Gundemxeber.az » Ölkə » Cəmiyyət » AXI NİYƏ: Aşura günü verilən qanlar xəstələrə pulla satılır? - İlahiyyatçı "satılır" deyir, qurum "ödənişsizdir" deyir...
Aşura günü qanvermə aksiyasında iştirak edib, qan verən vətəndaşların qanlarının aqibəti necə olur? Toplanan qan komponentləri hansı xəstələrə və hansı şərtlərlə verilir? Ümumiyyətlə, qanvermə aksiyasında ehsan adına toplanan bu qan komponentləri vətəndaşlara pulsuz verilir, ya pulla?
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin tabeliyindəki Mərkəzi Qan Bankından bildirilib ki, qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq:
"Qan verməyin qarşı tərəfin həyatını qurtarmaqla bərabər, donor sağlamlığı üçün də müsbət əhəmiyyəti var. Qanunvericiliyə görə, qan komponentlərinin donorluğu ödənişsizdir. Mərkəzi Qan Bankında və onun səkkiz regional bölməsində müxtəlif tibb müəssisələrinə tələbnamələrə uyğun olaraq qan və qan komponentləri ödənişsiz və qeyd-şərtsiz buraxılır. Qan donorluğu könüllülük əsasında həyata keçirilir" - deyə, qurumdan bildirilib.
İlahiyyatçı Tural İrfan aksiyada toplanmış və ehsan sayılan həmin qanların xəstə vətəndaşlara pulla satıldığını iddia edir. Bununla bağlı ilahiyyatçı Bizimyol.info xəbər portalına açıqlama verib. İlahiyyatçının sözlərinə görə, Aşura günü verilən qan bankaları ehsandırsa, o, satıla bilməz. Ancaq sonra bir imkansıza qan lazım olduğunda, həmin qan pulla satılır.
"Yaxın tanışlardan, qohumlardan mənə bu haqda deyilib. Əməliyyat zamanı qan lazım olub və həkimlər xəstə yaxınlarını qan institutuna göndəriblər, orda da bu qanlar pulu ilə verilib. Mən uşaqlardan böyüklərə kimi heç vaxt şahid olmamışam ki, kiməsə pulsuz qan verilsin. Sosial şəbəkələrdə qan lazım olan şəxsə kimsə gedib pulsuz qan verirsə, başqa məsələ. Ondan başqa, kimə qan lazım olubsa, pulu ilə aldığını bilirəm. Aşura günü ehsan adı ilə keçirilən qanvermə aksiyasında toplanan qanlar sonradan ehtiyacı olanlara pulla satılır" - deyə, Tural İrfan xəbər portalımıza bildirib.
Məlumat üçün qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumata görə, həmin qanvermə aksiyaları zamanı Bakı şəhəri üzrə 1 378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər, könüllü olaraq, ümumilikdə 1 040 litr qan verib.
GUNDEMXEBER.AZ
20-09-2018, 14:54
1-10-2017, 21:45
21-11-2013, 17:59
11-03-2019, 16:37
29-09-2020, 16:02
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?