəmiyyətinin bu seçkiyə münasibəti onu göstərir ki, əslində müxalifətin boykot qərarı bütövlükdə cəmiyyətin ovqatını, saxta seçki məsələsinə inamsızlığını əks etdirir.

Ölkədə seçki üçün minimum şərtlərin olmadığı bir şəraitdə müxalifətin seçkiyə qatılıb nəsə edə biləcəyi  üzərində qurulan təbliğatın nə qədər yanlış və siyasi reallıqdan uzaq olduğu indi daha aydın görünməkdədir. AXCP-ni seçkiyə qatılmadığı üçün "top atəşi"nə tutanlar, buna görə ona qarşı gecə gündüz təbliğat aparanlar özləri seçkiyə qatılmaq qərarı versələr də, bu gün ortaya  cəmiyyətətə təqdim edə biləcəkləri  hər hansı bir nəticə qoya bilmirlər. 

Seçkidə iştirak etmək istəyənləri heç "oyun meydanças"ına  buraxmadılar, onları "namizəd yerinə belə qoymadılar". İndi buyursunlar  bu iştirak qərarının seçkini boykot qərarından daha effektli və təsirli olduğunu göstərsinlər. Göstərə bilirlərmi, əsla yox. Əgər ortada nəticə yoxdursa, o zaman AXCP-yə qarşı apardıqları təbliğatın yanlış olduğunu da çıxıb  etiraf etmək daha kübar bir hərəkət olmazmı? 

Ötən gün sonradan bildim ki, hörmətli Sevinc xanım efirdən adımı çəkərək mənə birbaşa  zəng edib və seçkiyə qədər dəfələrlə inqilab edəcəyini deyən, sonradan hara qeyb olduğu bilinməyən "mühacir hökumət" yaradan hörmətli Tural bəylə məni debata çıxarmaq istəyib. 

Sonradan verlişə baxdım və gözlədim ki, Tural bəy AXCP-yə hücum etməzdən öncə cəmiyyətə deyəcək ki, bəs onun  mühacir hökumətlə bağlı xalqa  verdiyi vədlər nə oldu, niyə "hakimiyyətə gəlməmiş" belə tez dağıldılar? Axı belə "evcik- evcik" hökumət oyunları ilə xalqın inamını qazanmaq olmaz. Və ya onun mitinq çağırışı ilə meydana bir neçə nəfər çıxarsa, o, bu "qüvvə" ilə seçkiyə qədər verdiyi inqilab vədini necə həyata keçirəcək? Bəs dediyi o inqilabi qüvvələr harda qaldı, nəyi gözləyir? Axı onun efirindən  Beydulla Manaf da bir qədər irəli gedib deyirdi ki, bu qüvvələrlə polis idarələrinə basqın edib silahlanmaq, qan tökmək lazımdır. Nə oldu bu işlərin axırı? Cavab gözləyirik. 

  Bir vaxtlar aramızda çox yaxşı münasibətlər olan Tural bəy xeyli vaxtdır ki öz efirindən  müxalifəti fəaliyyətsizlikdə qınayıb, öz mühacir hökuməti ilə inqilab edəcəyi vədini  verirdi xalqa. Öncə gərək buyurub bizdən daha yaxşı ortaya qoyduğu nəticələri göstərsin ki, sonra bizi tənqid etmək haqqını da qazansın. O nəticələr niyə yoxdur, bəs bizim bacarmadığımızı niyə bacarmadılar? Ümid edirəm ki, hörumətli Sevinc xanım növbəti  efirində bu məsələlərə aydınlıq gətirəcək və inqilab gözləntisində olanların intizarına son qoyacaq.

İndi də bizə deyilir ki, nədən AXCP bu saxta seçki prosesinə qarşı etiraz aksiyaları təşkil etmir? Fikir verin, dünənə qədər seçkidə niyə iştirak etmirsiniz deyənlər, indi də niyə bu saxta seçkiyə etiraz etmirsiniz deyirlər. 

Bunu deyənlər yutub üzərindən 10 minlərlə insana çağrış etdilər, nəticə nə oldu bunu qiymətləndirməyi onların öz üzərinə buraxırıq. Sadəcə onu deyək ki, ötən gün keçirilən bu etiraz aksiyasına qatılanların sayı bizim haqlı olduğumuzu bir daha təsdiq etdi. Cəmiyyət heç bir önəm vermədiyi, gözləntisi olmadığı və boykot etdiyi saxta seçkiyə qatılmaq istəmədiyi kimi, ona etiraz üçün də meydana çıxmağa da istəkli deyil. Biz bunu deyəndə əksini idda edənlər buyurub indi reallığı auditoriya qarşısında etiraf etsinlər. 

Bu həm də onu göstərdi ki, bəziləri dinləyici, auditoriya sayına baxıb özləri üçün çox uzağa gedən nəticələr çıxarmaqda tələsiblər. İzləyici sayı hələ tərəfdar, aktiv iştirakçı demək deyil. İndiki çətin repressiya şəraitində insanlar az da olsa o zaman meydana çıxırlar ki, bu çağırışı edənləri mövcud hakimiyyətə qarşı siyasi alternativ kimi qəbul edib ona inansınlar, etimad bəsləsinlər. İnsanlar hər eşitdikləri çağırışa görə meydana çıxsaydılar daha nə vardı ki. Əgər sən çağrışınla 30-40 adamı meydana çıxara bilmirsənsə, o halda hansı məntiq və niyyətlə bu çətin repressiya şəraitində duruş gətirən və dəfələrlə meydana çıxmış və lazım gələndə yenə də meydanda olacaq qüvvəni hədəf alırsan? Ortaya daha yaxşı bir nəticə qoymamış, ortada olanı sıradan çıxarmaq istəyinin bir izahı varmı? 

Və xüsusi olaraq vurğulanır ki, sanki bir neçə nəfərin iştirakı ilə keçirilən etiraz aksiyası bu saxta seçki prosesinə etirazı göstərmək üçün mütləq lazım imiş. Əvvəla cəmiyyətin müxalifətlə birlikdə bu seçkini boykot etməsi elə etirazın bir formasıdır. Bunu etiraf etmək lazımdır.

Digər tərəfdən də müxalifət ona görə boykot qərarı verib ki, digər azadlıqlar kimi bu seçki dönəmində sərbəst toplaşmaq azadlığı yoxdur. Belə bir şəraitdə təcrübə onu göstərir ki, yalnız azsaylı fədakar müxalifət fəalları hesabına keçirilən razılaşdırılmamış aksiyalar nə ictimai rəyə, nə də ki, hakimiyyətin mövqeyinə təsir göstərmək iqtidarında deyil. Biz bunu dəfələrlə təcrübədə görmüşük. 

Beynəlxalq reaksiyalar da onu göstərir ki, ölkədə keçiriləcək seçkilərə münasibət kifayət qədər mənfi olacaq. Bunu Avropa Parlamentinin və Avropa Şurasının son qərarları da göstərdi. Ona görə də  bu seçkinin saxtalığını dünyaya sübut etmək üçün  azsaylı etiraz  aksiyaları keçirilməsi o qədər də vacib deyil. Rusiyada bu cür aksiyalar olmadan, hətta 6 ay öncə Avropa Parlamenti seçkini qeyri legitim elan edib. Müxalifətin nə zaman aksiya keçirəcəyinə gəldikdə isə əvvəllər çoxsaylı bu cür qərarlar vermiş AXCP qarşıdakı mərhələdə siyasi şərtlərə görə bu məsələni də  dəyərləndirərək gərəkən addımları atacaq. Daha yaxşısını etməyi bacaran varsa meydan mübarizə aparmaq istəyən hər kəsə açıqdır. 


Fuad Qəhrəmanlı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dəyirmi masada prezident seçkilərində iştirak dəstəklənib

    Dəyirmi masada prezident seçkilərində iştirak ...

    22-11-2017, 15:00

  • 
  • Müxalifət “seçkiyə gedək - getməyək” dilemması qarşısında

    Müxalifət “seçkiyə gedək - getməyək” dilemması ...

    7-02-2018, 12:00

  • 
  • DQMŞ parlament seçkilərini boykot etməyi qərara alıb

    DQMŞ parlament seçkilərini boykot etməyi qərara ...

    10-12-2019, 16:03

  • 
  • Boykot çağırışına kimlər qoşulacaq? - Müxalifət partiyalarından təpki

    Boykot çağırışına kimlər qoşulacaq? - Müxalifət ...

    17-09-2015, 16:02

  • 
  • AXCP :” Milli Şuraını namizədini dəstəkləməyə hazırıq”-AÇIQLAMA

    AXCP :” Milli Şuraını namizədini dəstəkləməyə ...

    15-05-2013, 12:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu