GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal »  "Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm" - MƏHKƏMƏ

 "Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm" - MƏHKƏMƏ

Tarix: 27-09-2021, 16:12 Bölmə :Kirminal Baxış: 336


Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edir. İş üzrə zərərçəkmiş şəxs kimi tanınan AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyev məhkəmədə ifadə verib. Bildirək ki, Soltan Əliyev və Tağı Əhmədov yaxın dostdur.


Bu iş üzrə təqsirləndirilən Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarovdur. Onların cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağay.vin sədrliyi ilə baş tutur.

Sonuncu məhkəmə prosesində zərərçəkmiş Soltan Əliyev ifadə verib.

Soltan Əliyev deyib ki, təqsirləndirilən Səadət Xəlilov bu hadisə baş vermədən illər əvvəl ona işbirliyi təklif edib. Birlikdə iş görüblər, amma Səadət Xəlilov ona borclu qalıb:

“5-6 il sonra borcunu qaytardı. Dedi ki, başqa borclarım da vardı, bağlamışam. Mən düzü onun pulu qaytaracağını gözləmirdim. Fikirləşdim ki, adama bax, 5-6 il sonra da olsa, borcu qaytarır. Ona bir az da buna görə etimadım yarandı.

2016-cı ildə Səadətlə küçədə görüşdük. Dedi ki, Bakının bir nömrəli mərmərçisiyəm. İrandan, Qazaxıstandan gətirib sərfəli qiymətə satırlar. Mənə dedi ki, yaxşı, imkanlı dostların var, onlardan pul al, şərik olaq, sən də payını götür”.

Soltan Əliyev bildirib ki, birinci dəfə Səadət Xəlilova 200 min manat borc verib. Bunun müqabilində ayda 4000 qazanc alıb.

“Sonra məni Sahiblə də tanış elədi. Dedilər ki, sifarişlər çoxdur. Düzü, ikinci dəfə yuxarı məbləğ dedilər, mən tərəddüd elədim. Ardınca 1 dənə daş gətirdilər, dedilər ki, qiyməti 2 milyona yaxındır. Xaricə çıxarmaq olsa, auksionda 9-10 milyona satılar. Onda 1 milyon istəyirdilər, mən də verdim. Üçüncü dəfə 800 min verdim, toplam 2 milyon oldu”- deyə zərərçəkmiş qeyd edib.

2-3 ay sonra pullarını ala bilmədiyini deyən Soltan Əliyev bildirib ki, onların başqa şəxslərə də borcu olduğunu öyrənib.

“Onları məhkəməyə də vermişdilər. Hətta öyrəndim ki, verdikləri də təmiz daş deyil”- deyə S.Əliyev əlavə edib.

S.Əliyev istintaq zamanı üzləşdirmədə deyib ki, pulu Tağı Əhmədovdan alaraq adı çəkilən şəxslərə faizə verib. Amma sonradan ifadəsini dəyişərək söyləyib ki, Tağı Əhmədovdan pulu borca alıb, Səadət adlı şəxsə iş qurmaq adı ilə verib.

S.Əliyev prokurorun suallarını cavablandıran zaman daha çox “xatırlamıram”, “yadımda deyil”, “dəqiq bilmirəm” deyib. Bu isə qarşı tərəfin narazılığına səbəb olub.

Növbəti prosesdə S.Əliyev yenə də prokurorun suallarını cavablandıracaq.

Məhkəmə prosesi oktyabrın 1-də davam etdiriləcək.

Bildirək ki, təqsirləndirilən şəxslərdən Sahil Abuşov məhkəmədəki ifadəsində bildirib ki, onlara sələm verən şəxs Tağı Əhmədov olub. O, pulları Yasamalda YAP-ın binasının yanında götürürdüklərini deyib.

Digər təqsirləndirilən Qulu Muxtarov dindirilən zaman bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı:

“Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bu söhbətlər əsnasında bir dəfə Səadətə zəng vurub harada olduğunu soruşdum. Dedi, “harada olacam, cəhənnəmdə, Tağı müəllim məni döyüb biabır elədi”.

İstintaq zamanı təqsirləndirilən şəxslərin anten məlumatlarından məlum edilib ki, onlar dəfələrlə YAP-ın Yasamal rayon təşkilatında olublar. Həmin zaman da təşkilatın sədri Tağı Əhmədov olub.

Həmçinin o da məlum olub ki, Tağı Əhmədovla hazırda həbsdə olan Səadət Xəlilov arasında pul mübahisəsinə görə dəfələrlə telefon danışıqları olub.

Xatırladaq ki, Tağı Əhmədov vaxtı ilə “MTN işi”ndə də zərərçəkmiş idi. Tağı Əhmədov maaşından “yığıdığı” 3 milyonu MTN generalı Akif Çovdarova verdiyini deyirdi./Musavat.com/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovu məhkəməyə verdilər

    Tağı Əhmədovu məhkəməyə verdilər ...

    16-10-2013, 14:48

  • 
  • Tağı Əhmədov Akif Çovdarovla anlaşıb

    Tağı Əhmədov Akif Çovdarovla anlaşıb ...

    11-04-2020, 13:04

  • 
  • Keçmiş polis əməkdaşı həbs edildi - Rüşvətə təhrikə görə

    Keçmiş polis əməkdaşı həbs edildi - Rüşvətə ...

    20-07-2019, 10:33

  • 
  • Deputatlığa və hakimliyə namizədlərə rüşvət verib - məhkəmə başlayır

    Deputatlığa və hakimliyə namizədlərə rüşvət verib ...

    2-11-2018, 12:20

  • 
  • "İnterpol"un həbs etdiyi azərbaycanlının məhkəməsində zərərçəkmiş ifadə verib

    "İnterpol"un həbs etdiyi ...

    4-12-2018, 16:19


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu