GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda məşhur klinikada çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə oldu və... - TƏFƏRRÜAT

Bakıda məşhur klinikada çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə oldu və... - TƏFƏRRÜAT

Tarix: 11-06-2024, 13:38 Bölmə :Cəmiyyət Baxış: 126
Bakıda əməliyyat etdiyi qızla sevgili olan plastik cərrahın başına iş gəlib.

GUNDEMXEBER.AZ publika.az-a istinadən xəbər verir ki, plastik cərrah klinikada çalışarkən əməliyyat etdiyi S.Tağıyeva (şərti soyadlı) adlı qızla sevgili olub və bir müddət qeyri-rəsmi ər-arvad kimi yaşayıb. Lakin daha sonra onların münasibəti pozulub və S.Tağıyeva həkimin Nizami rayonunda çalışdığı klinikadakı kabinetinə basqın edərək ona hücum edib. Bu zaman gənc xanım həkimə stepler ataraq ona başından xəsarət yetirib, həmçinin masasının üzərindəki kağızları cırıb.
Hadisə yerinə polis gəldikdən sonra qızı sakitləşdirmək mümkün olub və o, polis şöbəsinə aparılıb. Bundan sonra S.Tağıyeva barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb.
Təqsirləndirilən şəxs ifadəsində artıq həkimlə barışdığını bildirib: "2022-ci ildə Səbail rayonunda yerləşən klinikaya həkim E.Məmmədov (şərti soyadlı) mənə sinə əməliyyatı etdi. Əməliyyatla əlaqədar klinikaya gedib-gəlirdim və onunla aramızda sevgi münasibəti yarandı, qeyri-rəsmi ər-arvad münasibətində olduq. O mənlə evlənəcəyini bildirmişdi. Lakin sonra ayrıldıq. E.Məmmədov mənə verdiyi sözü tutmadığından və etdiyi əməliyyatdan narazı qaldığım üçün ona verdiyim pulu geri tələb etmək üçün 14 avqust 2023-cü il tarixdə işlədiyi klinikasına getdim. Bu zaman rəfiqəm Günel də yanımda idi. Təqribən saat 13 radələrində E.Məmmədov otağına daxil oldu. Bu zaman biz də onun arxası ilə otağa daxil olduq. Otaqda həkimin köməkçisi və digər bir xəstə qadın da var idi. Otağa daxil olduqdan sonra oradakı qadınlardan otağı tərk etmələrini xahiş etdim, lakin həkim heç kimin çıxmayacağını bildirdi və mənim otaqdan çıxmağımı tələb etdi. E.Məmmədovdan əməliyyat üçün ona verdiyim 5000 manat məbləğində pulu və müalicə xərclərini tələb etdim. E.Məmmədov mənə verəcəyi pulu olmadığını, gedib pulumu klinikadan tələb etməyimi bildirdi. O, mənimlə ucadan kobud formada danışmağa başladı. İş masasının kənarından ona yaxınlaşdım və ona təkrarən "ağzının danışığını bil, sən özünü kimə göstərirsən?" dedim. E.Məmmədov sağ bazu nahiyəmdən əli ilə itələdikdə, bel nahiyəm stolun üzərində olan sənədqabına dəydi və sənədlər yerə töküldü. Özümü müdafiə məqsədi ilə onun üzündən yüngülcə şillə ilə vurdum. Bundan sonra həkim otaqdan dəhlizə çıxdı. Onun arxası ilə getdim və getməməsini, ona sözüm olduğunu bildirdim. Məni dinləmədən uzaqlaşdı. Əsəbiləşdiyim üçün geri qayıdıb E.Məmmədovun masasının üzərində olan bəzi sənədləri cırdım. Daha sonra polis əməkdaşları gəldi, izahat vermək üçün polis bölməsinə getdik. Hazırda zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı ödəmişəm, zərərçəkmiş şəxsin mənə qarşı şikayəti yoxdur. Mənim heç bir təqsirim yoxdur".

Zərərçəkmiş həkim də S.Tağıyevadan şikayətçi olmadığını bildirib və ona cəza verilməməsini xahiş edib. Nizami rayon Məhkəməsi S.Tağıyevanı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilib və ona 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə şərti hesab edilib.


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyəli həkim Azərbaycanda çalışdığı klinikada intihar edib

    Türkiyəli həkim Azərbaycanda çalışdığı klinikada ...

    28-01-2014, 12:10

  • 
  • Bakıda polis qızla öpüşən oğlanı saxladı – VİDEO

    Bakıda polis qızla öpüşən oğlanı saxladı – VİDEO ...

    10-07-2015, 11:42

  • 
  • Bakıda üç gün öncə toyu olan gənc sevgili qurbanı oldu

    Bakıda üç gün öncə toyu olan gənc sevgili qurbanı ...

    18-09-2013, 11:20

  • 
  • Bakıda iki kişinin sevgili üstündə qanlı davası: Araya girən qadın...

    Bakıda iki kişinin sevgili üstündə qanlı davası: ...

    19-11-2020, 09:58

  • 
  • Sevgililəri ilə cinsi əlaqədə oldu, sonra şantaj etdi - BAKIDA MƏHKƏMƏ

    Sevgililəri ilə cinsi əlaqədə oldu, sonra şantaj ...

    3-09-2015, 18:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu