"Yaxın günlərdə Dağıstanda niqabın qadağan olunması ilə bağlı fətva veriləcək".
Bunu Dağıstan Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Əhməd Abdulayev deyib. “Biz bunun üzərində işləyirik. Biz niqabın qadağan olunmasına fətva verəcəyik”- deyə açıqlamada qeyd olunur. Qeyd edək ki, Dağıstanın rəhbəri Sergey Melikov ölkədəki təhlükəsizlik məsələlərinə görə niqab taxmağın əleyhinə olduğunu bildirib. Həmçinin, Dövlət Dumasının “Yeni Xalq”dan vitse-spikeri Vladislav Davankov Dövlət Dumasına baxılmaq üçün qanunvericilik və bələdiyyə məclislərinə dini və digər geyimlərin geyilməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətlərinin verilməsini təklif edən qanun layihəsini təqdim edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?