GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DƏHŞƏT! Azərbaycan Texnologiya Universitetinin tələbəsi adam öldürdü - DETALLAR

DƏHŞƏT! Azərbaycan Texnologiya Universitetinin tələbəsi adam öldürdü - DETALLAR

Tarix: 30-07-2024, 23:34 Bölmə :Cəmiyyət Baxış: 264

Gəncə şəhərində 2004-cü il təvəllüdlü Samir Hüseynov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü Kamil Cəfərovu öldürüb.


Samir 2023-cü ilin aprel ayının sonundan, həmin il iyun ayının ortalarına qədər Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 114 ünvanında yerləşən marketdə fəhlə işlədiyi müddətdə qonşuluqda kafe işlədən tanışı Kamilin dəfələrlə kinayəli şəkildə onu təhqir etməsi və sonuncu dəfə iyunun 26-da, saat 20 radələrində söyüş söyməsindən hiddətlənib.

Samir bundan qəzəblənərək Kamilin sözlərini özünə təhqir, şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirib. O, Kamildən qisas alaraq onu öldürmək qərarına gəlib. Bir neçə dəfə Kamilin təxminən gecə 1 radələrində işlətdiyi kafeni bağladığını müşahidə edib.

Samir iyunun 27-də, gecə saat 1 radələrində Kamilin icarədarı olduğu kafeyə gəlib, kənar şəxslər olmasına görə niyyətini həyata keçirə bilməyəcəyini başa düşüb. O, münasib zaman və şərait əldə etmək üçün Kamilin yanına gəlmiş Fərid ilə birlikdə yemək yeyib söhbət edib. Həmin gün təxminən 2-3 radələrində sonuncu və müştərilər getdikdən sonra kafenin həyətində özü və işlədiyi marketin sahibi haqqında söylədiyi fikirlərə iradını bildirib. Aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı sanitar qovşağının girişində - sonuncunun özünü müdafiə imkanlarını məhdudlaşdıran dar sahədə bıçaqla çoxsaylı zərbələr vurub. Kamil 23 bıçaq zərbəsi alıb. O, kəskin qan itirmədən vəfat edib.

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, özünü Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

Samirin ifadəsinə görə, Binəqədi rayonu, Biləcəri şosesi, DSK-4-də digər köçkünlər kimi yataqxanada ailə üzvləri - ata-anası, qardaşı ilə birlikdə yaşayıb:

"Mən Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə ikinci kurs tələbəsi olmuşam. Təhsil aldığım universitet Gəncədə yerləşdiyindən həmin şəhərdə, N.Nərimanov prospektində ailəvi tanışım Südabəgildə pulsuz qalmışam. Rəsmi olaraq heç yerdə işləməsəm də, 2023-cü ilin aprel ayının sonlarından iyun 23-nə kimi Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən "Yeni market"də günəmuzd fəhlə kimi işləmişəm. Tədris ili bitdiyinə görə işdən çıxmışam. İyulun 3-də kəsr imtahanım olduğu üçün Gəncədə qaldım. Yaşadığım evin yaxınlığında yerləşən kafeni işlədən Kamil adlı şəxsi isə işlədiyim marketə gəlib alış-veriş edən müştəri kimi tanımışam. Bir neçə dəfə Kamilin işlətdiyim kafenin qarşısından keçdikdə mənə kinayəli şəkildə "Elsevərin yanında işləyirsən?" desə də, ona fikir verməmişəm".

Təqsirləndirilən şəxs deyib ki, son dəfə, axşam saat 19-20 radələrində kafenin qarşısından gedərkən Kamil kafenin giriş qapısının qarşısından onu kafeyə çağırıb:

"İçəridə mənə yaxınlaşaraq Elsevərin ünvanına söyüş söydü. Kamilin içkili olduğunu gördüm və dediklərinin mənə aidiyyəti olmadığını, ailəmə dəstək üçün yanında işlədiyimi bildirdim. Kamil isə mənə "sən də onun tayısan, onun yanında işləyirsən" dedi. Səbrimi basaraq Kamilə içkili olduğunu, ayıq olanda danışmağımızı dedim və evə getdim. Ancaq Kamilin dediyi sözləri yadımdan çıxara bilmədim. Marketdə işlədiyim vaxtlar bir neçə dəfə gecə saat 1-2 radələrində işdən çıxaraq evə gedəndə Kamilin kafeni bağlayıb, mağazanın qarşısından keçdiyini gördüyüm üçün onun tək olduğu vaxt münasibətlərimizə aydınlıq gətirmək üçün gecə təxminən 1 radələrində kafeyə getdim. Kafeyə çatanda çöldəki masalarda müştərilər olub. Kamil məni görüb kafeni içinə çağırdı və girişdən sağdakı pəncərənin qarşısındakı masada əyləşdirdi. Hərəmizə 1 bakal pivə gətirdi və birlikdə oturduq. Kamildən nə üçün Elsevər barədə kinayəli danışdığını soruşmaq istədim. Kamilin tanışı Fərid adlı şəxs gələrək masada əyləşdi. Söhbət vaxtı onun taksi fəaliyyəti ilə məşğul olduğunu öyrəndim. Kamil müştərilərə qulluq etdi, dönər sifariş etdi".

Samir bildirib ki, təxminən saat 2-3 radələrində Fərid və digər müştərilər gedəndən sonra Kamil çöldəki masaları kafenin içərisinə yığıb, mətbəxdən keçərək həyətdəki masada oturublar:

"Kamillə söhbətimizi davam etdirdim, Elsevərin tayı olmadığını dedim. Elsevərin və mənim ünvanıma işlətdiyi söyüşlərdən sonra mübahisəmiz şiddətləndi. Kamil mətbəxə qaçıb bıçaq götürdü və üstümə gəldi. Mən isə özümü qorumaq üçün qaçaraq tualetə girdim.

Tualetə daxil olub qapını arxadan bağlamaq istəsəm də, qapının dəstəyi olmadığından bağlaya bilmədim. Əl-üz yuyulan yerə çıxdım, Kamillə üzbəüz gəldim. Kamil məni bıçaqla vurmaq istəyəndə geri çəkildim, sağ əlim ilə Kamilin sağ əlindən, sol əlimlə isə Kamilin sağ əlinin biləyindən tutdum, Kamilə mane oldum. Həmin vaxt sağ əlimin baş, işarə və orta barmağını bıçaq kəsdi. Kamilin bıçaq olan sağ əlinin biləyini özünə tərəf qatlayaraq Kamilin sağ böyrünə soxdum. Lakin Kamil sakitləşməyib yenə söyüş söydüyü üçün əsəbiləşərək onu öldürmək qərarımı qətiləşdirdim. Sağ əlimlə bıçağı Kamilin sağ böyründən çıxardım, bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurdum. Kamilə xəsarət yetirərkən hər iki əllə bıçağı məndən almaq istəyib və əlləri kəsilib. Mən Kamilə zərbələr vurduqca Kamil arxa-arxaya tualetin qarşısındakı dəhlizə doğru getdi. Əsəbi olduğumdan Kamilə neçə ədəd və bədəninin hansı tərəfinə bıçaqla vurduğumu bilmirəm. Kamil yerə yıxılıb qalıb. Mən isə bir neçə saat oturduğum yerdə qaldım. Hava işıqlaşanda bıçağı cibimə qoydum, əl-üzümü qana bulaşmış ayaqqabımı yudum. Pulum olmadığı üçün şalvarının arxa cibindən 30 manat pulu və mobil telefonu götürdüm, kafedən çıxdım, qapının içəri tərəfindəki açarı çıxarıb qapını çöldən bağladım. Sonra yaşadığım evə getdim. Evdə qana bulaşmış köynək və şalvarımı çıxarıb çantaya qoydum və evdən çıxdım. Ən ucqar hesab etdiyim yer Zaqatala olduğu üçün Gəncə avtovağzalından tanımadığım mikroavtobusa mindim və Zaqatalaya getdim. Zaqatalada fikrimi dağıtmaq üçün şəhəri piyada gəzdim və axşam saatlarında atam ilə telefonla danışdım. Bakıya gedib ailəm ilə sağollaşaraq təslim olmaq qərarına gəldim. Zaqataladan gecə avtobusa minərək Bakıya getdim. Saat 7 radələrində yaşadığım evə çatdım. Atam və digər ailə üzvlərimə hadisə barədə məlumat verdim. Atam Gəncədə yaşayan dostum ilə dəqiqləşmə apardı, hadisə barədə məlumat verdi. Yuyunduqdan sonra atam ilə Gəncə şəhərinə gələrək təslim oldum".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.//Demokrat.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qohumlar düşmən oldu

    Qohumlar düşmən oldu ...

    5-07-2015, 17:55

  • 
  • Bakıda bacısı təhqir olunan şəxs bıçaqlandı

    Bakıda bacısı təhqir olunan şəxs bıçaqlandı ...

    23-07-2019, 09:55

  • 
  • Xızıda həkimi öldürərək yandıran keçmiş polis işçisi olub? - Natəvan Əliyevanın keçmiş əri saxlanıldı

    Xızıda həkimi öldürərək yandıran keçmiş polis ...

    10-07-2015, 12:58

  • 
  • Xaçmazda bibinin qətli ilə bağlı şok məqamlar

    Xaçmazda bibinin qətli ilə bağlı şok məqamlar ...

    18-06-2013, 13:37

  • 
  • 21 yaşlı gənc tanışını öldürdü

    21 yaşlı gənc tanışını öldürdü ...

    14-06-2021, 11:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (99)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu