GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rus ordusu ilə ermənilər arasında “döyüş”...

Rus ordusu ilə ermənilər arasında “döyüş”...

Tarix: 26-02-2024, 20:56 Bölmə :Cəmiyyət Baxış: 228

1991-ci ilin sonunda 366-cı motoatıcı alayının bir çox zabiti erməni silahlı birləşmələri tərəfində ödənişli əsaslarla döyüş əməliyyatlarında iştirak etmək təklifləri almağa başladılar. Bəzi hallarda zabitlər razılıq verib, standart zirehli maşınlardan istifadə etməklə döyüş əməliyyatlarında iştirak ediblər. O dövrdə alaya rəhbərlik edən Zaviqarov bunu guya onlara Moskvanın əmək haqqı verməməsi ilə əlaqələndirib. Əsgər və zabit heyəti pul qazanmaq üçün ermənilər tərəfdə döyüşüblər.

Müəyyən bir hesablama sistemi var idi: Şuşa və Ağdam ərazisinə topdan hər atəşə görə 20 litr spirt, 20 min rubl, azərbaycanlılara qarşı əməliyyatda bir piyada döyüş maşınının iştirakına görə komandirə 5 min rubl pul verilirdi: atəş üçün - min rubl, hər öldürülən azərbaycanlı üçün 10 min rubl, əsir götürülən dinc sakinə görə 15 min rubl, hərbçi üçün 20 min rubl, kəşfiyyat üçün 30 min rubl, hər döyüş öncəsi yemək-içmək və ən yaxşı can qoyan əsgərə puldan əlavə qızıl hədiyyəsi…

Məhz Xocalı soyqırımından öncə başda yüksək zabit heyəti Sergey Kraule, Zarviqorov və Ponomaryov alayın digər komandiri Ohanyan tərəfindən 5 milyon dollarlıq təklif alırlar və nəticədə Xocalıda dəhşətli soyqırım rus-erməni birlikləri tərəfindən həyata keçirilir. Əməliyyatda 366-cı motoatıcı alayın artilleriya divizyonu, zenit batareyası, tank rotası, 23 ədəd PDM və rus əsgərlərindən ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak etmək üçün hazırlanmışdı.

1992-ci il 23 yanvar tarixində 366-cı alayın 194 nəfər ləzgi, tatar, qazax, özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis etmişlər. Tərxis olunmuş hərbçilərin yerinə isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən erməni, ərəb və digər millətlərdən olan terrorçuları gətirmişdilər.

70 piyada döyüş maşını (PDM), 4 “Strela-10" raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilib və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.


366-cı alayda xidmət edən və Xocalı soyqırımında iştirak etmiş erməni zabitlər:

S.İ. Ohanyan - II alayının komandiri;

V.İ.Çitçiyan - I taborun baş katibi;

V.G.Ayriyan - alay kəşfiyyat idarəsinin rəisi;

N.T.Akopyan - general-leytenant;

V.A.Azaryan - batareya komandiri, leytenant.

Bundan əlavə, soyqırımda 41 kiçik vəzifəli zabit iştirak etmişdir.

Soyqırımda erməni pilotları və muzdlular da iştirak ediblər. Bu pilotlar 366-cı alayın əsgərləri idi.

Xocalıları bombalayan vertolyotların və şəxsi heyətin siyahısı:

Vertolyot N: 39, pilot Romb Kalakçyan - Livanlı erməni, peşəkar mühəndis;

Vertolyot N: 40, pilot Razdan Minoyan - Suriyalı erməni, mühəndis;

Vertolyot N: 17, pilot Ararat Saracyan - İrəvandan olan bir əsgər;

Vertolyot N: 45, pilot Suren Pirimyan - İrəvandan gələn polis əməkdaşı.

Xocalıda baş verən dəhşətlər barədə çox yazıblar. Lakin bir məktub barəsində qısa yazmaq istəyirəm:

General Erin Yeltsinə yazırdı: "...Xocalıda qadınları, uşaqları, qocaları güllələdilər. Meyitlərin dərisi soyulmuşdu. Qulaqları kəsilmiş bir neçə uşaq gördüm, eyni zamanda yaşlı qadının üzünün sol yarısından dərisi kəsilmişdi. Kişilərin dərisi soyulmuşdu. Oğurluq əlamətləri olan meyitlər... Bir çox cəsədlər daha da eybəcər vəziyyətdə idi”.

Xocalı soyqırımından dərhal sonra Rusiya 366-cı alayın Xankəndidən çıxarılması qərarını verir. Alay komandiri polkovnik Yuri Zarviqorova ordunu şimal istiqamətində geri çəkmək haqqında əmr gəlir. Bu əmrdən sonra Seyran Ohanyan adı çəkilən komandirlərlə görüş keçirir və silahların onlara satılmasını təklif edir. Görüşdə sonradan Ermənistanın prezidenti olan Robert Köçəryan da iştirak edir. 1.5 milyon dollarla razılaşırlar, silahları vermək üçün plan hazırlanır. Plan Xocalıdan çıxıb Gürcüstan istiqamətdə olan ərazilərin birində süni döyüş təşkil etmək olur. Ərazi olaraq isə Ballıca kəndi seçilir. Planın ilkin addımı Ohanyanın əmrə “tabe olmaması” olur.

Bu barədə danışıqlar prosesində iştirak etmiş Robert Köçəryanın dedikləri:

“Qərara gəldik ki, Stepanakertə gələn general Grekovun başçılığı ilə bir qrup yüksək rütbəli rus hərbi məmuru ilə görüşək və razılığa gəlməyə çalışaq. Təbii ki, içdik. Biz açıq şəkildə bildirdik ki, onlar heç bir halda texnikanı çıxara bilməyəcəklər, sadəcə, buraxmayacağıq. Əgər belə bir cəhd etsələr, mübarizə aparacağıq. Soruşdum ki, onlar, rus hərbçiləri onlar üçün şübhəli məqsəd naminə, əslində Azərbaycanın döyüş qüdrətini gücləndirmək naminə bizimlə döyüşməyə hazırdırlarmı? Cavab məni təəccübləndirmədi: onların heç biri döyüşmək istəmirdi. Biz razılaşdıq ki, onlar artıq etdikləri ilə məhdudlaşacaqlar: onlarla yanmış piyada döyüş maşını və onların kağızlarda göstərdikləri bizim işimiz deyil. Onlar xəbər verə bilərlər ki, Qarabağdan çıxarılması mümkün olmadığı üçün bütün texnika məhv edilib”.

Zaqafqaziya Hərbi Dairəsinin bu əmrinə 2-ci motoatıcı batalyonun komandiri olan mayor Seyran Ohanyan dəstəsi ilə birlikdə Ballıca kəndi ərazisində əmrə tabe olmadığını elan edir. Alaydakı erməni hərbçilər Ohanyanı müdafiə edirlər. Bunun ardınca alay Ermənistan və Qarabağ erməni dəstələri tərəfindən mühasirəyə alınır. Bunu görən Zaqafqaziya Hərbi Dairəsi həyəcan siqnalı ilə 328-ci və 345-ci desant alaylarını ayağa qaldırır. Onlar 366-cı alaya yardıma göndərilir. Süni döyüş başlayır, guya iki tərəfdən də itkilər olur. Lakin heç bir tərəfdə ölü olması barədə rəsmi məlumat qeydiyyata düşmür.


Bu zaman hərbi texnikanın böyük bir hissəsi :


9 ədəd T-72 tankı

5 ədəd BTR-70 döyüş maşını

49 ədəd BMP-1 piyada döyüş maşını

28 ədəd BMP-2 piyada döyüş maşını

5 ədəd BRM-1k döyüş texnikası

70 piyada döyüş maşını (PDM),

4 Strela-10 raket qurğusu,

8 top,

57 minaatan

…və digər silah-sursat erməni birləşmələrinə təhvil verilir. Azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində də istifadə edilir.

Bu hərbi texnika ilk dəfə 6 mart 1992-ci ildə Azərbaycan Ordusunun Əsgərana hücumunun qarşısını almaq üçün istifadə olundu. Alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla, 180 əsgər erməni separatçılarının tərəfində döyüşmək üçün Qarabağda qaldı.

Ballıca hadisəsi bir daha göstərir ki, məhz ermənilərin Xocalıda törətdikləri soyqırım təkcə onların deyil, eyni zamanda Rusiyanın planı olub.


Müəllif: Zaur Əliyev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada təyyarə qəzasında ölənlərin ailələrinə 17 min dollar təzminat ödəniləcək

    Rusiyada təyyarə qəzasında ölənlərin ailələrinə ...

    12-02-2018, 10:12

  • 
  • “O elə bilir ki, mən Bill Geytsəm?” – Malayziya kralı rus arvadına qəzəbləndi

    “O elə bilir ki, mən Bill Geytsəm?” – Malayziya ...

    4-10-2019, 11:14

  • 
  • Neft və rubl düşməkdə davam edir

    Neft və rubl düşməkdə davam edir ...

    13-01-2015, 16:59

  • 
  • Rubl çabalayır

    Rubl çabalayır ...

    21-01-2016, 20:58

  • 
  • Azərbaycanlıların quldur dəstəsi tutuldu - Sankt-Peterburqda

    Azərbaycanlıların quldur dəstəsi tutuldu - ...

    22-11-2018, 10:57


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu