GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq işi yenidən məhkəmədə - TƏFƏRRÜAT

Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq işi yenidən məhkəmədə - TƏFƏRRÜAT

Tarix: 24-05-2024, 23:24 Bölmə :Cəmiyyət Baxış: 318

Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq işi yenidən məhkəmədə

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 2 milyon manat dələduzluq edən Sahil Nasir oğlu Abuşovun məhkəmə prosesi başlayır.

Məhkəmə hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək. Cinayət işində Dağıstan Şaban oğlu Əzimov, İnqilab Dadaş oğlu Nəzərov və Orxan Asəf oğlu Piriyev zərərçəkmiş qismində tanınıblar.
İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb və onun işi üzrə artıq hökm çıxarılıb.
Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.
Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.
İş materiallarında iddia olunur ki, təqsirləndirilən Səadət Xəlilov 2 milyon manatı 200 min, 800 min və 1 milyon manat olmaqla, üç dəfəyə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən alıb. Zərərçəkmiş qismində Soltan Əliyev tanınıb. O, Tağı Əhmədovun dostudur.

Səadət Xəlilov isə bildirir ki, o, pulu Tağı Əhmədovdan alıb, Soltan Əliyev sadəcə, vasitəçilik edib. Tağı Əhmədov pulu sələmlə vermişdi, əvəzində ona aylıq faiz ödəyirdi.
Tağı Əhmədov özü də bu iş üzrə istintaqda şahid qismində dindiriləndə pulun ona məxsus olduğunu etiraf edib.
Səadət Xəlilov və vəkili dəfələrlə məhkəmədə vəsatət qaldırıb ki, Tağı Əhmədov çağırılıb dindirilsin. Onunla Səadət Xəlilov arasındakı telefon danışıqları araşdırılsın. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib. Təqsirləndirilən şəxs və vəkili də bundan narazı qalıb.
Səadət Xəlilovun vəkili məhkəmədə bu işi araşdıran hakimlər kollegiyasına etiraz verib. Vəkil bildirib ki, məhkəmədə bu cinayət işinin obyektiv, hərtərəfli araşdırılması, Səadət Xəlilovun müdafiəsi məqsədilə verilən vəsatətlərin heç biri təmin olunmadı. İş üçün çox əhəmiyyətli olsa da, Tağı Əhmədov çağırılıb dindirilmədi: "Verilən vəsatətlərin heç biri təmin olunmadı. Davamlı olaraq, bu prosesdə ədalətli məhkəmə araşdırması hüququ pozulur. Məhkəmə əvvəldən öz mövqeyini ortaya qoyur ki, nəyin bahasına olursa olsun, Səadət Xəlilov haqqında ittiham hökmü çıxarılacaq. İfadələrdə dəfələrlə Tağı Əhmədovun adı keçir. İş materiallarında da özünün ifadəsi var. Amma müsahibəsində deyir ki, mən istintaqa çağırılmamışam, həmin ifadəni şübhə altına alır. Buna baxmayaraq, məhkəmə onu çağırıb dindirməkdən imtina edir. Aydınlaşdırmır ki, o zaman iş materiallarındakı ifadə kimindir".
Tağı Əhmədov sələmlə pul verməsi, pulu qaytara bilməyəndə isə Səadət Xəlilovu YAP-ın binasında döyməsi haqda Səadət Xəlilovun ifadələri mətbuatda yayılandan sonra “Qaynarinfo” saytına müsahibə vermişdi.
Həmin müsahibədən sitat:
“Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.
Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər… Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.
Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orada da batıb. Onu Soltanla birlikdə yanıma çağırdım. Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilmərsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədir. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram”.
Məhkəmənin hazırlıq iclası mayın 27-də keçiriləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini 1 il azaldaraq 8 ilə endirib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovdan sələmə 2 milyon pul aldığını deyən şəxsin cəzası AÇIQLANDI

    Tağı Əhmədovdan sələmə 2 milyon pul aldığını ...

    17-03-2022, 15:08

  • 
  • Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərin istintaqı başa çatdı - DETALLAR

    Tağı Əhmədovun 2 milyonunu mənimsəyənlərin ...

    7-10-2022, 16:24

  • 
  • Tağı Əhmədovun işləri yenə düz gətirmədi

    Tağı Əhmədovun işləri yenə düz gətirmədi ...

    30-12-2021, 16:43

  • 
  •  "Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm" - MƏHKƏMƏ

     "Onların Tağı Əhmədovdan 3 dəfə pul ...

    27-09-2021, 16:12

  • 
  • Deputatın oğluna qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəmə baxışına verilib

    Deputatın oğluna qarşı dələduzluq edən şəxsin ...

    7-06-2018, 15:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu