GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 345 manatlıq əməkhaqqı nə qədər artırılmalıdır? - Araşdırma

345 manatlıq əməkhaqqı nə qədər artırılmalıdır? - Araşdırma

Tarix: 29-07-2024, 10:00 Bölmə :Cəmiyyət Baxış: 127

bitmap-img6


Minimum əməkhaqqının artırılması məsələsi gündəmdədir. Hazırda bu məbləğ 345 manatdır. Ekspertlərin fikrincə, bu məsələdə diqqət yetirilməsi vacib olan kritik məqamlar var. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın 1-ə qədər təqdim olunacaq. Hökumətdə müzakirə edildikdən sonra minimum əməkhaqqının artırılması ilə bağlı aqərar qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, minimum əməkhaqqında ən son artım 2023-cü ildə olub və 345 manat müəyyən edilib. İndi çoxlarını bir sual düşündürür: Minimum əməkhaqqı nə qədər artırılmalıdır ki, inflyasiya rəqəmləri insanlara daha az təsir etsin?

Dünyada necədir?

Bu sahədə dünyada mövcud olan rəqəmlər də maraqlıdır. Məsələn, Rusiyada minimum əməkhaqqı 2024-cü ildə aylıq təxminən 19 242 rubl - 250 dollar, Türkiyədə 10 350 TL - 380 dollar, Braziliyada 1 302 Braziliya realı - 265 dollar, Meksikada 6 223 peso - təxminən 350 ABŞ dolları, Çində isə 2 590 yuan- 365 dollar təşkil edir.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, müşahidə edilən qiymət artımları fonunda minimum əməkhaqqının artırılması vacibdir: “Çox böyük ehtimal ki, artım 2025-ci ilin əvvəlinə təsadüf edəcək. 2024-cü ildə minimum əməkhaqqının artırılması ehtimalları çox aşağıdır, hətta demək olar ki, yox səviyyəsindədir. İndiki şərtlər daxilində ehtimallar ondan ibarətdir ki, hökumət minimum əməkhaqqını təxminən 10-15 faiz aralığında artıra bilər. Çünki 2024-cü ildə bu proses baş vermədi. Amma olmalı idi. 2023-cü ildə rəsmi rəqəmlərlə ifadə olunan inflyasiya əhalinin alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədib. Bu il də inflyasiya davam edir. İki illik müqayisədə o nəticəyə gələ bilərik ki, rəsmi rəqəmlərlə 12-13 faiz artım baş verəcək”. 

“İstehlak səbətinin strukturu dəyişdirilməlidir”

R.Həsənovun fikrincə, minimum əməkhaqqı və istehlak səbəti uyğunlaşdırılmalıdır: “Hiss edilən inflyasiya minimum əməkhaqqı ilə çalışan şəxslərin alıcılıq qabiliyyətində özünü daha çox büruzə verir. Çünki onlar daha çox gündəlik ərzaq məhsulları istehlak edirlər. Bu məhsulların qiymətləri daha yüksək faizlərlə artır. Düşünürəm ki, Azərbaycanda istehlak səbətinin strukturu dəyişdirilməlidir. Yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Azərbaycanda əmək bazarı iştirakçılarının əhəmiyyətli hissəsi minimum əməkhaqqı alır”. 

600 manata çatdırılmalıdır

Ekspert minimum əməkhaqqı ilə bağlı vahid qaydaların olmadığını bildirir: “Minimum əməkhaqqı daha çox ehtiyaclar və hökumətlərin sosial siyasətinin səviyyəsindən asılı olaraq müəyyən edilir. Türkiyədə və bir çox ölkələrdə inflyasiya daha sürətli olduğu zaman rüblük və yarımillik əsaslarla minimum əməkhaqqının artırılmasına başlanılıb. Bu, həmçinin vətəndaşların alıcılıq gücünün qorunması məqsədilə də həyata keçirilir. Bəzən sosial siyasət cəhətdən daha yüksək indeksləşdirmə aparırlar. Amma ölkəmizdə bununla bağlı konkret qayda yoxdur. Reqlament olması çox vacibdir. İnkişaf etmiş ölkələrdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının 65 faiz səviyyəsində olması geniş yayılıb. Amma ölkəmizdə bu göstərici təxminən 35 faiz ətrafındadır”. 

R.Həsənov bildirdi ki, bütün tələbləri nəzərə aldıqda minimum əməkhaqqı 600 manata çatdırılmalıdır: “Bir çalışan orta hesabla 2,2 şəxsə baxır. Ona görə minimum əməkhaqqının 2,2 insanı qarşılaması həcmində olması lazımdır. Bu isə 560-600 manat arasında rəqəm deməkdir. Həmçinin, hökumətin nəzərdə tutduğu hədəf də minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır. Bu gün orta aylıq əməkhaqqı 1000 manata yaxınlaşır. Buna əsasən də hesablamalar apardıqda minimum əməkhaqqının 600 manat ətrafında olması vacibdir. Minimum əməkhaqqı artırsa, orta və uzunmüddətli dövrdə əmək bazarında əməkhaqqı səviyyəsinin yüksəlməsi müşahidə olunur”.  

Dövlət müəssisələri ödəyəcək, bəs özəl sektor?

İqtisadçı Xalid Kərimli də minimum əməkhaqqının artırılması fikrini dəstəkləyir, lakin nəzərə alınmalı məqamlar da var: “Dövlət büdcəsində əməkhaqqı xərcləri doqquz milyard manatdır. Minimum əməkhaqqı elə olmalıdır ki, iqtisadiyyat bunu emal edə bilsin. Dövlət şirkətləri və müəssisələri bu məbləği qarşılaya bilər. Amma özəl sektorun imkanları daha aşağıdır. Minimum əməkhaqqı artırılanda bəzən işçilərin maaşı qalxmır. İşçiyə özəl sektor 600 manat verirsə, minimum əməkhaqqı artanda rəsmi hissə artır. Lakin faktiki aldığı məbləğ dəyişmir. Çünki maaş artdıqca işçi daha çox vergi ödəyir. Minimum əməkhaqqı məbləği təyin edilərkən özəl sektorun da o məbləği ödəmə qabiliyyəti nəzərə alınır”.  

X.Kərimli bu artımın digər sahələrə təsirindən də danışdı: “Minimum əməkhaqqı iş yerlərinin əməkhaqqı xərclərini artırır. Bu da həmin müəssisələrin məhsullarının qiymətinə təsir göstərir. Hər müəssisəyə fərqli cür təsir edə bilər. Minimum əməkhaqqının artması tarif cədvəlinə də müəyyən qədər təsir edir. Bu rəqəmi kəskin qaldırmaq olmaz. Çünki işsizliyə birbaşa təsir göstərir. Ya işsizlik, ya da gizli məşğulluq yarana bilər. Müəssisələrin əməkhaqqını verməyə gücü çatmadıqda məcbur işçi sayını daha da azaldacaqlar. Əgər artım baş verərsə, bu zaman 370-380 manat olmaq ehtimalı var. Amma indiki halda elə də böyük məbləğ olmadığı üçün təhlükəli deyil. Dövlət minimum əməkhaqqını artıranda əmək bazarında tarazlığı da dəyişir. Özü daha çox əməkhaqqı vermiş olur. Minimum əməkhaqqı qalxdıqda, bu, orta işçi qüvvəsinə təsir edir”.  (“Kaspi” qəzeti)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Minimum aylıq əməkhaqqı 180 manat olur

    Minimum aylıq əməkhaqqı 180 manat olur ...

    9-02-2019, 14:10

  • 
  • Minimum maaş həddi artdı-105 manat

    Minimum maaş həddi artdı-105 manat ...

    31-08-2013, 23:10

  • 
  • Minimum əməkhaqqı 130 manata qaldırılıb

    Minimum əməkhaqqı 130 manata qaldırılıb ...

    26-12-2017, 12:15

  • 
  • llinoys ştatının qanunverici orqanı bir saatlıq minimum əməkhaqqının 15 dollara çatdırılmasına səs verib

    llinoys ştatının qanunverici orqanı bir saatlıq ...

    16-02-2019, 18:57

  • 
  • 1 milyon 350 min insanın əməkhaqqı artırılıb

    1 milyon 350 min insanın əməkhaqqı artırılıb ...

    2-09-2019, 10:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (99)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu