GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Çatışmazlığın 60-70 faizini onlara verirdik” – General-mayorun məhkəməsi

“Çatışmazlığın 60-70 faizini onlara verirdik” – General-mayorun məhkəməsi

Tarix: 25-04-2024, 14:21 Bölmə :Cəmiyyət Baxış: 269


Sabah, aprelin 26-da Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Gundemxeber,az musavat.com-a istinadla xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırda şahidlərin dindirilməsi mərhələsi davam edir. Ötən prosesdə şahid  qismində “N” saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Ülvi Ziyadzadə ifadə verib. O bildirib ki, hərbi hissədə yoxlama zamanı 100 min 814 manat mənimsəmə olub: “Həmin pulları keçmişdə hərbi hissədə çalışmış adamların adına vurmuşam. 5-6 nəfəri idi. Həmin şəxslərin bu məsələdə xəbərləri olmayıb. Çalışdığım vaxtda 3 dəfə təftiş olub. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan adlı şəxs gəlmişdi. Təftiş zamanı aşkarlanan çatışmazlığın 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 min manat qalıb. Onu da yaxın vaxtlarda ödəcəyəm”.
Daha sonra ifadə verən Müdafiə Nazirliyinin Hindarx Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləmiş Əliyar Səfərəliyev bildirib ki, 2013-cü ildən həmin vəzifəyə təyin edilib və 2022-ci ildən isə müəssisədəki fəaliyyətini dayandırıb: “İşlədiyim vaxtlarda əkilən məhsullar yanırdı. Müqaviləni gecikdirirdilər, əlacsız qalırdım. Ona görə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyən Zahidlə danışdım. O da Maliyyə şöbəsində işləyən Akif adlı şəxslə məsələni həll etdi. Mən heç kimi tanımırdım, işimi görürdüm, ayda bir dəfə gəlib onlara çatacaq faizi verirdim. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu verəndən 15-20 gün sonra pulunu ala bilmirdik. Bəzən pulu gecikdirirdilər, biz də vaxtında verilməsi üçün pulun 3 faizini Akif Umudova verirdik. Müdafiə Nazirliyinin 3 hektar torpağı istifadə üçün mənim müəssisəmə verilmişdi. Həmin torpağı həm əkib-becərirdim, həm də heyvandarlıqda istifadə edirdim”.

 Əliyar Səfərliyevin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyət olduğu məlum olub. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Şahid istintaqda ifadəsində pulları Akif Umudova Nizami Məmmədova çatdırılması üçün verdiyini deyib: “1 milyon 148 min manatlıq müqavilənin 2-3 faizini, 750 minlik müqavilənin 2-3 faizini Akif Umudova vermişəm. Ümumilikdə Akif Umudova 108 min manatdan artıq pul vermişəm. O da bildiyim qədər Nizami Məmmədova çatırdı”.

Şahid istintaq zamanı Nizami Məmmədovun adını çəkmədiyini, ümumiyyətlə, onu tanımadığını deyib.

Nizami Məmmədov isə bu epizod üzrə münasibət bildirib: “Satınalma epizodu ilə bağlı belə şahidlərlə üzləşdirməm olmayıb. Sadəcə Akif Umudov, Mahir Şirvanov və Məlikməmməd Qurbanovla üzləşmişəm. Nazirliyin tabeçiliyində Neftçala, Hindarx və Maştağa yardımçı təsərrüfatlar olub. Bu təsərrüfatlar Maddi-Texniki Təminat Baş İdarəsinin tərkibində idi, müqaviləni onlarla bağlayırdılar. Mən satınalma epizodları ilə bağlı ittihamları, ümumiyyətlə, qəbul etmirəm. Satınalma ilə bağlı müqavilələr Qorxmaz Qarayevlə, Nizam Osmanovla bağlanıb, onun Maliyyə Büdcə İdarəsinə heç bir aidiyyəti olmayıb. Əsgərin ərzağını bir dəqiqə gecikdirmək olmazdı. İlin əvvəlindən 20 milyon manat hesaba pul qoyurdum ki, ərzaq pulu vaxtında ödənilsin”.

Müdafiə Nazirlyinin hərbi hissələrində mətbəx ləvazimatlarının təmiri ilə məşğul olan MMC rəsmisi Rəşad Əhmədov deyib ki, nazirliklə il ərzində 300-500 min arası müqavilələr bağlanıb: “Bizim şirkət sənaye tipli mətbəx avadanlıqlarının təmiri ilə məşğul idi. Nazirliyin bütün hərbi hissələrində təmir işləri aparırdıq. Pulların verilməsində gecikmə olmasın deyə nazirliyin maliyyə idarəsində işləyən Akif Umudovla danışdıq. Yekunda görülən işlərlə bağlı məbləğin 10-15 faizi bizə qalırdı, ondan da Akif Umudova 3 faiz verirdim. Ümumilikdə ona 36 min pul vermişəm. Akif deyirdi, pulu aparıb yuxarıya verməliyik”.

Şahid istintaqda pulları Nizami Məmmədova çatması üçün Akif Umudova verdiyini deyib. Onun istintaqa ifadəsi elan edilib. Şahid isə məhkəmədə Nizami Məmmədovu tanımadığını, Akif Umudovun ona belə bir şey demədiyini bildirib. Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə müvəkkilinin adı çəkilən satınalma ilə bağlı verilən ifadələrin hamısının şablon və faktlara uyğun olmadığını bir daha məhkəmə heyətinin nəzərinə çatdırıb: “Satınalmanın Maliyyə və Büdcə İdarəsinə heç bir aidiyyəti olmayıb. Bu işlə Maddi-Texniki Təminat Baş İdarəsi, Satınalmalar və Təchizat İdarəsi məşğul olub. Bir müqavilə göstərin ki, orada Maliyyə Büdcə İdarəsinin adı olsun. Müqavilələr də həmin idarələrlə bağlanıb”.

Daha sonra “Bakıxanov Trikotaj” ASC-nin direktoru işləyən İxtiyar Rəsulov ifadə verib. O bildirib ki, Müdafiə Nazirliyi ilə uzun illər müqavilə əsasında işləyiblər: “Biz istehsal etdiyimiz şarf və gödəkçələri MN-ə verirdik. Pul məsələləri mənlik deyildi, mühasibim həll edirdi. İndi həmin qadın rəhmətə gedib. 2019-cu ildə bir dəfə ödənişlər xeyli gecikdi. Nazirlikdən Akif Umudov adlı şəxslə telefonla danışırdım. Sonra gecikmə aradan qalxdı. Müqaviləni tender əsasında udurduq”.

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun istintaqa verdiyi ifadə elan edilib. İxtiyar Rəsulov ibtidai istintaq zamanı verdiyi ifadəsində 26 min manat pulu Akif Umudov vasitəsilə Nizami Məmmədova göndərdiyini deyib. Şahid isə Nizami Məmədovu tanımadığını, Akif Umudovla da bu barədə heç nə danışdımadığını deyib. Qeyd edib ki, məhkəmədə verdiyi ifadəsi əsas götürülsün. Prosesdə məlum olub ki, “Bakıxanov Trikotaj” ASC ilə Müdafiə Nazirliyi arasında 2015-2022-ci illərdə ümumilikdə 6 milyon 822 min manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.


Gundemxeber,az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 100 milyonluq oğurluqda suçlanan generalın məhkəməsidir

    100 milyonluq oğurluqda suçlanan generalın ...

    9-02-2024, 11:23

  • 
  • Akif Çovdarovun vəkilləri çıxış edir

    Akif Çovdarovun vəkilləri çıxış edir ...

    20-09-2017, 11:45

  • 
  • General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi oldu

    General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin ...

    29-10-2015, 16:26

  • 
  • ​Tağı Əhmədovun 3 milyon manatlıq iddiasına baxılmadı

    ​Tağı Əhmədovun 3 milyon manatlıq iddiasına ...

    30-10-2017, 19:57

  • 
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu