GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Beynəlxalq təşkilatlar həbs edilmiş jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb

Beynəlxalq təşkilatlar həbs edilmiş jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb

Tarix: 12-09-2024, 18:24 Bölmə :Cəmiyyət Baxış: 146
Beynəlxalq təşkilatlar həbs edilmiş jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb

25 beynəlxalq hüquq müdafiə təşkilatı, 2 tanınmış şəxs, o cümlədən Amerika Tərəqqi Mərkəzi, Jurnalistləri Müdafiə Komitəsi, FIDH (İnsan Hüquqları uğrunda Beynəlxalq Federasiya), Freedom Now, Henrix Boyl Fondu, İnsan Hüquqları Fondu, Human Rights House, Human Rights Watch, İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq, Təbii Resursları İdarəetmə İnstitutu, Norveç Helsinki Komitəsi, PEN America, PEN International, People in need, Sərhədsiz Reportyorlar, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) Azərbaycanda insan hüquqları sahəsində hazırki ağır durumun həllinin gündəliyə gətirilməsi ilə bağlı birgə bəyanatla çıxış edib.

"Biz, aşağıda imzaları olan vətəndaş cəmiyyəti təşkilatları, hərəkatlar, qruplar və ayrı-ayrı şəxslər, BMT-nin 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək İqlim Konfransı (COP29) ərəfəsində Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problemlərin həll edilməsi zərurətini vurğulayırıq", hüquq müdafiə təşkilatının birgə bəyanatında deyilir.

Sənəddə bildirilir ki, Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini və tənqidi səsləri boğur.

“Belə bir vəziyyətdə COP29 kimi tədbirin Azərbaycanda keçirilməsi ekoloji fəallar, hüquq müdafiəçiləri və jurnalistlər də daxil olmaqla, vətəndaş cəmiyyətinin konfransdan əvvəl, konfrans zamanı və ondan sonra sərbəst və təhlükəsiz fəaliyyət göstərmək imkanları ilə bağlı ciddi narahatlıq doğurur. Hüquq müdafiə qruplarının qiymətləndirmələrinə görə, yüzlərlə insan siyasi motivli ittihamlarla həbsdədir. Həbs dalğası davam edir, onlarla fəal və KİV nümayəndəsi əsassız cinayət ittihamları ilə həbs olunub”, bəyanatda bildirilir.

Hüquq müdafiə təşkilatları qeyd edir ki, təqib olunanlar arasında məşhur alim və Azərbaycanda neft-qaz sahəsində korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşan ekspert Qubad İbadoğlu da var.

“Daha bir nümunə məşhur insan hüquqları müdafiəçisi Anar Məmmədlinin işidir. Abzas Media, Toplum TV və Kanal 13 - Azərbaycanda sonuncu müstəqil KİV-lərlə əlaqəsi olan ən azı 18 jurnalist və digər şəxslər ya həbsdədir, ya da əsassız cinayət təqibinə məruz qalır.

Avqustun 21-də hakimiyyət Praqada Karlov Universitetinin aspirantı və çoxsaylı beynəlxalq və regional nəşrlərin, KİV-lərin daimi müəllifi Bəhruz Səmədovu dövlətə xəyanət ittihamı ilə həbs edib.

İyulun 22-də daha bir araşdırmaçı - İqbal Əbilov da uydurma dövlətə xəyanət ittihamı ilə həbs edilib”, sənəddə qeyd edilib.

Bəyanatda bildirilir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Tyurk 2024-cü ilin iyununda BMT-nin İnsan Hüquqları Şurasına müraciətində Azərbaycandakı duruma toxunaraq, "Azərbaycan hakimiyyətini bütün jurnalistlərin və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş digər şəxslərin işlərinə beynəlxalq hüquqa uyğun olaraq yenidən baxmağa" və onları dərhal azad etməyə çağırıb.

“Azərbaycan hökuməti indiyədək bunu və beynəlxalq tərəfdaşlarının çoxsaylı bənzər çağırışlarını eşitməkdən imtina edir. Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Katibliyini və üzv dövlətlərin üzərinə vətəndaş cəmiyyətinin COP29-da iştirakı üçün təhlükəsiz mühiti təmin etmək üçün konkret addımlar atmaq öhdəliyi qoyur. Biz BMT-ni və üzv dövlətləri Azərbaycan hökumətinə, o cümlədən qanunsuz saxlanılmış fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməklə, insan hüquqları sahəsində öhdəliklərinə riayət etməsi üçün təzyiq göstərməyə çağırırıq. Onlar həmçinin Azərbaycan hakimiyyətini QHT və KİV-lərin fəaliyyətini tənzimləyən qanunlara düzəlişlər də daxil olmaqla, konkret struktur islahatları aparmağa çağırmalıdırlar”, beynəlxalq hüquq müdafiə təşkilatları qeyd edir.

Sənəddə daha sonra deyilir: “Biz Azərbaycan hakimiyyətini

- Siyasi motivlərlə qanunsuz olaraq saxlanılan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal və qeyd-şərtsiz azad etməyə və onlara qarşı saxta ittihamları ləğv etməyə;

- Hökumət tənqidçilərinin və vətəndaş cəmiyyəti üzvlərinin sıxışdırılması vasitəsi kimi cinayət təqibindən istifadəyə son qoymağa;

- Qeyri-hökumət qruplarının və KİV-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlara düzəliş etməklə, onları beynəlxalq standartlara və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmaqla, vətəndaş cəmiyyəti üçün əsassız məhdudiyyətləri aradan qaldırmağa çağırırıq”, bəyanatda qeyd edilir.
Sənəd müəllifləri hesab edir ki, BMT-yə üzv dövlətlər və təşkilatın Katibliyi, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupu, həmçinin Azərbaycanda biznes maraqları olan şirkətlər Azərbaycanın müstəqil vətəndaş cəmiyyəti ilə möhkəm həmrəylik nümayiş etdirməlidirlər.
“Bir çox vətəndaş subyektləri böyük şəxsi riskə məruz qalsalar da, insan hüquqları, ölkədə və regionda iqlim ədaləti uğrunda mübarizə aparmaqda davam edirlər", bəyanatda qeyd edilir.
Rəsmi Bakı ölkədə fundamental hüquqların, o cümlədən media azadlığının tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmıdiyini bəyan edir. Bununla yanaşı, hüquq müdafiə təşkilatları üç yüzdən çox insanı siyasi məhbus kimi tanıyıb. Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayraq azad olmayan ölkələr sırasında yer alıb. Azərbaycan bu il qlobal mətbuat azadlığı indeksində isə 13 pillə geriləyərək, 180 ölkə sırasında 164-cü yerdə qərarlaşıb.
Hazırda ölkədə 20-dən çox media əməkdaşı həbsdədir. Hökumət media əməkadşlarının peşə fəaliyyəti ilə bağlı deyil, bir istintaq araşdıması üzrə saxlanıldığını bəyan edib.


Gundemxeber..az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BMT-yə Azərbaycanda insan hüquqları ilə bağlı hesabat göndərilib

    BMT-yə Azərbaycanda insan hüquqları ilə bağlı ...

    31-01-2018, 00:27

  • 
  • Xədicə İsmayılova ilə bağlı prezidentə məktub yazılıb

    Xədicə İsmayılova ilə bağlı prezidentə məktub ...

    14-08-2013, 23:24

  • 
  • "Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

    "Human Rights Watch"un nümayəndəsi Bakı ...

    31-03-2015, 20:31

  • 
  • Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir

    Bakıda Ombudsmanların XV Bakı Beynəlxalq ...

    20-06-2018, 12:26

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu