Göyçay rayonu Cəyirli kənd sakini Abışov Aqil Camal oğlu tərəfindən
ŞİKAYƏT
Göyçay rayonu Cəyirli Bələdiyyəsinin sabiq sədri Fuad Nəbiyev vəzifədə olduğu müddətdə kənd ərazisində bir çox alqı- satqı işləri ilə məşğul olub. Hektarlarla torpaq sahəsini mənimsəyərək yaxın qohumlarının adına rəsmiləşdirib və sonradan digər şəxslərə satmış, o, cümlədən hazırda bir neçə meyvə bağları və fermaları mövcuddur. Fuad Nəbiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə halları və özbaşınalığı ondan qaynaqlanır ki, onun yaxın qohumu Milli Məclisin deputatı Sabir Hacıyevin olmasıdır. Buda ona arxalanaraq kənd ərazisində özbaşınalıqlar edib, bir neçə ağacları qanunsuz şəkildə kəsərək məhv edib. Cəyirli kəndində torpaqğın 1 sotu 3000 manat təşkil edir. Təkcə Fuad Nəbiyevin öz adına notariusda 35 alqı-satqı müqaviləsi var. Bir o qədəri də qohumların adı ilə etmişdir.Hətda öz yerinə qohumu Şəfa Nəsirovanı bələdiyyə sədri vəzifəsinə gətirib kənardan kəndi idarə edir. Sabir Hacıyevə arxalanan Fuad Nəbiyevin barəsində heç bir tədbir görülmür. Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan xahiş edirəm ki, Fuad Nəbiyevin bu qanunsuz əməlləri operativ şəkildə araşdırılsın və qanuna müvafiq tədbirlər görülsün. Redaksiyadan: Qarşı tərəfində möqeyini dərc etməyə hazırıq!/teref.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?