"Azərbaycanda ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanıb. Bu qaydalara əsasən, məktəblərin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq".
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Təhsilin keyfiyyətinin təminatında akkreditasiyanın rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
M.Cabbarov qeyd edib ki, xarici ekspertlərlə birgə hazırlanan yeni qaydalara əsasən, həmin istiqamətlərə missiya, vəzifə və strategiya; idarəetmə; insan resursları; təhsil proqramları; təhsil alanlar; elmi tədqiqat fəaliyyəti və təlim resursları; tələbələrə dəstək xidmətləri daxildir.
Nazir deyib ki, yeni akkreditasiya qaydaları Avropa standartlarına və təlimatlarına uyğunlaşdırılıb.
Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına 2004-cü ildən başlanıldığını deyən M.Cabbarov bildirib ki, hazırda akkreditasiyanın keçirilməsinin vacib olmasının bir neçə mühüm səbəbi var: "Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə ölkənin təhsil siyasətinin əsas istiqamətlərindən biri də liberallaşmanın davam etdirilməsi, bununla da ali təhsil və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılmasıdır. Keyfiyyətin təminatı mexanizmləri getdikcə daha mühüm rol oynamağa başlayır. Burada yalnız xarici akkreditasiyanın deyil, həmçinin daxili akkreditasiya alətlərinin inkişaf etdirilməsində maraqlıyıq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?