Gundemxeber.az » Ölkə » Cəmiyyət » ABŞ dənizçiləri İranın husilərə göndərdiyi silahları ələ keçirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ərəb dənizində Yəmən husilərinin Ənsar Allah hərəkatına gedən İran silah yükünün ələ keçirildiyini açıqlayıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumat qurumun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Məlumatda qeyd olunur ki, ABŞ Sahil Mühafizəsinin kateri Yəmənə doğru hərəkət edən naməlum gəmini görüb və onu ələ keçirib. Amerika dənizçiləri gəmidə orta mənzilli ballistik raketlərin komponentləri, partlayıcı maddələr və pilotsuz sualtı aparatların komponentləri olan 200-dən çox bağlama aşkar ediblər.
CENTCOM-un komandiri Maykl Erik Kurilla deyib: “Husilərə qabaqcıl adi silahların davamlı tədarükü beynəlxalq hüququn birbaşa pozulmasıdır və beynəlxalq gəmiçilik təhlükəsizliyini pozur”.
O, baş vermiş hadisəni İranın bölgədəki təxribat fəaliyyətinin nümunəsi adlandırıb. Komandanlıq həmçinin BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin pozulduğunu qeyd edib.
Gundemxeber.az
21-12-2017, 10:43
11-07-2019, 10:58
9-03-2014, 13:23
22-07-2019, 16:51
15-12-2017, 11:20
Sorğu
Yeni dizaynımız necədir?