"Bu gün təhsilimizdə böyük dəyişikliklər baş verir. Bu dəyişiklikləri planlaşdıran, nəticələri proqnozlaşdıran strateqlər olduqca məsuliyyətli yükün altına giriblər. Təhsilin bütün pillə və səviyyələrində, əlaqəli sahələrdə infrastruktur və məzmun yenilənir, yeni nəsil insan resursları bazası formalaşdırılır".
Bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib. Onun sözlərinə görə, yenilənən təhsil qanunvericilik aktları, onların icrası ilə real tədris situasiyası, strukturlaşma, təlim-tərbiyə prosesləri arasında bağlılıq, eksperimentlərin, layihələrin və yeni relslər üzərinə transformasiyaların faydalılığı hələ ki, təhlil, sistemli ictimai müzakirə və qiymətləndirmə obyekti və predmeti olmayıb: "Artıq kifayət qədər yol qət edilib. Eyni zamanda son günlər orta və ali təhsil sistemlərində yeni hədəflər, ciddi yeniliklər barədə yeni mesajlar səsləndirilir. Bütün təhsil pillə və səviyyələrində vəziyyətə bələd olan və təcrübəyə malik adam kimi o qənaətdəyik ki, növbəti mərhələdə aparılacaq islahatların səmərəli olması üçün hansısa formada mövcud vəziyyətin Milli qiymətləndirilməsi və ya monitorinqi gündəmə gəlib. Bu sırada xüsusilə Azərbaycan universitetlərində aparılan struktur və məzmun dəyişikliklərinin, təklif olunan tədris proqramlarının zamanın, real və perspektiv əmək bazarının tələblərinə uyğunluğunu araşdırmaq faydalı olardı".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?