GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Universitetlər arasında memorandum imzalandı

Universitetlər arasında memorandum imzalandı

Tarix: 7-03-2024, 17:05 Bölmə :Cəmiyyət Baxış: 314

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə Anlaşma Memorandumunun imzalanması məqsədilə onlayn formatda görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov çıxış ediblər.

Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Energetika Nazirliyinin və Dövlət Turizm Agentliyinin rəsmiləri də iştirak ediblər.

Birinci Vitse-Prezidentin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən görüşdə bildirilib ki, XXI əsrdə qlobal inkişaf gündəliyinin mühüm prioriteti kimi müəyyən edilmiş iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf səylərinin kökündə duran əsas məsələlərin, o cümlədən insanlarla təbiət arasında harmoniyanın zəruriliyi hələ XII əsrdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi tərəfindən öz əsərlərində təbliğ edilmişdir. 2021-ci ildə ölkəmizdə “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzi, Gəncə Dövlət Universiteti nəzdində Nizami Gəncəvi adına Dayanıqlı Ağıllı Regionlar və Şəhərlər Mərkəzi və Mingəçevir Dövlət Universiteti nəzdində Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi təsis edilmiş və bu gün də bu mərkəzlər uğurla fəaliyyət göstərirlər.

Ötən il “Heydər Əliyev İli” çərçivəsində “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda Gəncə şəhərində təşkil edilmiş elmi-praktiki konfransın “Yaşıl enerji, yaşıl şəhərlər və yaşıl nəqliyyat” sessiyasında aparılmış müzakirələrin nəticəsi olaraq, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən hər il Gəncə Yaşıl İqtisadiyyat Forumunun (GYİF) təşkil edilməsinə dair birgə təşəbbüs yaranmışdır.

Onlayn görüş iştirakçıları Azərbaycanda ilk dəfə reallaşdırılacaq bu təşəbbüsün əsas hədəfinin iqlim dəyişmələri ilə mübarizə, yaşıl iqtisadiyyata keçid, o cümlədən “ədalətli yaşıl keçid” və “yaşıl artım” – “yaşıl iqtisadiyyat” – “dayanıqlı inkişaf” üçlüyünün reallaşdırılması üzrə dünya təcrübəsinin öyrənilməsi, eləcə də bu istiqamətdə insan kapitalının inkişaf etdirilməsi, professor-müəllim heyəti və tələbələr tərəfindən elmi tədqiqatların aparılması, yaşıl startapların yaradılması, “yaşıl” sektorların inkişaf etdirilməsi, dövlət-özəl “yaşıl” tərəfdaşlığının təşviq edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, habelə “ağıllı yaşıl keçid”in müəyyən edilməsi işinə töhfə verməkdən ibarət olduğunu bildiriblər. Çıxış edənlər forumun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ilk “Yaşıl şəhər” layihəsinin məhz Gəncədə reallaşdırıldığını və şəhərin Avropa Yenidənqurma və İnkişaf Bankının yaşıl şəhərlər proqramında uğurla iştirak etdiyini diqqətə çatdırıblar.

Görüş iştirakçıları 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edilməsinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra ümumi tələbə sayı 40.000 nəfərə yaxın olan 5 tərəfdaş universitetin rektorları tərəfindən Gəncə Yaşıl İqtisadiyyat Forumunun təsis edilməsinə dair müvafiq Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 iyun Ümumdünya Ətraf Mühit Günündə öz işinə başlayacaq və hər il 5-7 iyun tarixlərində Gəncə şəhərində təşkil olunacaq. Hər il bir iştirakçı universitet bu Forumda sədrlik və təşkilatçılıq funksiyasını həyata keçirəcək.    Digər universitetlər də bu Forumun üzvlüyünə qoşula bilərlər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilk Forum Gəncə Dövlət Universiteti tərəfindən təşkil ediləcək. Universitet tərəfindən “Yaşıl inkişaf xəbərləri” bülleteninin də nəşri nəzərdə tutulur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncə Dövlət Universitetinin keçmiş rektoru bəyanat yaydı

    Gəncə Dövlət Universitetinin keçmiş rektoru ...

    17-01-2014, 11:08

  • 
  • Ali məktəblərin “qaynar xətt”- NÖMRƏLƏRİ

    Ali məktəblərin “qaynar xətt”- NÖMRƏLƏRİ ...

    18-01-2014, 11:18

  • 
  • Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) rektoru İbrahim Cəfərov öz tay-tuşları kimi orta məktəbi bitirəndə ali məktəbə daxil ola bilməyib.

    Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) ...

    19-05-2021, 11:55

  • 
  • ​Azərbaycan-İtaliya sənədləri imzalanıb

    ​Azərbaycan-İtaliya sənədləri imzalanıb ...

    18-07-2018, 13:50

  • 
  • Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

    Kamal Abdulla Azərbaycan Dillər Universitetinin ...

    1-06-2017, 18:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu