GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputatlığa namizəd Peyman Sadıqov: Şirvanda problem “Xirdəyəcəndir”

Deputatlığa namizəd Peyman Sadıqov: Şirvanda problem “Xirdəyəcəndir”

Tarix: 15-08-2024, 11:24 Bölmə :Cəmiyyət Baxış: 122


Hazırda təbliğat-təşviqat kampaniyasını bir çox istiqamətlərdə aparırıq və kampaniyamız uğurla davam edir. Mənim təşviqat kampaniyamın əsası dairənin ərazisində yaşayan gənc və orta nəslin nümayəndələrindən ibarət böyük bir komandadan ibarətdir. Namizədi olduğum dairənin ərazisində mövcud olan və sakinləri daha çox narahat edən əsas problemlərini öyrənmək komanda şəkilində çalışırıq. Çünki fiziki cəhətdən bütün problemləri görmək, onların qeydiyyatını aparmaq mümkün deyil. Lakin komanda şəkilində biz böyük bir ərazinin problemlərini görür, sakinləri narahat edən məslələri qeydiyyata alırıq.

Sosial şəbəkə üzərindən seçkiqabağı təşviqatın aparılmasına, “Facebook” vasitəsilə insanlara vəd verməklə onların inamını qazanamağa çalışmağı düzgün addım hesab etmirəm. Əgər sən seçicinin problemini daha dəqiq bilmək və onu dinləmək istəyirsənsə, əziyyət çəkib onun ünvanına getməlisən.

Çalışıram ki, fərqli və peşəkar şəkildə təbliğat-təşviqat kampaniyası aparım. Hər bir namizədin formalaşmış imici olmalıdır, onun müraciəti və məsələlərə yanaşması çox əhəmiyyətlidir.

Seçicilərin namizəddən istədikləri vacib məsələləri sizin diqqətinizə çatdırıram. 

İlk öncə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, dövlətin bu istiqamətdə gördüyü işlərin daha da məhsuldar və effektiv olmasına çalışmaq. Korrupsiya və ədalətsizliyə qarşı mübarizədə ön sıralarda olmaq. Şəhərin bərbad vəziyyətdə olan yollarının bərpa olunmasına nail olmaq. 

Çıxarışı olmayan evlərə lazımi sənədlər verilməsinə köməklik göstərmək.

Bundan başqa, şəhər ərazisinin abadlaşdırılması, müasir texniki avdanlıqlarla təchiz olunan klinikaların açılması, şəhərin müxtəlif yerlərində pulsuz idman zonalarının yaradılması və şəhər sakinlərinin struktur işsizliyinin aradan qaldırılması üçün aidiyyəti qurumların diqqətini bu istiqamətə yönəltmək. 

Namizədliyimi irəli sürdüyüm Şirvan şəhərində ən çox narahat doğuran məqam insanların ümidsizlik və inamsızlıq hissləri ilə yaşamasıdır.

Şəhər sakinləri ilə söhbət zamanı onların uzun illərdir yaşadığı evlərinin çıxarışlarının və digər sənədlərinin olmamasına görə qeydiyyata alınmamağından şikayətləndilər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahədə müvafiq fərmanlar verilsə də, bəzi rayonlarda vətəndaşların şikayətləri həll olunmayıb.

Yolların bərbad vəziyyətdə olması, kanalizasiya sisteminin normal şəkildə işləməməsi və digər sosial problemlər var. İnsanlar yol olmsa, kanalizasiya sistemi işləməsə, qaz, işıq, su olmasa, sadəcə əziyyət çəkəcəklər. Görünən odur ki, bu dairədən əvvəllər seçilən deputatlar sakinlərin həm həyətinə, həm də həyatına laqeyd yanışıblar.

Şəhərin əsas problemi yolların bərbad vəziyyətdə olmasıdır. Xüsusilə qış aylarında yağıntılı havalarda yaşlılar və uşaqlar əziyyətlə bu yollardan istifadə edirlər. Şagirdlər palçıqlı yollarla çətinliklə məktəbə gedirlər. Belə şəraitsizlik onların məktəbdəki davamiyyətlərinə və normal təhsil almalarına mənfi təsir edir. İnsanları bu qədər narazı salan problemlərin həll olunmamasını mən yalnız dövlətə və hakimiyyətə qarşı təxribat kimi qiymətləndirirəm.

Şirvanda iqtisadi problemlər mövcuddur. Yeni iş yerlərinin açılmasına ehtiyac var. İnsanlar kütləvi şəkildə işsizlikdən, dolanışığı olmadığından, ailədə ciddi problemləri olduğundan şəhərə üz tuturlar. Bu insanlar yalnız Bakıya deyil, Rusiyaya, Türkiyəyə, Orta Asiya ölkələrinə gedirlər. Müharibədən əvvəl Ukraynaya da gedirdilər. Bu insanların taleyindən, həyat tərzlərindən narahat oluram. İnsanları qaçqın kimi yaşamağa məcbur edən səbəb nədir? Təcili olaraq sosial problemlər dövlət səviyyəsində həll olunmalıdır ki, insanlar doğulduqları mühitdə rahat yaşaya, uşaq böyüdə, işləyə bilsinlər. Nəhəng şəhərdə evləri, işləri, təhsilləri yox, qalırlar küçələrdə... Hamı özünə şərait yaratmalı və taleyini normal, səlahiyətli bir insan kimi yaşamalıdır. Sosial problemləri yaradan səbəblər aradan qaldırılmalıdır. Şirvanda ciddi şəkildə kadr islahatları aparılmalıdır. Milli ruhlu, vətənpərvər insanlar şəhərdə rəhbərliyə gətirilməlidir. Şəhər sakinlərinin taleyi, həyat tərzi, dəyərləri ilə oynamaq olmaz. İnsanları mənən sınmağa, pis yola düşməyə, ehtiyaca görə qəddarlaşmağa, pis-pis işlərlə məşğul olmağa məcbur etməsinlər. Hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. Əgər problem baş verirsə deməli orada pis təşkilat, pis rəhbərlik var ki, şəhərdə belə sosial problemlər yaranır. 

Bu gün Şirvanın sferasında ən ciddi problem narkomaniya ilə bağlıdır. Son zamanlar bu çox aktivləşib. Problemin bir sıra səbəbləri var: birinci, İranla yaxın olmağımız, oradan narkotranzitin keçməsi. İkincisi, gənclər arasında işsizliyin olmasıdır ki, bu da narkomaniyanın artmasına səbəb olur. İşsiz gənclər vaxtlarını öldürmək üçün bu yola can atırlar. Nəticədə gənclər arasında narkomaniyaya meyl artıb. Bu sahədə ciddi işlər görülməlidir. 

Şirvan camaatı əməksevər, işləməyi bacaran, çorək qazanmağın yolunu biləndir. Buna görə şəhərdə daha çox iş yerləri açılsa, Şirvanda inkişafa nail olmaq olar. Büdcə vəsaitləri hesabına əhaliyə pulsuz sosial xidmətlər göstərilməsi üçün fondların yaradılması vacib məsələlərdən biri olmalıdır. işsizliyə görə və ölkənin əmək qabiliyyəti olmayan vətəndaşlarının saxlanmasına görə müavinətlərin ödənilməsi üçün büdcələrdə (yerli və ümumdövlət) ehtiyat fondların yaradılması lazımdır. Əhalinin müəyyən kateqoriyalarına müxtəlif xidmətlər göstərən  ictimai fondların geniş şəbəkəsinin mövcudluğu. Dövlət və işəgötürənlər tərəfindən göstərilən sosial xidmətlərə və təqdim olunan imtiyazlara vətəndaşların  hüquqlarının qanunvericiliklə təsbit olunması və bu hüquqların reallaşdırılmasını təmin edən təsirli mexanizmlərin olması prioritet məsələdir.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputatlığa namizəd olan iş adamı qanunları belə pozur - DSK hərəkətə keçməlidir

    Deputatlığa namizəd olan iş adamı qanunları belə ...

    13-01-2020, 13:57

  • 
  • Bələdiyyə seçkilərinin təşviqat mərhələsi başa çatır

    Bələdiyyə seçkilərinin təşviqat mərhələsi başa ...

    20-12-2019, 11:12

  • 
  • 23 gün seçki təşviqatına kifayət edəcəkmi?

    23 gün seçki təşviqatına kifayət edəcəkmi? ...

    6-08-2013, 11:43

  • 
  • MSK bu namizədin qeydiyyatını ləğv edə bilər... - Qanunlar belə pozulur -FAKTLAR

    MSK bu namizədin qeydiyyatını ləğv edə bilər... - ...

    15-10-2015, 20:58

  • 
  • Fevralın 8-i Azərbaycanda “sükut günü”dür

    Fevralın 8-i Azərbaycanda “sükut günü”dür ...

    5-02-2020, 14:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu