Yanvarın 13-də Rusiya rublu yenidən rekord həddə düşüb.
Səhər saatlarında 1 dollar təxminən 65, avro isə 77 rubla satılıb ki, bu yeni ildə ən aşağı göstəricidir.
Dünya bazarında neftin kəskin düşməsi və Qərbin Ukrayna böhranına görə, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar əsas gəliri neftdən olan Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.
Yanvarın 13-də Brend markalı neftin bareli 45 dollar 84 sentə düşüb ki, bu 2009-cu ildən bu yana ən aşağı qiymətdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?