Gundemxeber.az » Ölkə » Cəmiyyət » ABŞ-ın Azərbaycandakı səfiri həbsdə olan fəal və jurnalistlərin ailələri ilə görüşüb
Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi hazırda həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə görüşərək onların vəziyyətini müzakirə edib.
Bu barədə səfirliyin məlumatında deyilir.
Məlumata görə, səfir həbs edilənlərin azad olunmasının vacibliyini vurğulayıb: “Birləşmiş Ştatlar qətiyyətlə inanır ki, müstəqil vətəndaş cəmiyyəti fəal və məsuliyyətli cəmiyyətin ayrılmaz hissəsidir və haqsız yerə həbs edilənlər cəmiyyətdəki mühüm işlərini davam etdirə bilmələri üçün azad edilməlidir", səfir Libbi qeyd edib.
Hazırda həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə deyib ki, görüşdə onunla birgə jurnalist Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova, III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştitak ediblər.
Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Hakimiyyət rəsmiləri insan hüquqları ilə bağlı yerli və beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır.
Gundemxeber.az
18-08-2016, 23:23
13-12-2023, 12:40
29-10-2015, 22:29
24-06-2020, 12:22
20-04-2020, 21:57
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?