Gundemxeber.az » Ölkə » Cəmiyyət » Miqrantlar Rusiyaya yemiş daşıyan maşınla keçməyə çalışıblar
Rusiya Federasiyasının Saratov vilayətində, Ozinki rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsində yük maşınlarına sərhəd nəzarəti zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bostan məhsulları olan yük maşınını və bir qrup qanunsuz miqrantı saxlayıblar.
GUNDEMXEBER.AZ Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Saratov və Samara vilayətləri üzrə sərhəd idarəsinin mətbuat xidməti məlumat yayıb.
Təhlükəsizlik qüvvələri yük maşınına baxış keçirən zaman içərisində Orta Asiya respublikalarından birinin 4 vətəndaşını aşkar ediblər. Onların yemiş dolu qutuların arasında yerləşən xüsusi təchiz olunmuş boşluqlarda gizləndiyi məlum olub. Sərnişinlər və sürücü barəsində cinayət işi başlanıb.
Dörd miqrant və sürücünü 5 ilə qədər həbs cəzası gözləyir.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, sürücü tamah məqsədi ilə qeyri-qanuni mühacirləri dövlət sərhədindən keçirtmək üçün yüklərin arasına yerləşdirib.
Daha əvvəl bildirilib ki, Yekaterinburqda 32 yaşlı yerli sakin qanunsuz olaraq azı 2,4 min insanın miqrasiyasını təşkil edib və onlardan 11 milyon rubldan çox pul alıb.
Qeyd edək ki, bu ilin mart ayından Rusiyada miqrantlara qarşı münasibət kəskin pisləşib, onların RF-dən deportasiya edilməsi halları artıb, ölkəyə daxil olmaları isə çətinləşdirilib.
GUNDEMXEBER.AZ
14-02-2018, 21:00
19-12-2018, 14:21
26-08-2014, 00:33
4-09-2018, 11:51
16-10-2018, 12:01
Sorğu
Yeni dizaynımız necədir?