GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ƏMDK məmurları dövləti talançıya şərik ediblər

ƏMDK məmurları dövləti talançıya şərik ediblər

Tarix: 22-07-2024, 15:15 Bölmə :Cəmiyyət Baxış: 261


“Bir gözünüz “Mülkiyyət” qəzetində olsun ki, dövlət sizdən xəbərsiz əmlakınızı hərraca çıxaranda xəbər tutasınız"


Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən “Müəllimlər” Mənzil-Tikinti Kooperativinə məxsus 98 saylı binanın sakinləri Neymatova Zarema Əjdərovna, Adilov Emin İbrahimxəlil oğlu, Dəmirova Elmira Paşayevna, Lətifov Rasim Mahmud oğlu, Musaxanov Rüfət Ağamurad oğlu, Abdullayev Tofiq Sadıq oğlu, İmanov Neman İmanverdi oğlu, Mirzəliyev Xaqani Mirzəli oğlu və digərləri “Qanun və Hədəf” qəzeti redaksiyasına yazılı müraciət edərək, mülkiyyət hüquqlarının kooperativə sədrlik etmiş şəxs və onunla əlbir olan məmurlar tərəfindən pozulduğunu bildirmiş, məsələnin mediada ictimailəşdirilməsini xahiş etmişlər.


Bildirirlər ki, üzv olduqları “Müəllimlər” Mənzil – Tikinti Kooperativi 1960-cı ildə yaradılıb və pay sahibləri tərəfindən binanın tikilməsi üçün sərmayə qoyulub. Burada 0.65 ha həyətin ümumi sahəsində, beşmərtəbəli, beş bloklu, 60 mənzilli olan bina, zirzəmi və 188,3 kv.m sahəsi olan yarımzirzəmisi və s. pay sahiblərinin sərmayəsi hesabına inşa edilib. Bina 1965-ci ildə istismara verilib. Binanın yarızirzəmisi icarəyə verilib və alınan vəsait həyətin təmizlik işlərinə, xadimə xidmətlərinə, kooperativin mühasibi və kooperativ sədrinə əmək haqqı ödəmək üçün xərclənirdi.
2002-ci ildə binanın sakini Ramazanov Səfər Müslüm oğlu MTK-nın sədr vəzifəsini ələ keçirdikdən sonra əvvəllər icarəyə verilən yarımzirzəmini öz şəxsi ofisinə çevirərək MTK-nı icarədən gələn vəsaitdən məhrum edib. Ramazanov Səfər Müslüm oğlu 2004-cü ildə həyətin ümumi sahəsinin 0,40 ha-nı pay sahiblərinin xəbəri və razılığı olmadan öz şəxsi mülkü kimi qeyri-qanuni şəkildə «Baku Clock Tover» şirkətinə külli miqdarda pul müqabilində satıb. Həmin sahədə adı çəkilən şirkət bina inşa edib. Bundan başqa, Ramazanov Səfər Müslüm oğlu həyətdə uşaqlar üçün yaradılan guşəni zəncirlə ayıraraq şəxsi avtomobilləri üçün parkinq kimi istifadə edib. Sakinlərin uzun müddət şikayətlərinə baxılmayıb və heç bir tədbir görülməyib. 2017-ci ildə məlum olub ki, pay sahiblərinin ümumi istifadəsində olan 188,3 kv.m sahəsi olan yarımzirzəmi saxta sənədlərlə sədrin oğlu Ramazanov Böyükağa Səfər oğlunun adına keçirilib. Ramazanov Səfər zirzəmini hərracda 35 min manata aldığını deyib, lakin sonradan məlum olub ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri ilə anlaşaraq dövlət sahəsi adı ilə həmin zirzəmini hərraca çıxarıb, özü də hərracı udub.
Bütün bunlardan sonra kooperativ üzvləri iclas keçirərək Ramazanov Səfəri səsvermə ilə tutduğu vəzifədən azad ediblər. Sənədlərin və binaya aid möhürün təhvil-təslim zamanı məlum olub ki, binaya və ümumi sahəyə aid olan texniki pasport və kooperativin nizamnaməsi guya itirilib. Eyni zamanda təhvil alınan möhür «Müəllimlər» MTK-nın möhürü yox, «Müəllim» mənzil istismar kooperativ möhürü kimi qeyd olunmuşdur.
Həmin məsələdən ilk əvvəl Nəsimi rayon prokurorluğuna, Bakı şəhər prokurorluğuna şikayət verilib. Lakin cinayət təqibi orqanları mübahisəni yalnız mülki iş kimi qiymətləndirib, məhkəmə müstəvisində baxılmasını tövsiyə etməklə kifayətlənib.
2018-ci ilin oktyabrında sakinlərin Nəsimi rayon məhkəməsinə iddia ərizəsi üzrə işə baxılıb. İddia nədənsə məhkəmə tərəfindən ədalətlə araşdırılmayıb və iddia ərizəsi rədd edilib.
Birinci instansiya olan Nəsimi rayon məhkəməsi cavabdehlər – “Müəllimlər” MTK-ya, Ramazanov Böyükağa Səfər oğluna, Ramazanov Səfər Müslüm oğluna, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” iddiaçıların tələbinə dair mülki iş üzrə 2(006)-6007/2018 saylı, 28 dekabr 2018-ci il tarixli qətnaməsini çıxararkən nəzərə almayıb ki, zirzəmi kooperativ binanın tərkib hissəsidir və kooperativə məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin hansı əsasla dövlət mülkiyyətinə keçirilməsi araşdırılmayıb, bu barədə məhkəməyə vəsatət verilsə də, məhkəmə bu məsələnin araşdırılmasında maraqlı olmayıb.
Kooperativ üzvlərinin kooperativin nizamnaməsini arxivdən əldə etmək məqsədilə müxtəlif sorğuları cavabsız qalmış, məhkəmə isə yenə də bu məsələni araşdırmaq istəməmişdir. Sonradan onların çoxsaylı müraciət və səylərinin nəticəsi olaraq kooperativin tikintisinə torpaq sahəsinin ayrılmasına dair 12 yanvar 1963-cü il tarixli qərardan çıxarışı və tikinti pasportunun surətini arxivdən əldə etməyə nail olsalar da, lakin həmin vaxt artıq iş üzrə qətnamə elan edilmişdi.
Yeri gəlmişkən, “Müəllimlər” kooperativinin üzvlərinə onun əmlakının hərraca çıxarılması barədə heç bir bildiriş verilməyib, hər hansı formada razılıq alınmayıb. Yalnız Səfər Ramazanov istisna edilib, iş yalnız onunla görülüb. ƏMDK “Müəllimlər” Kooperativinə məxsus əmlakı Kooperativin digər üzvlərinə məlumat vermədən Böyük Ağa Ramazanova satıb. Kooperativin ümumi paylı mülkiyyət əsasında mülkiyyətçilərə məxsus əmlakını qeyri-qanuni hərraca çıxarıb. Səfər Ramazanov isə bilə-bilə həmin əmlakı əsassız varlanma, gəlir əldə etmək məqsədilə, kooperativin sədri vəzifəsini icra etməsindən və möhürün onda olmasından istifadə edərək almış və oğlu Böyük Ağa Ramazanovun adına rəsmiləşdirmişdir.
Kooperativ üzvləri Nəsimi rayon məhkəməsinin araşdırmadığı bu sadalanan halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verdikləri birinci apellyasiya şikayətində qeyd edərək, rayon məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(006)-6007/2018 saylı qətnaməsinin qanunsuz və əsassız hesab etdikləri üçün ləğv edilməsini və iddialarının təmin edilərək, alqı-satqının etibarsız hesab edilməsi və Səfər Ramazanovun adına verilmiş çıxarışın ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş ediblər.    
Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin məlum  qətnaməsini ləğv edib, amma eyni zamanda iddiaçıların MTK-ya, Ramazanovlara və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barədə iddiasını da təmin etməyib. Apellyasiya məhkəməsi hesab edib ki, cavabdeh tərəflərdən biri kimi ƏMDK deyil, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi olmalı imiş, iddiaya cavab verməli olan bütün şəxslər (o cümlədən, ƏMDK yanında Auksion Mərkəzi-red.) cavabdeh qismində cəlb edilmədiyindən, apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur.
Sakinlər həmin mərhələdə Nəsimi rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə kifayətlənib apellyasiya qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına şikayət verməyiblər. Nəsimi rayon məhkəməsinə etdikləri ikinci müraciətdə ƏMDK-nin özünü də, iki qurumunu (ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsini və ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzini – red.) da cavabdeh kimi göstəriblər. Buna baxmayaraq, Nəsimi rayon məhkəməsi işi ədalətli araşdırmaq əvəzinə, ƏMDK-nın “Mülkiyyət” qəzetində verilmiş hərrac elanında sözügedən əmlakların balans saxlayıcısı kimi Bakı şəhər İcra Hakimiyyətinin, İcra Hakimiyyəti Başçısı aparatı MKTD və Nəsimi rayon MKTB olduğu barədə qeydlərə istunad edib. Halbuki, məhkəmədə nəzərdən keçirilmiş iş materiallarında olan Nəsimi rayon MKTB-nin 04.06.2019-cu il tarixli 0/273 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi-98 saylı bina “Müəllimlər” MTK-ya məxsusdur və həmin bina Nəsimi rayon MKTB-nin balansında deyildir. Nədənsə, məhkəmə bu xüsusatın üzərində dayanmayıb. Əvəzində MTK barədə Ədliyyə Nazirliyində və Vergi orqanlarında məlumatların olmamasını qabardıb.
Məhkəmə iclaslarında kooperativ üzvləri tərəfindən dəfələrlə vəsatətlər qaldırılmışdır ki, sözügedən sahələrin dövlət əmlakı olması barədə registrə qeydə almağa əsas olan sənədlər məhkəməyə təqdim edilsin. Lakin cavabdehlər bu sənədləri məhkəməyə təqdim etməyiblər.
Sonucda Nəsimi rayon məhkəməsi özünün 28.11.2019-cu il tarixli 2(006)-5242/2019 saylı qətnaməsi ilə tələbə dair iddianı yenə rədd edib.
Lakin kooperativ üzvlərinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ikinci müraciəti həmin vaxt üçün gözlədikləri nəticəni verib. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayıb. Kollegiya apellyasiya şikayətini təmin etmiş, Nəsimi Rayon məhkəməsinin 28.11.2019-cu il tarixli, 2(006)-5452/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, ƏMDK ilə Ramazanov Böyük Ağa Səfər oğlu arasında bağlanmış 29.11.2017-ci il tarixli 3739 saylı müəssisənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə 10.11.2020-ci il tarixli 2(103)-3592/2020 saylı qətnamə qəbul etmişdir.
Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən AR Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verib. Kooperativ üzvləri hesab edirmişlər ki, apellyasiya instansiyasında aşkar məğlubiyyətdən sonra Ramazanovların haqsız mövqeyini müdafiə etmək fikrinə düşəcək hər hansı bir hakimin əlində istifadə edəcəyi artıq heç nə qalmayıb: “Həqiqətən də biz 2021-ci ildə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 ünvanda yerləşən, sahəsi 188,3 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdeh Dövlət Əmlak Komitəsi ilə üçüncü şəxs arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, üçüncü şəxsin adına Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 ünvanda yerləşən, sahəsi 188,3 kv.m olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etdik və iddiamız təmin olundu. Bundan sonra cavabdeh ƏMDX Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verdi. Bu mərhələdə bizim uduzmağımız üçün bütün mümkün olan və mümkün olmayan maneələr qarşımıza qoyuldu: “İnzibati iddiaların verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüsünüz”; “Kooperativin üzvü olmanız halı öz təsdiqini tapsa belə, məhkəmədə ayrıca iddia qaldırmaq hüququnuz Kooperativlərin Nümunəvi Nizamnaməsində müəyyən edilməyib, statusunuz yoxdur”, “Hansı səlahiyyətlə kimi və kimləri təmsil etdiyiniz aydın deyil” və s. Beləliklə, ƏMDK-nin apellyasiya şikayəti təmin edildi, Bakı İnzibati Məhkəməsinin 25.04.2022-ci il tarixli qərarı ləğv edildi, bizim tələblərimizə dair iddialarımız mümkün sayılmadı.
Deyək ki, “Müəllim” MT kooperativinin nizamnaməsi itib, yaxud, itirilib və bu təqdirdə Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil tikinti kooperativinin Nümunəvi Nizamnamə”si əsas götürülür. Bəs elə isə, bizim (kooperativ üzvlərinin) vaxtilə binada yarımzirzəmi inşa olunmasına razılıq verdiyimizi təsdiqləyən sənəd hardadır?
Sual olunur: Tutaq ki, yarımzirzəminin dövlət mülkiyyəti kimi hərraca çıxarılması qanunidir. Belə olan halda niyə o hərracdan kooperativ üzvləri deyil, yalnız kooperativin sədri xəbər tutur, məhz sədrin oğlu da hərracdan qalib çıxır? Bu fakt özü korruptiv sövdələşmənin sübütü deyilmi? O sədr ki, kooperativin möhürünü və vacib sənədlərini üzvlərdən gizlədib. Əgər vicdanlı qonşu olsaydı, hətta dövlət əmlakı kimi hərraca çıxarılması qanuni sayılsa da belə yarımzirzəmini öz oğluna deyil, sədri olduğu kooperativ üçün almağa çalışardı, elə kooperativ üzvlərinin pulu ilə. ƏMDK mənsubları da məsələyə vicdanlı yanaşsaydılar, yarımzirzəminin əvvəlki istifadəçilərinə hərracda üstünlük şansı tanıyardılar, təkcə Ramazanovlara yox.  
Müxtəlif mənalara yozula bilən “normativ aktlardan” daha əvvəl biz Azərbaycan vətəndaşlarının Konstitusiyada təsbit olunmuş təməl mülkiyyət hüququmuz var. Belə çıxır ki, hər hansı əmlakı olan vətəndaş gününü “Mülkiyyət” qəzetini izləməkdə keçirməlidir ki, görsün birdən dövlət onun əmlakını hərraca çıxarar, xəbəri olmaz”.
Yeri gəlmişkən, ata – oğul Ramazanovlar və onların ortaqları kooperativ üzvlərinin monolit birliyini pozmaq üçün əllərindən gələni etmişlər. Onların sırasından ən fəallarını ələ almaqdan tutmuş, məmur ortaqları, məhkəmə hakimləri tərəfindən təzyiq göstərməyə qədər çirkin vasitələrə əl atmışlar. Belə ki, kooperativ üzvlərindən biri də adı bir çox korrupsiya qalmaqallarında hallanan, 200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva olmuşdur. Binanın sakinləri bildirirlər ki, digər kooperativ üzvlərindən fərqli olaraq qadın vəkilin maraqları təmin olunduğuna görə, o, qonşularına arxa çevirərək, Ramazanovlara hüquq xidməti göstərmişdir.  
Kooperativ üzvləri onların “Müəllim” MTK-nı məhkəmədə təmsil etmək hüquqlarının tanınmasına, ƏMDK və ata-oğul Ramazanovlara qarşı tələb irəli sürmək üçün iddialarının mümkün sayılmasına köməklik göstərilməsini xahiş edirlər.
 
Pünhan ŞÜKÜR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY

    «Müəllimlər» MTK-nı KİMLƏR TALAYIB? - GİLEY ...

    14-07-2020, 10:22

  • 
  • Azərbaycanda çoxmənzilli binalar vahid qayda ilə idarə olunacaq

    Azərbaycanda çoxmənzilli binalar vahid qayda ilə ...

    13-06-2017, 15:52

  • 
  • Xalq artistinin oğlu vəfat edib

    Xalq artistinin oğlu vəfat edib ...

    14-08-2016, 17:19

  • 
  • Məmur oğlu sakinlərdən pul yığır – Şikayət

    Məmur oğlu sakinlərdən pul yığır – Şikayət ...

    30-01-2014, 17:21

  • 
  • Statistika sahəsində çalışanlar təltif edildilər - SİYAHI

    Statistika sahəsində çalışanlar təltif edildilər ...

    17-10-2015, 20:41


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (99)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu