GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baş redaktor Emil Nəsirli III Antalya Diplomatiya Forumunda ölkəmizi müstəqil jurnalist kimi təmsil edib -FOTOLAR

Baş redaktor Emil Nəsirli III Antalya Diplomatiya Forumunda ölkəmizi müstəqil jurnalist kimi təmsil edib -FOTOLAR

Tarix: 7-03-2024, 11:56 Bölmə :Cəmiyyət Baxış: 4 388

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə martın 1-3-də keçirilən Antalya Diplomatiya Forumunda iştirak etmək üçün bu ölkədə səfərdə olub.

Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumunda iştirak edən Emil Nəsirli Forum çərçivəsində baş redaktoru olduğu “Azərbaycanım” beynəlxalq jurnalının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə bir sıra işgüzar görüşlərin iştirakçısı olub.

Forumun gedişi prosesində Emil Nəsirli Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb. Görüşdə baş redaktor jurnalın Redaksiya Şurasının qərarı ilə xarici işlər naziri Hakan Fidanın “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyini və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib. 

Sonra Emil Nəsirli Redaksiya Şurasının Fəxri üzvlük sertifikatını və “Azərbaycanın Dostu” Qızıl Ordenini xarici işlər naziri Hakan Fidana təqdim edib. Baş redaktor dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan öz növbəsində “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq görüldüyünə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürünü bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil olunan foruma 148 ölkədən 4700 nəfər qatılıb. Tədbirdə 19 dövlət və hökumət başçısı, 2 xüsusi administrasiya rəhbəri və 52 xarici işlər naziri iştirak edib.

III Antalya Diplomatiya Forumunda ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunub.

Dövlət rəsmilərimiz burada müxtəlif panel iclaslarda iştirak edib, çox sayda görüşlər keçiriblər.

Üç gün davam edən tədbirdə baş redaktor Emil Nəsirli Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Arçange Touadera, Macarıstanın Baş Naziri Viktor Orban, Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Qambiya Respublikasının xarici işlər naziri Mamadu Tanqara, Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar, Rumıniyanın xarici işlər naziri Luminitsa Teodora Odobesku, Burkina-Fasonun xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Mari Traore, Mali Xarici İşlər Naziri Abdulay Diop, Konqonun xarici işlər naziri Kristof Lutundula Apala, Çad Respublikasının xarici işlər naziri Mahamat Saleh Annadif, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Binəli Yıldırım, Xorvatiya Respublikasının  prezidenti Kolinda Qrabar Kitaroviç, Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Naledi Pandor və diğər xarici ölkənin rəsmiləri ilə görüşüb. İşgüzar görüşlərdə medianın qlobal böhranlar, terrorla mübarizə, enerji təhlükəsizliyi kimi bir çox mövzularda rolu barədə fikir mübadiləsi aparılıb. 

Baş redaktor Emil Nəsirli görüşlərdə Azərbaycan iqtisadiyyatı, ölkədə aparılan islahatlar, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülmüş işlər, Azərbaycan üçün də bu gün aktual olan məsələlərlə bağlı məlumatları bölüşüb, ölkəmizi təbliğ edən "Azərbaycanım" beynəlxalq jurnalının yeni işıq üzü görmüş nüsxələrini görüş keçirdiyi xarici ölkə rəsmilərinə hədiyyə edib.

Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumunda “Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT”, “Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları”, “Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə”, “Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu”, “İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq”, “Qida təhlükəsizliyi: Artan çağırış”, “Avropa İttifaqınin qlobal dəyişiklikləri formalaşdırmaq qabiliyyəti”, “Sülh və inkişafın təşviqində parlamentarilərin rolu”, “Artan irqçilik, ksenofobiya və islamofobiya” kimi bir çox mövzu ətrafında fikir mübadilələri aparılıb, tədbir çərçivəsində xüsusilə gənclər üçün bir sıra məlumatlandırıcı görüşlər də keçirilib.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

    Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi ...

    19-06-2021, 09:54

  • 
  • Elmar Məmmədyarov yəhudi lobbisinin forumunda

    Elmar Məmmədyarov yəhudi lobbisinin forumunda ...

    15-05-2013, 14:19

  • 
  • Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başlayıb

    Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN ...

    19-07-2017, 10:37

  • 
  • İlham Əliyev G20 sammitində çıxış etdi

    İlham Əliyev G20 sammitində çıxış etdi ...

    16-11-2015, 12:54

  • 
  • Azercell-in prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görüldü

    Azercell-in prezidenti Beynəlxalq Rabitə ...

    1-06-2016, 00:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu