GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qohumlar düşmən oldu

Qohumlar düşmən oldu

Tarix: 5-07-2015, 17:55 Bölmə :Ölkə Baxış: 0
Qohumlar düşmən oldu

Bacısının ərini öldürən gəncin apelyasiya şikayəti təmin edilmədi

Şəki Apelyasiya Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Gülağa Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, İsmayıllı şəhər sakini Kamil Mənsimov Gülağa Soltanovun bacısı Gülər Soltanova ilə 2014-cü ilin fevral ayından may ayına kimi qeyri-rəsmi nikah münasibətində yaşayıb və sonradan ayrılıb. Gülağa birgə yaşadıqları müddətdə bacısını döyməsi, habelə bacısı ilə rəsmi nikaha girməkdən imtina etməsi səbəbindən Kamil Mənsimovdan qisas alaraq onu öldürmək qərarına gəlib.

O, bu məqsədlə 2014-cü ilin may axırlarında Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr adlanan bazardan qatlanan tipli cib bıçağını əldə edərək İsmayıllı rayonunun Təzəkənd kəndindəki evinə gətirib və orada gizlədib. Gülağa niyyətini həyata keçirmək üçün əlverişli imkanın yaranmasını gözləyib.

O, Kamili öldürmək niyyətini qətiləşdirərək yaşadığı evə dönüb, bıçağı götürərək toya qayıdıb. Daha sonra Kamil Mənsimovu mağarın kənarına dəvət edərək bacısı Gülər Soltanova ilə rəsmi nikaha daxil olmaq istəməməsinin səbəbini soruşub. Ardınca borc aldığı 270 manat pulu qaytarmamasını bəhanə edərək cavab gözləmədən Kamil Məsimova çoxsaylı bıçaq zərbələri vurub. Kamil zərbələrin təsirindən yerə oturaraq yarasını tutub. Gülağa oturmuş vəziyyətdə ona daha iki bıçaq zərbəsi endirib. Kamilin öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb. Kənd sakinləri Kamil Mənsimovu İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Kamil xəstəxanada müalicə olunsa da, xəsarətlərdən sentyabrın 5-də ölüb.

Təkrar ekspertiza təyin edilmədi

Gülağa Soltanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Gülağa Soltanovun vəkili Nəvaid Abbasov apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Gülağa Soltanovun cinayəti

törədərkən anlaqlı olub-olmamasını müəyyən etmək üçün təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə vəsatət üzrə nəticə açıqlanıb. Ekspertiza Gülağa Soltanovun anlaqlı olması nəticəsinə gəlib. Müdafiə tərəfi təkrar ekspertizanın keçirilməsini istəsə də, məhkəmə onların vəsatətini təmin etməyib.

“Toya dəvət olunduğumu öyrəndim”

Məhkəmədə ifadə verən Gülağa Soltanov elan olunmuş ittihamda özünü təqsirli bilib. O, bildirib ki, İsmayıllı rayonunun Təzəkənd kəndində yaşayıb, fəhləliklə məşğul olub: “Uşaq vaxtından əsəb xəstəliyindən əziyyət çəkdiyimə görə xəstəliyim ilə bağlı müalicə alırdım. Hadisədən təxminən bir həftə əvvəl iş taparaq fəhləlik etmək üçün yaşadığım Təzəkənd kəndindən Bakı şəhərinə getmişəm. Bakıda olarkən anam Gülsarə ilə telefon danışığım zamanı qonşum Babək Nemətovun oğlunun toy mərasiminə dəvətli olduğumu öyrəndim. Toy məclisində iştirak etmək üçün 26 avqust 2014-cü il tarixdə Bakıdan kəndə getdim. Avqustun 26-da, saat 16 radələrində toya 20 manat pul yazdırdım və mağardan çölə çıxdım. Həmin vaxt bacım Gülər Soltanova ilə ayrılan keçmiş yeznəm Kamil Mənsimovun həmkəndlim Telman Kərimov ilə birlikdə yanımdan keçərkən gördüm. Kamilin bacım Gülərə qarşı davranışları yadıma düşdüyündən əsəbiləşdim. Kamil Mənsimov 2014-cü ilin fevral ayında bacım Gülər ilə tanış olaraq, həmin ilin may ayına kimi İsmayıllı şəhərində birlikdə yaşasa da, aralarında rəsmi nikah olmayıb”.

“Bacımın həyatını məhv etməsi mənə təsir edib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Kamil hər dəfə bəhanə gətirərək rəsmi nikahdan yayınıb: “Sonradan Kamillə Gülər yola getməyib. Bacımı da götürərək işləmək üçün Bakı şəhərinə gedərək fəhləlik etmişəm. Gülər isə gah satıcı, gah da qabyuyan işləməklə pul qazanıb. Dəfələrlə Kamilə zəng edərək Güləri bədbəxt etdiyini, kənd camaatının yanında onları biabır etdiyini demişəm. Gülərlə rəsmi nikah bağlamasını tələb etsəm də, Kamilin nikah bağlamaq fikri olmayıb. Birlikdə yaşadıqları müddətdə Kamilin Güləri döyməsi, bacısının həyatını məhv etməsi mənə təsir edib”.

“Məndən aldığı pulu niyə qaytarmadğını soruşdum”

Gülağa Soltanov qeyd edib ki, Kamili öldürmək üçün 2014-cü ilin may ayının sonlarında Bakı şəhərində “8-ci kilometr” deyilən ərazidə yerləşən bazardakı tanımadığı satıcıdan cib bıçağı alıb: “Həmin bıçağı Təzəkənd kəndinə gətirərək yaşadığım evə qoydum. Avqustun 26-da, saat 16.30 radələrində toyxana mağarından

çölə çıxdıqdan sonra Kamil Mənsimovu gördüm və ona heç nə demədən yaşadığım evə getdim. Evdə saxladığım bıçağı götürəndən sonra yenidən toyxanaya qayıtdım. Mağarın yanında dayanaraq toyxananın içərisinə baxanda Kamilin əyləşdiyi stuldan qalxaraq musiqiçilərin yanına getmək istədiyini gördüm. Kamilə yaxınlaşaraq onunla söhbət etmək istədiyimi bildirdim. Kamilin qoluna girərək toyxananın arxasındakı Zərxara adında həmkəndlisinin yaşadığı evin giriş qapısının qarşısına apardım. Orada Kamildən hansı səbəbdən bacımın həyatını bədbəxt etdiyini, əvvəllər məndən aldığı 270 manat məbləğində pulu niyə qaytarmadığını soruşdum. Həmin vaxt Kamildən cavab gözləmədim və Kamili öldürmək məqsədi ilə cibimdəki bıçağı çıxararaq onun qarın nahiyəsinə vurdum”.

“Bıçaq Kamilin kürəyində sümüyə ilişdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Kamil Mənsimov qapının sol küncünə gedərək qarnından tutub: “Mən isə Kamilin ölməyəcəyini düşünərək bıçaqla onun kürək və bel nahiyəsindən daha iki dəfə vurdum. Bıçaq Kamilin kürəyində sümüyə ilişdi. Çətinliklə bıçağı onun kürəyindən çıxaran zaman sol əlimin çeçələ barmağını kəsdi. Təkrarən Kamili vurmaq istədim. Kamil qaçaraq toyxana istiqamətində getdiyindən yenidən onu vura bilmədim. Həm də lazımınca bıçaq zərbəsi vurmuşam. Buna görə də aldığı xəsarətlərdən Kamilin öləcəyini fikirləşmişəm. Bundan sonra yaşadığım evə gedərək hadisə barədə anam Gülsarə Soltanovaya danışmışam. Daha sonra isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişəm. Ancaq polis əməkdaşlarının kəndə gəlməsini gözləməyərək həmkəndlim Təşkilatın idarə etdiyi “VAZ-2107 markalı avtomaşınla İsmayıllı şəhərinə getmişəm və İsmayıllı Rayon Polis Şöbəsinin qarşısına gəlmişəm. Sonra növbətçi hissəyə yaxınlaşaraq özümü təqdim edərək törətdiyim hadisə barədə danışmışam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Aidə Kərimova bildirib ki, 26 avqust 2014-cü il tarixdə, saat 17 radələrində istifadəsində olan mobil nömrəyə xatırlamadığı nömrədən zəng gəlib: “Zəng edən bacım oğlu Kamil Mənsimovu keçmiş arvadı Gülərin qardaşı Gülağa tərəfindən bıçaqlandığını deyərək, xəstəxanaya aparıldığını bildirdi. 5 sentyabr 2014-cü il tarixdə Bakı şəhərində olarkən Kamilin aldığı bədən xəsarətlərindən İsmayıllı mərkəzi rayon xəstəxanasında öldüyünü eşitmişəm”.

O, ifadəsində əlavə olaraq bildirib ki, bacısı oğlu Kamil Mənsimov İsmayıllı rayon Təzəkənd kənd sakini Gülər Soltanova ilə 2014-cü ilin yanvar ayında molla kəbini əsasında ailə qurub: “Sonradan münasibətləri pisləşdiyindən onlar ayrılıblar. Gülağa

Soltanovun Kamil Mənsimovu bacısından ayrıldığına görə bıçaqladığını güman etmişəm”.

Gülağa Soltanovun vəkili Navaid Abbasov bildirib ki, məhkəmə-psixiatrik ekspertizasının 17 noyabr 2014-cü il tarixli 186 saylı rəyi ilə Gülağa Soltanov da yüngül kəmağıllılıq müəyyən edilib. Vəkilin sözlərinə görə, cinayət hadisəsini törədərkən onun əməlinin Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin deyil, həmin Məcəllənin 22.1-ci maddəsinin təsiri altına düşməsi nəticəsinə gəlinib: “Gülağa Soltanovun durumu ekspert rəyi şübhə altına alıb, hadisə törədilərkən məhdud anlaqlı olmuşsa da, hadisədən sonra onun anlaqsız olması aşkar görünür”.

Vəkil Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2015-ci il tarixli hökmü ləğv edilməli, təqsirləndirilən şəxs Gülağa Soltanovun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunmasını istəyib. Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əmisi oğlunu öldürdü, 12 il cəza aldı

    Əmisi oğlunu öldürdü, 12 il cəza aldı ...

    29-09-2016, 16:19

  • 
  • Qətl törədən 22 yaşlı gəncin şikayəti təmin edilmədi

    Qətl törədən 22 yaşlı gəncin şikayəti təmin ...

    15-01-2016, 12:02

  • 
  • 18 yaşlı oğlanı öldürən sürücüyə hökm oxundu

    18 yaşlı oğlanı öldürən sürücüyə hökm oxundu ...

    18-11-2015, 01:03

  • 
  • 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorlayıb -ŞOK OLAY

    57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını ...

    29-12-2016, 21:58

  • 
  • Aliment verməmək üçün arvadını azyaşlı uşaqlarının gözü qarşısında öldürdü

    Aliment verməmək üçün arvadını azyaşlı ...

    12-10-2018, 12:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (225)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu