Gundemxeber.az » Ölkə » Cəmiyyət » “MTN işi”nin əsas fiqurlarından birinin ailəsinin şikayəti qəbul edilmədi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin ailəsi müsadirə edilmiş əmlakların hərraca çıxarılmasına etiraz edir.
Onun ailə üzvləri qeyd olunan səbəbdən məhkəməyə müraciət ediblər.
Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev və qızı Samirə Əliyeva dövlət nəfinə alınmış əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından narazıdırlar. Onlar hər biri ayrı-ayrılıqda Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər.
Hakimlər eyni gündə A.Şıxəliyeva və qızı S.Əliyevanın şikayətləri ilə tanış olublar. Hər iki şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılıb.
E.Şıxəliyevin şikayətinə isə bu gün baxılacaq.
Qeyd edək ki, Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. O, eyni zamanda Prezidentin sərəncamı ilə general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.
Gundemxeber.az
5-04-2021, 22:45
10-07-2017, 16:45
28-04-2023, 15:42
21-09-2022, 12:44
20-04-2018, 16:59
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?