GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

Tarix: 6-05-2024, 10:42 Bölmə :Cəmiyyət Baxış: 166


Direktor müavini diplomsuz, xadimələri ali təhsilli olan məktəb də varmış...  


 Vəzifə sahiblərinin qohumbazlığı artıq təəccüb doğurmayacaq dərəcədə reallığa çevrilib. Hətta o dərəcədə ki, bunun əksi-hansısa səlahiyyət sahibinin qohumlarını, ailə üzvlərini “unutması” təəccüb doğura bilər. Təəssüf ki, bu acı reallıq təhsil müəssisələrindən də yan keçmir. Eyni ilə Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbdə olduğu kimi...

                              

Bir oğurluğun izi ilə...


Redaksiyamıza Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbin həyətyanı sahəsindən dəmir boruların oğurlanması və bu hadisə ilə bağlı Göyçay Rayon Prokurorluğunda müvafiq araşdırmaya başlanılması haqda məlumat daxil olub. İlk baxışdan sıradan bir kriminal hadisə kimi görünsə də, bu olay müəyyən özəllikləri ilə fərqlənir, maraq doğurur. Hadisədə diqqət çəkən ilk məqam oğurluğun bir təhsil ocağına məxsus ərazidə baş verməsidirsə, digər vacib məqam bu olayda məktəbin təsərrüfat işləri üzrə direktor müavini Zərbəliyev Müşfiq Əsgər oğlunun adının hallanmasıdır...

Bu sahəyə Müşfiq Zərbəliyevin direktor müavini kimi və oğulunun da məktəbdə gözətçi kimi məsul şəxs olması olayda fokuslaşdırıcı faktlar sayılır. Ki, bu səbəblərdən də, müxtəlif ziddiyyətli məlumatlar dolanır...  

Amma, bu olayın ardınca Yenixeber.org-a Müşfiq Zərbəliyevlə bağlı daha da ilginc məlumatlar daxil oldu... Məlumata görə 26 ildən artıqdır ki, Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini icra edən Zərbəliyev Müşfiq Əsgər oğlunun nəinki ali təhsili, heç orta ixtisas təhsili belə yoxdur. Müşfiq müəllim həm də o qədər fərasət sahibidir ki, oğulu Kənan Zərbəliyevi və həyat yoldaşı Mayisə xanım Zərbəliyevanı da tabeçiliyində texniki işçilər kimi işlə təmin edə bilib... (Onu da qeyd edək ki, Kənan Zərbəliyev həm də rayondakı “Asfaltzavod”da işləyir(?) Red.)

Biz məlum qanun və prinsiplərə uyğun olaraq bu məlumatları ictimailəşdirmədən əvvəl- 09.04.2024-cü il tarixdə- aidiyyatı üzrə Göyçay Rayon Prokurorluğuna və Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimova rəsmi məktub ünvanladıq.

Bizimlə telefon danışığında Göyçay Rayon Prokuroru hörmətli Ramin Hüseynov məktubumuzu aldığını və araşdırılıb, Baş Prokurorluğun Mətbuat Xidmətinin xətti ilə cavablandırılacağını bildirdi. Elə Mərkəzi Aran Regional Təhsil İdarəsindən də bənzər cavab aldıq: Göyçay Rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədov və Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbin direktor əvəzi Elza xanım Cavadova da məlumatların araşdırılıb, cavablandırılacağını bildirdilər. Təəccüb, həm də təəssüf doğuran həqiqət odur ki, bu günə qədər heç bir instansiyadan cavab ala bilməmişik(?)

Yalnız bizimlə telefon danışığında Elza xanım dəmir boruların rayon Qaz İstismarı İdarəsi tərəfindən çıxarıldığını bildirdi və Müşfiq Zərbəliyevin diplomsuz olduğunu, qeyd etdiyimiz ailə üzvlərinin də məktəbdə işlədiyini dolayısı ilə etiraf etdi...

Müşfiq Zərbəliyevi dinləmək istiqamətindəki cəhdlərimiz isə nəticəsiz oldu.

                           

Susqunluq maddı maraqdan qaynaqlanan da...


Xatırladaq ki, 1360-dan çox şagirdin təhsil aldığı Göyçay şəhəri Nizami adına 7№-li tam orta məktəbin 200-ə yaxın işçi heyəti var. Bunlardan 32-si texniki işçilərdir, hansı ki, barəsində bəhs etdiyimiz Müşfiq Zərbəliyevin rəhbərliyi ilə çalışırlar. Yeri gəlmişkən, əldə etdiyimiz məlumatlarda texniki işçilər sırasında ali və orta ixtisas təhsil sahiblərinin olduğu da vurğulanır...

Təsəvvür edirsiniz, diplomsuz müdir və diplomlu heyət – xadimələr! Həm də, bir təhsil müəssisəsində bu reallığın acılıq dozası xəyal belə edilə bilməz.

Səhhətində ciddi problemləri olan, hətta əsa ilə hərəkət edən, təhsilsiz, vəzifəsində “öz qanunları”na üstünlük verən, küçə jarqonlarına həvəsli bir şəxsin indiyədək “gözdən-könüldən uzaq olması”, hətta himayə olunması belə hansı səbəblərdən qaynaqlanır? Bu vəzifədən ötrü ən azı müvafiq orta ixtisas təhsilinin vacib olmasını bilmirsinizmi? Əgər ali, yaxud orta ixtisas təhsili varsa, niyə diplomun surəti redaksiyamıza təqdim edilmir? Bu şəxsin vəzifəsindən sui-istifadə edərək oğulunu və həyat yoldaşını tabeçiliyində işlə təmin etməsi ilə bağlı məlumat niyə araşdırılmır? Məlum qanunlar qulaqardına vurularaq, bir media orqanının sorğusuna niyə cavab verilmir? Bu susqunluq hansı maraqlardan qaynaq alır? Və s.

Sözsüz ki, bu suallar Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimova ünvanlanıb. Hörmətli Emin və Elçin müəllimlər, yadınıza salım ki, sizin hər ay dövlətdən aldığınız maaş qarşılığında vəzifə borclarınız var... Marağınız isə, təhsilin keyfiyyətini yüksəltməkdən başqa bir nəsnə olmamalıdır!

          Elçin Kərimov

Elçin Kərimovun kontoru isə xüsusi ilə başqa bir aləmdir: rəsmi bir yana, şifahi olaraq da, cavab almaq mümkünsüzdür(?) Ki, bu da ciddi şübhələrə yol açır!

Yazıda adları keçən şəxslərin cavab hqqını tanımaqla, mövzunu davam etdirməyə çalışacağıq./yenixeber.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçılarının xanım müavinləri: - onlar kimlərdir?

    İcra başçılarının xanım müavinləri: - onlar ...

    2-05-2019, 11:40

  • 
  • Müəllimlərdən 200 manat pul yığan direktor işindən oldu

    Müəllimlərdən 200 manat pul yığan direktor ...

    24-01-2020, 13:40

  • 
  • 10-cu sinif şagirdi maşınla öz müəllimini vurdu

    10-cu sinif şagirdi maşınla öz müəllimini vurdu ...

    20-10-2014, 17:16

  • 
  • Məktəb direktoru qəfil dünyasını dəyişdi

    Məktəb direktoru qəfil dünyasını dəyişdi ...

    15-02-2021, 11:32

  • 
  • Göyçay şəhər 6 nömrəli tam orta məktəbin qəzalı halını Təhsil Nazirliyi görmür? - FOTOLAR

    Göyçay şəhər 6 nömrəli tam orta məktəbin qəzalı ...

    1-08-2022, 17:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu