GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazirlər Kabineti karantini yenə uzadacaqmı?

Nazirlər Kabineti karantini yenə uzadacaqmı?

Tarix: 20-06-2024, 23:10 Bölmə :Cəmiyyət Baxış: 245

Nazirlər Kabineti karantini yenə uzadacaqmı?

Azərbaycan ərazisində 4 il 3 ay əvvəl koronavirus pandemiyası ilə bağlı başlayan xüsusi karantin rejiminin müddəti bu il iyulun 1-i saat 06:00-da başa çatır. Amma bir sıra təhlilçilər hesab edirlər ki, Nazirlər Kabineti, bu illər ərzində dəfələrlə olduğu kimi, yenə karantinin müddətinin uzadılması ilə bağlı qərar verəcək.

Azərbaycanda bir sıra yumşaldılma tədbirlərindən sonra karantin məhdudlaşdırmalarından, əsasən, quru sərhədlərin bağlı olması qalıb. Hökumət bundan öncə, martda buna aid növbəti qərarında karantinin müddətinin uzadılmasını koronovirus infeksiyası ilə bağlı təhlükənin hələ də sovuşmaması ilə izah edib. Halbuki hələ ötən il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başa çatdığını elan edib. Amma son illər rəsmilərin dilindən bu məsələlərlə bağlı təhlükəsizliyə aid mülahizələr də eşidilməyə başlanıb.

Bəs bu dəfə Nazirlər Kabinetinin qərarı necə olmalıdır? Quru sərhədlərdə məhdudiyyət götürülməlidirmi?

Suala, hələlik, bu qurumun özündən dəqiq cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Turana bildirib ki, bu məsələ dəfələrlə gündəmə gətirilib: “Təbii ki, hökumətin açıqlaması daha çox koronovirusla bağlı riskin olması əsasındadır. Amma, görünür, başqa mülahizələr də ola bilər”.
Deputatın sözlərinə görə, bu, xüsusilə də təhlükəsizlik, bölgədə müharibə şərtlərinin kəskinləşməsi və digər mülahizələrlə bağlıdır: “Amma, məncə, sərhədləri tamamən bağlamaq yerinə, müəyyən mənada yumşaldıcı addımlar atılmalıdır, çünki koronovirus riski xeyli aşağıdır. Düzdür, bəlkə, hansısa mülahizələrlə bunun bir riski olduğu barədə hökumətin əlində informasiyalar var, amma bütövlükdə tələbələr, xəstələr, müəyyən dərəcədə istirahətə gedənlər üçün şərtlərin yumşaldılmasına ehtiyac var”.
F.Mustafanın fikrincə, quru sərhədlərin uzun müddət qapalı olması narahatçılıq yarada və vətəndaşları məmnun etməyən bir addım ola bilər: “Bu baxımından bunun yolları düşünülməlidir və daha yüngülləşdirici addımlar barədə fikirləşilməlidir”.
Siyasi şərhçi Nəsimi Məmmədlinin AzadlıqRadiosuna xatırlatmasına görə, ÜST-nin açıqlamalarından da görünür ki, dünyada koronovirus təhlükəsi ortadan qalxıb: “Bunu əsas götürərək sərhədləri bağlı saxlamaq məntiqə uyğun deyil. Eyni zamanda, bu onu göstərir ki, quru sərhədlərin bağlı qalması heç də pandemiya ilə bağlı deyil”.

Ekspert hesab edir ki, bu, daha çox siyasi məsələdir: “Amma bu siyasi məsələnin arxasında dayanan amilləri təhlil edərkən çox maraqlı mənzərə ortaya çıxır. Əslində quru sərhədlərin bağlı olması həm dövlət, həm də vətəndaş üçün olduqca arzuolunmazdır və onların hər birinin ziyanına işləyir. Ancaq, görünür, ya regiondakı hadisələrin gələcək inkişafı ilə bağlı məsələlər var, ya da, ola bilsin, hökumət bu məsələləri özü üçün təhdid hesab edir”.
N.Məmmədlinin sözlərinə görə, burada sanki Azərbaycan cəmiyyətinin üzərində məhdudiyyətlərin tətbiqini sınayırlar: “Bu məhdudiyyətlərlə cəmiyyəti öyrətmək eksperimenti var. Təəssüf ki, cəmiyyət artıq ona uyğunlaşmağa doğru gedir”.
Üstəlik, bəzi müstəqil iqtisadçıların ehtimalına görə, hökumət quru sərhədləri bağlamaqla ölkədən valyuta çıxışının qarşısını almaq istəyir. Onlar vurğulayır ki, məhdudiyyətlər olmayanda Azərbaycanın sadə vətəndaşlarının çoxu alış-veriş üçün İranın, Gürcüstanın, Rusiyanın daha ucuz sərhədyanı dükan və bazarlarına üz tuturdular. Eyni zamanda, pandemiyaya qədər insanların müalicə üçün kütləvi şəkildə İrana, Gürcüstana getdikləri xatırladılır. İndi isə bu, yalnız icazə ilə mümkündür.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi deyilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti ...

    19-03-2021, 18:50

  • 
  •  2 şəhər və 8 rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb

     2 şəhər və 8 rayonda sərtləşdirilmiş xüsusi ...

    5-12-2020, 17:57

  • 
  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti gələn ilədək uzadılıb

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti ...

    22-12-2022, 20:44

  • 
  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılacaq

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti ...

    20-08-2021, 14:21

  • 
  • Cəmi 17 xəstə var: Quru sərhədlər açılır? - AKTUAL

    Cəmi 17 xəstə var: Quru sərhədlər açılır? - AKTUAL ...

    14-06-2023, 17:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu