GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » 100 milyonluq oğurluqda suçlanan generalın məhkəməsidir

100 milyonluq oğurluqda suçlanan generalın məhkəməsidir

Tarix: 9-02-2024, 11:23 Bölmə :Dünya Baxış: 190

Şahidlər nələri deyir, nələr deyəcəklər?

Fevralın 9-da Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərilərinin cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdiriləcək. Nizami Məmmədovla yanaşı müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.

sonuncu iclasda hərbi hissələrdən birində maliyyə xidmətinin rəisi işləmiş Faiq Zeynalov şahid qismində ifadə vermişdi. 3 hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş şahid demişdi ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən hərbi hissənin şəxsi heyətinə sərf olunması üçün tələb olunan vəsaitdən əlavə xərclər istəyib 

“Mən bu vəsaiti əldə etmək üçün idarəyə yazmışam. Əlavə vəsait istəmişəm. Həmin vəsait də hesabıma köçürülüb. Amma baş idarədə bundan xəbərləri olmayıb”,  - deyə şahid bildirmişdi.

Demişdi ki, 3 hərbi hissədə maliyyə yoxlaması zamanı 629 min manat ziyan müəyyən olunub. Həmin məbləğlə razılaşmayıb. Sənədlər məhv edildiyi üçün məbləğin azaldılması mümkün olmayıb: “Mən özüm ilk hərbi hissədən sənədlərin bir neçəsini tapıb maliyyəçilərə təqdim etdim. Onlar da araşdırandan sonra məbləğin şişirdilmiş hissəsini sildilər”.

Şahid ifadəsinin davamında göstərib ki, işlədiyi ikinci hərbi hissədə ziyan 429 min manat yazılıb: “Bu məbləğlə bağlı sənədləri də taparaq yoxlamanı aparanlara verdim. Sübut edə bildim ki, 60 min manat hərbi hissəyə xərclənib. Araşdırılandan sonra 60 min manat qeyd olunan vəsaitdən çıxarıldı”.

Şahid qeyd edib ki, ikinci hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində olan zaman onun fəaliyyətini Bayram Bayramov yoxlayıb: “Bayram müəllim 2020-ci ilin dekabrında yoxlamaya gəlmişdi. Vətən müharibəsindən yeni çıxmışdıq. Bayram müəllim fəaliyyətimi dərindən yoxlamadı. Ümumilikdə 200 min manat ziyan müəyyən edildi. Bayram müəllimlə gələn yoxlamanı aparanlara 80 min manat verdik. Bayram müəllim özünə çatan pulu götürmədi”.

Faiq Zeynalovun sözlərinə görə, 2021-ci ildə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov, Hüseyn Paşayev və İsmayıl Rəsulzadə hərbi hissəyə təftişə gəliblər: “Onların apardığı təftişdən sonra yeyintini çox çıxarmışdılar. Rafael Xələfov məni Nizami müəllimlə hədələdi və dedi ki, külli miqdarda yeyintiyə yol veribsən, yeyinti çoxdur, terroristsən. Sonda külli miqdarda yeyinti olmasını müəyyən etdilər. Mən 194 min manatlıq vəsaitin xərclənməsi barədə sənəd təqdim etsəm də, nəzərə almadılar. Rafael Xələfov məndən 170 min manat istədi. Sonradan restoranda Rafael Xələfov və Bayram Bayramovla birlikdə görüşdük. Orada çantanın içində 100 min manatı Bayram müəllimin yanında stolun üstünə qoydum. Pul Rafael Xəfəlova çatdı. Daha sonra Bayram müəllim vasitəsilə Rafael Xəfələfova 60 min manat da göndərdim”. 

Şahid deyib ki, sonuncu hərbi hissədə aparılan yoxlama zamanı 6 min 300 manat ziyan müəyyən edilib. Onun sözlərinə görə, ümumilikdə ittihamda göstərilən vəsaitin 130-135 min manatı onun tərəfindən mənimsənilib. Dövlətə vurmuş olduğu ziyanın ödənilməsinə çalışır və yaxın müddətdə bir hissəni ödəyəcək.

Tərəflərin suallarına cavab verən Faiq Zeynalov deyib ki, pulların mənimsənilməsindən hərbi hissə komandirlərinin xəbəri olmayıb: “Düzdür, hərbi hissənin maliyyə vəsaiti ilə bağlı hərbi hissə komandirinə ancaq şəxsi heyətə aid olan vəsaitləri məruzə etmişik. Oğurladığım pulları gizlətmişəm”./Musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maliyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq edildi

    Maliyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi ...

    12-08-2016, 23:51

  • 
  • General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi oldu

    General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin ...

    29-10-2015, 16:26

  • 
  • Müdafiə Nazirliyinin Maliyyə İdarəsi 58 min manatlıq yeyinti aşkarlayıb

    Müdafiə Nazirliyinin Maliyyə İdarəsi 58 min ...

    11-09-2013, 18:07

  • 
  • Akif Çovdarovun vəkilləri çıxış edir

    Akif Çovdarovun vəkilləri çıxış edir ...

    20-09-2017, 11:45

  • 
  • Vəkil Çovdarovun günahsız olduğunu iddia etdi

    Vəkil Çovdarovun günahsız olduğunu iddia etdi ...

    20-09-2017, 20:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu