Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bəxtiyar Hacıyev mülki klinikada müayinədən keçəcək
Həbsdə olan hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin özəl mülki klinikada ailəsinin vəsaiti hesabına müayinədən keçməsinə Penitensiar Xidmət razılıq verib. Qurban bayramı ilə bağlı tətil günləri başa çatdıqdan sonra onun müayinəsi özəl klinikalardan birində həyata keçiriləcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevlə telefon danışığından sonra onun qardaşı Vüqar Hacıyev iyunun 17-də Amerikanın Səsinə bildirib.
“Bəxtiyar son zamanlar səhhəti ilə bağlı problemlərin olduğunu bildirir. Yuxuya gedə bilmir, əsəb sistemində problemlər yaranıb, başında ağrılar olur. Onda depressiyaya düşmə halları var. Qardaşımın Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçmək üçün dəfələrlə müraciət etməsinə baxmayaraq müxətlif bəhanələrlə imkan vermirdilər. Mənimlə telefon danışığında dedi ki, sonuncu dəfə özünün maliyyəsi hesabına mülki klinikalardan birində MRT-dən keçmək istədiyini bildirib və buna razılıq veriblər”, Vüqar Hacıyev qeyd edib.
Onun sözlərinə görə, müayinə nəticəsində müalicə təyin edilərsə ailəsi onun müalicəsi və dərmanları üçün vəsaiti də ödəməyə hazırdır.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə zorakılıq tətbiq edib.
Ötən il iyunun 16-da Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələləri - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Həmin il noyabrda ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Azərbaycan Daxili İşlər Nazirliyi bu ittihamların əsassız olduğunu bəyan edib.
Gundemxeber.az
25-01-2023, 22:10
31-07-2013, 17:56
25-09-2023, 23:41
28-02-2023, 18:28
22-06-2020, 19:29
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?