Bakıda "Azart Tuning" avtoservisdən 30 min manatdan artıq avtomobil ehtiyat hissələri oğurlayan "Qara" ləqəbli adlı şəxsə hökm oxunub.
Gundemxeber.az-ın qayanrinfo-ya istinadla məlumatına görə, hadisəyə görə 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Vahid Cavadov (soyad şərti) şəxs saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb, iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, Vahid Cavadov "Azart Tuning" avtoservisdə təmizlik işçisi kimi çalışıb.
Təqsirləndirilən şəxs məhkəmədə deyib ki, oğurluğu bilərəkdən törədib. Vahid iddia edib ki, "Azart Tunung" avtoservisin sahibi Arif Zeynalovun ona 2 min manatdan artıq əmək haqqı borcu olub. Lakin borcu ödəməkdən imtina edib.
O bildirib ki, "Azart Tunung"in meneceri Şükran servisin ərazisinin təmizlik işlərinə görə ona hər gün 15 manat maaş verib. Lakin hər avtomobilin cilalanmasına görə ona 50 manat əvəzinə 30, hər avtomobilin kimyəvi təmizləməsinə görə isə 50 manat əvəzinə 20 manat pul ödəyib. Bu minvalla "Azart Tunung" avtoservisdə işlədiyi müddətdə şirkətin ona zəhmət haqqına görə 2000 manata yaxın borcu yaranıb.
Ətraflı
Təqsirləndirilən şəxs hər dəfə Şükrandan pulunu istəyəndə deyirmiş ki, hələ pul yoxdur, olanda verəcək. Hətta bir neçə dəfə servisin sahibi Arif Zeynalova zəng edib, pul lazım olduğunu, zəhmət haqqının ödənilməsini istəyib. Lakin şirkət sahibi Şükranın dediklərini təkrarlayıb, arada ona 20 manat verirmiş.
Şirkət rəhbərliyindən narazı olan Vahid həmişə olduğu kimi ustaların istirahət otağında gecələyib. Qərara alıb ki, Şükran və Arif onun maaşını vermədikləri üçün avtoservisin ofisində olan avtomobillərin ehtiyat hissələrindən bir neçəsini oğurlasın. Vahid Cavadov bu minvalla "Azart Tuning" avtoservisdən 2020-ci il buraxılışlı "Range Rover" markalı avtomobilə məxsus bir cüt faranı və bi cüt arxa stopu, "Mercedes-Benz G63" markalı avtomobilə məxsus iki ədəd monitoru, 2020-ci il buraxılışlı "BMW 530" markalı avtomobilə məxsus bir, 2007-ci il buraxılışlı "Ferrari F430" markalı avtomobilə məxsus iki ədəd katalizatoru oğurlayıb.
Arif Zeynalov bildirib ki, Vahid ümumilikdə avtoservisdən 39800 manat dəyərində ehtiyat hissələri oğurlayıb. Vahid servisdə işlədiyi bir il müddətində onu hər kəs "Qara" ləqəbli Ramil adı ilə tanıyıblar. Sonradan bilinib ki, onun əsl adı Vahiddir.
Məhkəmənin qərarı ilə Vahid Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il 7 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sorğu
Yeni dizaynımız necədir?