Azərbaycanda prezident seçkisi yaxınlaşır. Seçkidə iştirakla bağlı aparıcı müxalifət partiyalarından biri olan AXCP isə hələlik dəqiq qərarını açıqlamayıb. Bəs AXCP seçkidə hansı formatda iştirak edəcək. Bu barədə Modern.az sualını şərh edən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı iyun ayında partiya qurultayının keçirilməsinin gözlənilmədiyini bildirdi. Seçkilərlə bağlı namizəd məsələsinə də toxunan AXCP rəsmisi bildirdi: “Əsas prioritet məsələ kimin namizəd olması yox, müxalifətin bir araya gəlməsi, Milli Şuranın yaradılması və seçkiyə birləşmiş komanda kimi getməkdir. Bundan sonrakı etapda vahid namizəd məsələsi müzakirə olunacaq. Təbii ki, AXCP də bu prosesdə iştirak edəcək. Tələsməyə ehtiyac yoxdur. Milli Şuranın yaradılması prosesi gedir. Əgər belə qurum yaradılacaqsa, onun müəyyən etdiyi namizədi dəstəkləməyə hazırıq. Bütün məsələlər bu formatda həll olunacaq”.
Sorğu
Yeni dizaynımız necədir?