GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq – ŞOK FAKTLAR

Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq – ŞOK FAKTLAR

Tarix: 19-09-2024, 15:43 Bölmə :Cəmiyyət Baxış: 167

Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq

Sabah, sentyabrın 20-də Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Proses hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilir.
Qeyd edək ki, bundan əvvəl keçirilən iclasda vəkillər 2020-ci ildə Vətən Müharibəsində çalışdığı hərbi hissəyə nə qədər çağırışçı, könüllü və ehtiyatdan geri çağırılan hərbi qulluqçuların sayının müəyyən olunması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəmişdilər. Hakim Fikrət Əliyev bildirib ki, Müdafiə Nazirliyinin hüquq idarəsi ilə əlaqə saxlayıblar və bu məlumatların verilmə qaydası ilə maraqlanıblar: "İdarədən bu məlumatların nə dərəcədə mövcudluğu, verilmə qaydası barədə məhkəməyə məlumat vermələri xahiş olunub. Bundan sonra bu məsələ müzakirə olunacaq. Buna görə də hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılır. Məsələyə vəziyyətə uyğun qiymət veriləcək".
Daha sonra hakimlər Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsi barədə vəsatətini müzakirəyə çıxarıblar. Hakim qeyd edib ki, vəkil bu vəsatəti ötən iclasda qaldırıb, amma vəsatətin müzakirəsini bugünkü iclasa saxlanılmışdı. Hakim deyib ki, vəkil vəsatətində iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlərin olmasını göstərib, bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməsi istənilib. Vəsatəti müzakirə edən hakimlər heyəti qərar elan ediblər. Həmin qərara görə, vəsatət təmin edilməyib. Bundan sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun əlavə şahid qismində adına kart açılan "ölü canlar" adı altında olan şəxslərin dindirilməsi, maliyyə vəsaitlərinin kənarlaşdırılması ilə bağlı mütəxəssislərin dindirilməsi barədə vəsatətləri müzakirə olunub. Məhkəmə hər iki vəsatəti təmin etməyib. Daha sonra məhkəmədə məlum olub ki, Cəlal Kazımovun həyat yoldaşının adına olan daşınmaz əmlak 110 min manata satılıb və həmin məbləğ ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət hesabına köçürülüb. Bundan başqa, Vüsal Əlizadənin də həyat yoldaşının adına olan daşınmaz əmlak 101 min 532 manata satılıb və həmin məbləğ də iş üzrə ziyanın ödənilməsi üçün dövlət hesabına köçürülüb. Vəkillər tərəfindən hər iki işlə bağlı sənədlər məhkəməyə təqdim olunub. Hakimlər hər iki sənədin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər. Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə iş üzrə nə qədər məbləğdə ziyanın ödənilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin edib. Bundan sonra Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfovun əlavə şahid qismində dindirilməsini istəyib: "Rafail Xələfov bu işlərin mərkəzində olan şəxsdir. Rafail Xələfov hələ məhkəmənin əvvəlində ifadə verib. Amma biz müdafiə tərəfi olaraq onun bütün iclaslarda iştirak etməsini, ona çarpaz sualların verilməsinin təmin olunmasını istəmişdik. Amma məhkəmə bu məsələyə müsbət cavab vermədi. Bizim işdə isə ortada olan iki əsas şahid var. Onlardan biri Rövşən Əliyevdir. O da vəfat edib. Digəri isə Rafail Xələfovdur. Şahidlərin dindirilməsindən sonra bizim Rafail Xələfova veriləsi suallarımız yaranıb. Buna görə də onun məhkəməyə dəvət olunmasını təmin etməyinizi xahiş edirəm".

Dövlət ittihamçısı Rafail Xələfovun məhkəməyə dəvət olunmasına etiraz etməyib. Vəsatəti müzakirə edən hakimlər sonda qərar veriblər. Qərara görə vəsatət təmin olunub. Sabah keçiriləcək iclasda Rafail Xələfovun sorğu-sual ediləcəyi gözlənilir. Daha sonra Nizami Məmmədovun digər vəkili Cahangir Cavadov bildirib ki, Müdafiə Nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov məhkəmədə verdiyi ifadəsində 2015-2020-ci illərdə 20 milyon manat qazanc əldə etdiklərini, həmin məbləğin 19 milyon 600 min manatını sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova verdiyini, 400 min manatın özünə qaldığını, Nəcməddin Sadıkovun ona verdiyi 800 min manatın isə Nizami Məmmədova çatdırdığını göstərib: "Amma Nizami Məmmədovun özü bu faktın düzgün olmadığını dedi. Bunu da Məlikməmməd Qurbanovdan başqa təsdiq edəcək şahid yoxdur. Çünki bu həqiqət ola bilməz. Bunu təsdiq edəcək Nəcməddin Sadıkov da ortalıqda yoxdur. Bu məsələnin də müşavirə otağında nəzərə alınmasını xahiş edirəm".
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb./Musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Orduda kimlər nə qədər pul mənimsəyib? - ŞOK RƏQƏMLƏR

    Orduda kimlər nə qədər pul mənimsəyib? - ŞOK ...

    10-06-2024, 22:19

  • 
  • Hərbi Polisin həbsdə olan sabiq maliyyə xidmət rəisi barəsindəki hökmdən apellyasiya şikayəti verib - AÇIQLAMA

    Hərbi Polisin həbsdə olan sabiq maliyyə xidmət ...

    18-07-2024, 14:58

  • 
  • “Pul mənim yastığımın altında olmayıb ki, gətirib ödəyim“ - 143 milyonluq mənimsəmə işi

    “Pul mənim yastığımın altında olmayıb ki, gətirib ...

    10-06-2024, 20:27

  • 
  • “Çatışmazlığın 60-70 faizini onlara verirdik” – General-mayorun məhkəməsi

    “Çatışmazlığın 60-70 faizini onlara verirdik” – ...

    25-04-2024, 14:21

  • 
  • 100 milyonluq oğurluqda suçlanan generalın məhkəməsidir

    100 milyonluq oğurluqda suçlanan generalın ...

    9-02-2024, 11:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu